Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
10:05Xəyalə Murad Gününüz aydın, işləriniz uğurlu olsun!Xoş gəldin,Selvi! 01:20Selvi Axşamınız xeyir olsun əziz Qadin. Netlilerrr 21 noyabr 20:51GÜLÇİN Yerlimə salam!Sms getmir şexside nedense.Yaxşıyam) 21 noyabr 18:54Xəyalə Murad Təbriklər!) 21 noyabr 15:34Iceberg Günün müəllifiyəm, sağ ol, mən)) 21 noyabr 08:48Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 20 noyabr 14:06Xəyalə Murad Hər vaxtınız xeyir olsun, Əziz Qadin.Netlilər! 19 noyabr 11:40Iceberg Hər kəsə xoş istirahət arzu edirəm 19 noyabr 11:07Xəyalə Murad Gününüz aydın olsun! Bu gün beynəlxalq kişilər günüdür)) 18 noyabr 13:10Gözel Gözlum Salam her kese
37864

İmanın zəifliyi

İmanın zəifliyi
Həmçinin imanın zəifliyinə dəlalət edən əlamətlərdən biri də insanların çoxlu günahlara yol verməsi və günahlara biganə yanaşmasıdır. Hər dəfə günah işləyəndə deyir ki, “kiçik günahdır”. Günahları öz gözündə kiçildir. Hər dəfə günah işlədikdə deyir ki, “Əlhəmdulillah, camaatla birlikdə namaz qılmışam”. Yaxşılıqlar pislikləri yuyub aparır. Evə girib televizoru açıb əxlaqsız verlişlərə baxır, musiqiyə qulaq asır, çölə çıxanda yarıçılpaq, dar paltar geyib özünü yad kişilərə göstərir və öz‐özünə deyir: “Bu mənə heç bir zərər toxundurmaz”. Sonra oturduğu məclislərdə insanların qeybətini edir. İnsanların namusu barədə danışır. Qeybət və lağlağa etmədən məclislər onun üçün can sıxıcı olur. Günahların kiçiyinə, böyüyünə məhəl qoymur.
İmanın zəifliyi
İbn Qeyyum Əl‐Cövzi belə buyurur: “Çox qığılcımlar var ki, onlardan böyük bir odlar törəmişdir.” Ey Allahın qulu! Elədiyin bütün günahların hamısı kiçik və böyüklüyündən asılı olmayaraq mələklər tərəfindən əməl dəftərinə qeyd olunur. Adi bir baxışın buraxılmır. Qəzet‐jurnalı açıb oxuyanda ordakı qadına baxıb ləzzət alanda və ya olduğun məclislərin birində oturub qeybətə qulaq asanda, öz nəfsini müdafiə etmək üçün belə deyirdin: ”Kiçik bir şeydir, mən ki, danışmıram”. Bir gün ehtiyaclarından dolayı bazara çıxanda satıcı bir qadına rastlaşıb onunla alış‐veriş edəndə başladın onu danışdırmağa, güldürməyə və o zaman “heç nə olmaz, zərurətdir” deyirdin. Ay yazıq insan, məgər sən bilmirsən ki, mələklər sənin bütün günahlarını yazıb əməl dəftərində qeydə alır? Necə ki, Allah Təalə buyurur: “Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!"( əl‐Kəhf, 49)
Səslərin sayı: 0
0
96
Loading...
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır