Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
10:05Xəyalə Murad Gününüz aydın, işləriniz uğurlu olsun!Xoş gəldin,Selvi! 01:20Selvi Axşamınız xeyir olsun əziz Qadin. Netlilerrr 21 noyabr 20:51GÜLÇİN Yerlimə salam!Sms getmir şexside nedense.Yaxşıyam) 21 noyabr 18:54Xəyalə Murad Təbriklər!) 21 noyabr 15:34Iceberg Günün müəllifiyəm, sağ ol, mən)) 21 noyabr 08:48Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 20 noyabr 14:06Xəyalə Murad Hər vaxtınız xeyir olsun, Əziz Qadin.Netlilər! 19 noyabr 11:40Iceberg Hər kəsə xoş istirahət arzu edirəm 19 noyabr 11:07Xəyalə Murad Gününüz aydın olsun! Bu gün beynəlxalq kişilər günüdür)) 18 noyabr 13:10Gözel Gözlum Salam her kese
37864

Kişilər elə bilirlər ki …

 

Kişilər elə bilirlər ki …



 

Yenə də qadın – kişi mövzusu . Əslində bu yazımı “ Qadın olmağın eybi “ mövzusunun davamı kimi də qəbul etmək olar. Lakin kiçik bir fərqə görə bu yazını “ Kişilər elə bilirlər ki… “ başlığı altında verdim.

Hər iki cins ikisi də insan olduğu halda, nədənsə kişilər elə bilirlər ki, bütün üstünlüklər onlara məxsusdur və cəmiyyətin imtiyazlı üzvü onlardır. Hətta bəziləri elə bilirlər ki, qadının heysiyyət və qürur hissi ya yoxdur , ya da olması vacib deyil. Bir çox ailələrdə kişilər yüksək ehtirama layiq görüldükləri halda, qadın ancaq və ancaq biş – düş işləri ilə məşğul olan və ən əsası da nəsil artırmaq qabiliyyətinə malik olan bir kəs hesab olunur. Hətta bəzi kişilər elə bilirlər ki, əgər o ərdirsə deməli, qadını alçaltmaq üçün böyük bir səbəbi var.

Başqalarının yanında öz həyat yoldaşına bağırmaq, hətta əl qaldırmaq bəzi kişilərin nəzərində eyib sayılmır. Çünki o evin kişisidir buna görə də etdiyi hər şeydə haqlıdır. Bu cür məqamlarda qadının sınan qəlbi və tapdanan qüruru onları heç düşündürmür. Həmin anlarda kişilərin özlərinə verdikləri ən böyük “təsəlli“, “arvaddır də“ ifadəsidir. Onlar qadınları beləcə diri- diri öldürürlər. Qürursuz yaşamaq qadınların həyat tərzinə çevrilir. Bu tərzlə də onlar “nəvəli - nəticəli xoşbəxе nənələr“ cərgəsinə qarışırlar.

 

Kişilər elə bilirlər ki …

 

 

Kişilər elə bilirlər ki, əgər onun xanımı xəmir yoğurmağı bacarırsa, ev işlərinin öhdəsindən gəlirsə, ona övlad bəxş edirsə (bunu xoşbəxtlik sanmaqda haqlıdırlar) demək, o xoşbəxt kişidir. Arvadının zəif dünyagörüşü və elmsizliyi heç vaxt kişilərə kədər gətirmir. Onlara elə belə də yaxşıdır, çünki savadlı qadın onun əmrlərinə tabe olmaya bilər. Qadının beynini kodlaşdırıb məsafədən idarə etmək kişilər üçün daha gözəl həyat tərzidir. Bu cür hörmətsiz və izzətsiz yaşayan qadınlar qorxaqlığa və yaltaqlığa meylli olurlar. Boşanarsa nə edəcəyinin qorxusu onları ərlərinə sevgi hissindən uzaq halda saxta təbəssüm göstərərək yaşamağa sövq edir. Oz arzusunu qəlbində öldürüb yalnız ərinin və onun ailəsinin istəkləri ilə yaşayan qadınların qayınana və qayınataya göstərdiyi xoş münasibət belə səmimilikdən uzaq olur. Bu yalnız qorxu hissindən yaranan yalançı canıyananlıqdır. Yaltaqlıq və qorxaqlıq kişilərin qadınlarda formalaşdırdıqları onlarla xüsusiyyətlərdən biridir. Lakin amansız rəftarlara etiraz edən az– çox cəsarətli qadınlar da var.

 

Kişilər elə bilirlər ki …



 

Kişilər öz rəftarları ilə hər tip qadın “yetişdirirlər“. Onlar elə bilirlər ki, hədə-qorxular və qadağalarla ailəni idarə etmək ailəni qorumağın əsl yoludur. Bəlkə də, haqlıdırlar. Çünki 30- 40 illik ailələrin bir çoxu bu qaydalarla yaşayanlardır. Onlar özlərini xoşbəxt ailə hesab edir və bunun sirrini də elə bu sərt qaydalarda görürlər. Bu cür düşünən ailələrdə bir gün kişinin fiziki gücü tükəndiyi vaxt onun “səlahiyyətlərinə“ xitam verilir. Ömrü boyunca qadını fiziki qüvvəsilə idarə edən belə kişilər yumruq ata bilmədiyi günlərdə artıq heç kim ondan qorxmur, hətta hörmət də göstərilmir. Çünki bu illər ərzində o sevgi qazanmayıb . Bütöv bir ömrünü mənəvi gözəlliklərdən məhrum edib də fiziki qüvvəsilə yaşayıb. Bu gün isə o artıq tükənib. Bu həyatda heç nə qazanmayıb. Həyata aqressiv övladlar və niskilli bir qadın bəxş edib. Özü isə onlardan qat– qat yoxsuldur. Sevgi və hörmət yoxsulu. O vaxtında özü göstərmədiyi mehribanlığı indi laqeyd baxışlar şəklində hər gün sezir. Bir vaxt yanlış düşündüyü münasibətlər haqqında indi düşünməyə başlayır. Bəzisi ailəsinin ona “baxmadığından“ , bəziləri isə indi “əli tutmadığından“ hörmət edilmədiyindən şikayətlənir. Lakin heç hansı nə zamansa öz “bişirdiyi xörəyi qaşıqladığını ya dərk etmirlər, ya da etiraf etmək istəmirlər”.

Kişilər elə bilirlər illər boyu etdikləri haqsızlıqlar nəfəs kimi havaya gedir. Yanılırlar, çox yanılırlar. Onlar havanı zəhərləyib təzədən özləri udduqlarının fərqində olmurlar. Qadın təbiət kimidir, onu qorusan səni sağlam edər. Çirkləndirsən isə həm sənə, həm də ətrafına zərər verəcək. Kişilər bunu bilmirlər. Elə bilirlər ki, qadın ürəyi dəmirçinin zindanıdır, hər zərbəyə davam gətirməlidir. Axı onlar qadınları bu cür dözümlü görüblər həmişə.

 

Pərvanə Bayramqızı

Səslərin sayı: 0
2
375
Loading...
loading...
Şərhlər
Offline
Iceberg
Arvadının zəif dünyagörüşü və elmsizliyi heç vaxt kişilərə kədər gətirmir. Onlara elə belə də yaxşıdır, çünki savadlı qadın onun əmrlərinə tabe olmaya bilər. Qadının beynini kodlaşdırıb məsafədən idarə etmək kişilər üçün daha gözəl həyat tərzidir.
13 noyabr 2017 14:51
imza: shafaabdulla.blogspot.com
Online
Xəyalə Murad
Ailə qarşılıqlı hörmət, sevgi və anlayış üzərində qurulmalıdır. Qorxu kinə, nifrətə, intiqam hissinə çevrilsə də, heç zaman sevgiyə çevrilməz.
13 noyabr 2017 11:42
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır