Bakıda hava 11°
USD AZN
EUR AZN

Gülümsə, Qəşəm...

 

Gülümsə, Qəşəm...

 

Gülümsə, Qəşəm

Qəşəm, xöşbəxtsən ki, səndə bir sirr var,

Ələnir başına, yarpaqlar, quşlar, yağışlar...

Topu sənin ayağına vurur uşaqlar,

Gülümsə, Qəşəm...

Gülümsəmək sirrin üstünü örtməkdi, məncə. Qəşəm, deputatlar, nazirlər, başçılar zamanında

Adamlar, nərdivanla qalxanda və düşəndə

Qeybdən gələn səs sənə demişdi: – gülümsə,

Gülümsə, Qəşəm. Bunu səndən gözləyən var,

Istəyən var, özü də lap yaxında.

Həbsxanada nəfəsliyin geniş olmasına sevinən

bir yazıq var. Ya da bir misra içində "ə" hərifini,

Çək üstünə gizlən, yat.

Ötüb keçsin vaxt...

Bir səsə ilişib qalxarsan, nə vaxtsa -

Kimsə səni oxuyanda.

Tanrı bəxtəvəri, çək “Ə”ləri üstünə...

Daha nə istəyirsən? Sonsuz olduğumdan, Qəşəm

Səni oğlum kimi sevirəm

Balam kimi, arxanca yüyürürəm, Qəşəm,

Gülümsə, Qəşəm.

 

 

Qəşəm Nəcəfzadə

 

Səslərin sayı: 0
0
568
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!