Bakıda hava 19°
USD 1.7000 AZN
EUR 1.9673 AZN
09:48Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
39307

Kral ailəsi övladlarını necə BÖYÜDÜR?

Kral uşaqlarının tərbiyəsinə dair ənənəvi üsullara üstünlük verən kraliça Yelizaveta balaca Corca uşaqlıqdan şahzadə və gələcək kral olduğunun təlqin olunmasının, Şarlottaya isə nəcib davranış qaydalarının aşılanmasının tərəfdarıdır. Keytlə Uilyamın onunla həmfikir olmaması isə kraliçada ciddi narazılıq doğurur...

 

Kral ailəsi övladlarını necə BÖYÜDÜR?

 

Keyt Middltonla şahzadə Uilyamın iki gözəl övladı var - 2013-cü ildə dünyaya gəlmiş oğulları Corc və ondan iki yaş kiçik olan qızları Şarlotta.

Keytlə Uilyam artıq çoxdandır ki, ingilis krallığının dəbdən düşmüş ənənələrilə hesablaşmayan qiyamçılar kimi tanınır. Övladlarının tərbiyə məsələsində də özləri bildiyi kimi davranırlar. “Puritan kral protokolunu” təqib etmək niyyətində olmayan ər-arvad övladlarına xoşbəxt uşaqlıq təmin etməkdə və onları ən adi uşaqlar kimi böyütməkdə israrlıdırlar.

 

Kral ailəsi övladlarını necə BÖYÜDÜR?

 

Ailə dəyərləri

Adətən, kral uşaqları kifayət qədər təmkinli və ciddi üsuli-tərzdə, aşırı sevgi və həssaslıq nümayiş edilmədən tərbiyə olunur. Keytlə Uilyamın ailsəində isə vəziyyət tamamilə fərqlidir – onların valideyn sevgisində bəslənən uşaqlarına öz duyğularını, emosialarını ifadə etmək qadağan olunmur.

Keytlə Uilyam uşaqları ilə mümkün qədər çox vaxt keçirməyə çalışırlar. Anasını erkən çağlarından itirən Uilyam uşaq üçün ailənin nə demək olduğunu yaxşı başa düşür.

Corc atası ilə söhbət etməyi çox sevir, anasının hər hərəkətini təkrar edən Şarlotta isə quyruq kimi onun yanından əl çəkmir.

 

Kral ailəsi övladlarını necə BÖYÜDÜR?

 

Ailənin gündəlik həyatı

Bu ailənin həyat tərzi heç də məzmunsuz deyil. Uilyam gündüzlər işə gedir – o, təcili tibbi xidmətinin aviasiyasında çalışır və uşaqlar artıq atalarının işlədiyini bilirlər. Keytin də qayğıları kifayət qədərdir – o, ailəsinin yeməyini özü hazırlayır, uşaqları çimizdirir, onları gəzintiyə çıxarır. Evdə bir köməkçi dayələri olsa da, ona yalnız zərurət yarandığı halda müraciət olunur. Təbii ki, bu da kral ailəsi üçün adət olunmuş bir hal deyil.

Yuxarıda deyilənlər uşaqlara da aiddir. Balaca Corc adi uşaq bağçalarından birinə gedirdi və valideynləri onunla şahzadə Corc deyil, bütün digər uşaqlardan biri olan sadəcə Corc kimi rəftar olunmasını xahiş etmişdi. Corc orada hamı kimi qab yuyur, döşəmə süpürür, paltarlarını asmağı, qatlamağı, ayaqqabısının qaytanlarını bağlamağı öyrənirdi.

 

Kral ailəsi övladlarını necə BÖYÜDÜR?

 

Başqalarının əməyinə hörmət

Bu ailədə uşaqlar erkən yaşdan başqalarının əməyinə hörmətlə yanaşmağa öyrədilir. Bəzən onlar masa arxasında dəcəllik edir, hansısa yeməyi istəməyəndə, onu masaya və ya yerə atırlar. Belə hallarda onlar güzəşt edilmədən masa arxasından uzaqlaşdırılır və həmin gün ala biləcəkləri bircə stəkan süd olur.

Bundan əlavə, onlar dağıtdıqları hər şeyi yığışdırmaq məcburiyyətində qalır və bu təkidində Keyt qətiyyətlidir. Ona görə də uşaqlar analarının hazırladığı yeməkdən imtina etməməyə çalışırlar. Lakin bu, heç də onların hər gün yulaf sıyığı yedikləri anlamına gəlmir, hərdən valideynləri onları əsla faydalı olmayan yüngül qəlyanaltı və ya şirniyyatlarla da əzizləyir.

 

Kral ailəsi övladlarını necə BÖYÜDÜR?

 

Uşaq oyuncaqları

Müasir dövrdə dəbdə olan qadjetlər isə bu uşaqlardan uzaqdır. Ketrin qadjetlərin heç də oyun üçün deyil, təhsil və ya iş üçün nəzərdə tutulduğunu hesab edir. Uşaqlar üçün valideynlərinin uşaqlıqda oynatdıqları kimi top, maşınlar, kuklalar, yumşaq heyvanlar və s. bu kimi kifayət qədər sadə oyuncaqlar alınır və uşaqlar o oyncaqları sevirlər.

Televizorda uşaqların yalnız əksəriyyətinin ingilis istehsalı olan və şübhəsiz ki, o qədər də uzun olmayan cizgi filmləri seyr etməsinə icazə verilir. Evdə uşaqlar atılıb-düşür, dəcəllik edir və buna görə qətiyyən danlanmırlar. “Hələ bir yerlərini zədələməyiblər, amma daim buna çalışırlar. Corc ora-bura qaçır, rastına çıxan ev əşyalarını itələyir, evin içində atılıb-düşür”, - Uilyam uşaqların bir zaman təmkinli hərəkət davranacaqlarına ümid bəsləyir.

 

Kral ailəsi övladlarını necə BÖYÜDÜR?

 

Küçədə gəzinti

Lakin havadan asılı olmayaraq, uşaqlar ən çox küçədə gəzməyi sevirlər. Orada onlar, bütün uşaqlar kimi velosiped sürür, poninin belindən yıxılır, ağıllarına gələn yerlərə dırmaşır, çəmənlikdə uzanır, gölməçələrə tullanırlar...

 

Kral ailəsi övladlarını necə BÖYÜDÜR?

 

Uşaq dəcəllikləri

Uşaqlarının nə isə tələb edərkən çığırıb-bağırması, ayaqlarını yerə vurması, bəzən hətta yerə uzanıb ağlaması, çətin ki, hansısa valideynin ürəyincə olar. Corcla Şarlotta da müstəsna hal deyil. Lakin Keytin bu kimi hallarda ağlayan uşağın fikrini yayındırmaq və sakitləşdirmək üçün sınaqdan keçmiş üsulları var. O, şapalaq və ya uşağı küncə qoymaq kimi ənənəvi “cəzalardan” yararlanmır. Belə ki, ağlamaq əlaməti yaranan kimi, Keyt dərhal uca səslə sevilən mahnılardan oxumağa başlayır, uşaq qeyri-ixtiyari sürətdə diqqətini anasının səsinə yönəldir və isterikasının kimsəni maraqlandırmadığını görüb sakitləşir. Bəzi hallarda söhbətin digər, daha maraqlı mövzuya keçirilməsi də işə yarayır.

 

Kral ailəsi övladlarını necə BÖYÜDÜR?

 

İctimai yerlərdə davranış

Evdə uşaqlara çox şeyə icazə verilib, dəcəllikləri bağışlanılsa da, ictimai yerlərdə, camaat yanında bunun qarşısı ciddi şəkildə alınır. Belə ki, hər camaat içinə çıxmazdan öncə Keyt onlara özlərini pis aparacaqları təqdirdə dərhal evə qayıdacaqlarını xatırladır və bir neçə dəfə sözünün üstündə duraraq, məcburi sürətdə Corcu ağlaya-ağlaya evə qaytarıb.

Cütlük artıq, protokolun tələb etdiyi kimi, övladlarını özləri ilə müxtəlif mərasim və bayram şənliklərinə aparır. Təbii ki, uşaqlar əksər hallarda belə yerlərdə darıxır və bir müddətdən sonra dəcəllik etməyə başlayırlar. Valideynləri buna anlayışla yanaşır və belə hallarda uşaqlarını danlamaqdan daha çox, diqqətlərini yayındırmağa və ya başlarını qataraq sakitləşdirməyə çalışırlar.

 

Kral ailəsi övladlarını necə BÖYÜDÜR?

 

Şarlotta xarakterini göstərir

Camaat qarşısında ilk, kiçik də olsa, ifa baxımından parlaq isterikasını Şarlotta Qamburq aeroportunda, helikopter nərdivanının yanında nümayiş etdirmişdi. Balaca şahzadə öz ədasını ağlayıb, ayaqlarını yerə vurmaqla və yekun olaraq yerə yıxılmaqla nümayiş etdirirdi. Lakin valideynlər vəziyyətdən çıxmağı bacarmışdılar.

 

Kral ailəsi övladlarını necə BÖYÜDÜR?

 

Məntiqli sərfiyyat

Hersoginyanın cəmiyyət arasında təkrar-təkrar eyni qiyafətdə görünməsi dəfələrlə qeydə alınıb və müzakirə olunub. Uşaqlarına dair də eyni şəkildə davranmaqla, onların paltarlarını yox, özlərini tanıtdırmağa üstünlük verir. Onların paltarlarını özü seçir və israfçılığa yol vermədən, kifayət qədər sadə geyindirir.

Şahzadə Corc artıq bir neçə ildir ki, cəmiyyət arasında göy rəngli kardiqan-pencəklər və ya sviterlərdə, göy və ya tünd qırmızı rəngli şortlarda görünür.

Şarlottanın da geyim üslubu kifayət qədər sadədir – açıq mavi və ya çəhrayı rəngli, üzərində gül bəzəkli don və kardiqanlar.


Təhsil

Özləri təhsilli insanlar olan Keytlə Uilyam, təbii ki, uşaqlarını da savadlı böyütməyi planlaşdırırlar. Vaxtilə onlarla öz ana dilində danışan ispan dayələri olduğu üçün, uşaqlar artıq ispan dilində kifayət qədər rahat danışırlar. İndi növbədə fransız dilidir.

Bu il dörd yaşı tamam olan Corc məktəbə getdi. Keytin təkidi ilə onu kral ailəsinin bütün yetişdirmələrinin təhsil aldığı “Weatherby school” məktəbinə qoymadılar. Uilyamla qardaşı Harri də həmin məktəbi bitiriblər.

Beləliklə, Keyt oğlunun 4-13 yaş arası adi əhalidən olan 560 nəfər uşağın təhsil aldığı “Thomas’s School” məktəbində təhsil almasını məsləhət bildi.

Məktəbə getdiyi ilk gün gözlərini qamaşdıran çoxsaylı fotokameraları xatırlayan Uilyam həyat yoldaşının seçimini dəstəklədi. Təbii ki, qayınana kraliça Yelizaveta onların bu qərarını bəyənməmişdi.

Odur ki, uşaqların təhsil-tərbiyə məsələsində Keytlə Uilyam bütövlüklə özlərinə güvənir. Fikrimizcə, onların prinsipləri heç də pis deyil, onlardan nümunə götürməyinə dəyər.

 

Zaur H.

Mənbə: publika.az

Səslərin sayı: 1
1
1685
loading...
Şərhlər
Offline
Xəyalə Murad
Hiss olunur ki, Keyt uşaqlara sevgi verir. Kral ailəsi tərəfindən xoş qarşılanmaya bilər, ailənin adət etdiyi soyuq tərbiyə metodundansa valideyn tərəfindən sevgi görsünlər.
18 noyabr 2017 11:29
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!