Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 dekabr 23:15Xəyalə Murad Xoş gəldiniz, Səma xanım. 16 dekabr 22:45●♥ Səma ♥● Sms bolmem islemir.Bilmirem niye,amma mesaj yaza bilmirem. 16 dekabr 22:43●♥ Səma ♥● Salam.Necesiniz,deyerli Qadin.net ailesi? 16 dekabr 11:17Xəyalə Murad Rühəngiz xanım, xoş gəldiniz! Rəyləriniz üçün darıxdıq 16 dekabr 11:14Xəyalə Murad Ro-Xe-Sa xanım, xoş gəldiz! Hər zaman siz gələsiniz! 16 dekabr 11:14Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun!
37911

ETİRAFLAR-"Çox çarəsizəm!"

"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın! 

"Xəyalə xanım, sizə çarəsiz ana kimi yazıram. Anonim etiraf kimi paylaşsanız yarama məlhəm olarsız. Bəlkə xanımlar məsləhət verib, çıxış yolu deyələr. 
ETİRAFLAR-"Çox çarəsizəm!"
Dörd yaşında qızım var. Çox nadincdir. Heç təsəvvür edə bilməyəcəyiniz qədər nadincdir. Enerjisi bitib-tükənmir. Bu günə kimi yorulduğunu görməmişəm. Uşaq daim "civə kimi" qaynıyır. Normal oturub şəkil çəksin, yemək yesin yoxdur. Ayaq üstə, hoppana-hoppana, nəyisə eşə-eşə, qaça-qaça edir. İşləyən anayam. Onu bağçaya qoyub işə qaçıram. Axşam çağı götürəndə isə müəllimlərin şikayətindən bilmirəm hansı deşiyə girim. Xəcalət çəkirəm. Tərbiyə verirəm, ancaq bu tərbiyəyə aid deyil. Qız bir yerdə oturmur.
Bağçada müəllimlər yalnız ondan şikayət edirlər. Başqa uşaqların analarına bir dəfə də şikayət etməyiblər. Nə olursa qızım günahkardır. Onu müdafiə etmirəm, əsla! Lakin anayam. Qəlbim qırılır. Küçəyə ata bilmərəm, yada satmaram. Doğma balamdır. Canımdan çox sevirəm. Ancaq bu qədər nadincliyinə səbəb nədir bilmirəm. Bununla necə mübarizə aparım onu da bilmirəm. Evdə atasından çəkinir. Bir kəlmə sərt söz bəs edir. Ancaq şənbə-bazar leş kimi yoruluram. Heç işləyəndə bu qədər yorulmuram.
ETİRAFLAR-"Çox çarəsizəm!"
Qızım bütün günü dağıdıb, tökür. Oyuncaq yığmaq kimi vərdişi qətiyyən yoxdur. Nevropatologa apardım, dedi sağlamdır. Sadəcə hiperaktivdir. Psixoloqa apar dedi. Ancaq mən psixoloqa aparıb dillərə düşmək istəmirəm. Uşağım hələ dörd yaşındadır, psixoloq ona nə deyəcək, necə izah edəcək.  Hətta düşündüm ki, bağçada qrup dəyişdirim. Alınmasa lap bağçasını dəyişdirim. Ancaq bunun qızımın dəcəlliyinə bir faydası olacağından əmin deyiləm. Siz analar, mən çarəsizə bir çarə deyin. Xahiş edirəm, biganə qalmayın. Çox çarəsizəm..."

Səslərin sayı: 2
7
1164
Loading...
loading...
Şərhlər
Offline
Ellada Babayeva
Psixoloq adını eşidən o dəqiqə mən dəli deyiləm deyir. Dillərə düşməyəcəksiz. Heç kim bilməyəcək siz deməsəz. Sadəcə uşaqla söhbət edəcək. Həm sizin uşaqda hər şey qaydasındadır. İdmana, rəqsə qoyun. Yorulması lazımdır.
24 noyabr 2017 21:56
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Xəyalə Murad
Umumiyyetle dedim. Hem sizin psixoloqa muraciet etmenizi siz özünüz demesez kim bilecek ki?


Sizinlə razıyam. Ümid edirəm, xanım məsləhətləri oxuyub, övladı üçün düzgün nəticə çıxarar.
19 noyabr 2017 11:05
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Gulshen_q
Usaqda her şey normaldi, narahat olmayın. Bağça müellimleri öyreşibler rahatlığa. Uşaqlara ferdi yanaşmaq "eziyyetdi" axi bir coxuna. Qızınız hiper aktiv ola biler. Bele uşaqlarin enerjisini dagitmaga da mehz psixoloqlarin komeyile daha tez nail ola bilersiz. Psixoloq onlara ferdi tapsiriqlar verecek. Size meslehetler verecek. Bunun üçün usaqla canlı unsiyyetde olacaqlar tebii ki. Indi 4 yaşlı uşağı psixoloqa aparmaqdan utanirsizsa gelecekde, yeniyetme cağında da bele bir ehtiyac olarsa o zaman daha cox utanacaq ve problemi hell etmek evezine daha da boyutmus olacaqsiz. Inşaallah o zaman ehtiyac da olmaz. Umumiyyetle dedim. Hem sizin psixoloqa muraciet etmenizi siz özünüz demesez kim bilecek ki?
19 noyabr 2017 02:36
Offline
Editor1
Enerjisini çıxarmaq üçün maraqlı məşğulliyyət tapın uşağa. Və məktəbdəki aqresiv davranışın altında yatan səbəbləri analiz edin. İnternetdən mütailə edin.
18 noyabr 2017 14:30
Offline
Iceberg
Məncə də qrupu dəyişmək uşağa pis təsir edə bilər. Ən yaxşısı peşəkar mütəxəssislə məsləhətləşin. Uşağınızla özünüz daha çox vaxt keçirin
18 noyabr 2017 12:58
imza: shafaabdulla.blogspot.com
Offline
Xəyalə Murad
"Psixoloqa aparib dillere duwmek istemirem "cumlesini bawa duwmedim..Psixoloqa gedenin neyi dile duwurki? Deyirsiz iwleyirem ,iwleyen muasir duwunceye sahib biri kimi daniwmirsiz ancaq. nervpotoloq da psixoloqda ikiside hekimdir..Hekime getmek ne vaxtda dillere duwmek olub Xanim ,onu anlamadim..
Haqlısan, Samirə. Xanm etirafını yazarkən ilk iradım məhz bu olmuşdu.

Ümumiyyətlə, uşağı qrupdan və ya bağçadan çıxarmaq lazım deyil. O enerjisini çıxarmaq üçün yer axtarır. İdmana yazdırsanız yorğunluq nədir, uşağınızı yorğun halda görmək necə olur bilərsiniz. Nadinclik onların təbiətində var, lakin hədsiz dərəcədə aktivdirsə, hərəkətli idman növünə qoyun. Həm bağçaya, həm idmana getsə hər şey qaydasında olacaq. Bu cür uşaqlar zəka baxımından güclü olurlar. Onlara iraddan çox sevgi lazımdır.
17 noyabr 2017 21:08
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
ARiEL_ViViAN(SaMiRə)
"Psixoloqa aparib dillere duwmek istemirem "cumlesini bawa duwmedim..Psixoloqa gedenin neyi dile duwurki? Deyirsiz iwleyirem ,iwleyen muasir duwunceye sahib biri kimi daniwmirsiz ancaq. nervpotoloq da psixoloqda ikiside hekimdir..Hekime getmek ne vaxtda dillere duwmek olub Xanim ,onu anlamadim..
17 noyabr 2017 20:50
imza: BAŞINI AŞAĞI SAL İŞİNLƏ MƏŞĞUL OL AMMA BAŞINI AŞAĞI SALACAQ İŞLƏ MƏŞĞUL OLMA...!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır