Bakıda hava 29°
USD AZN
EUR AZN
13:38PERI salam qizlar necesiz 13:07Surayye Ayla getden gelmedin baci 13:07Surayye Qizlarim qizillarim necesiz?hara yox olmusuz 08:58Xəyalə Murad Yeni iş həftəsində hər birinizi salamlayıram! 08:58Xəyalə Murad Sabahınız xeyirli,Gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40931

Selena Qomes ilin qadını seçildi!

Selena Qomes ilin qadını seçildi!


Qadin.Net bildirir ki, publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Billboard” musiqi nəşrinin versiyasına görə Selena Qomes "İlin Qadını" adını qazanıb. Onlar seçimi onunla izah edib ki, Selena yalnız musiqi çartlarının zirvəsində olmaqla kifayətlənmir, həm də gənc qadınlara daim ilham verir. O, səsinin eşidilməsi üçün öz məşhurluğundan istifadə etməkdən də qorxmur.

Qomes “Billboard Women in Music” mükafatını noyabrın 30-da Los-Ancelesdə keçirilən mərasimdə alacaq.

Xatırladaq ki, keçən il "İlin Qadını" mükafatını müğənni Madonna alıb. 2015-də Ledi Qaqa, 2014-də isə Teylor Svift sözügedən mükafata layiq görülüb.

Selena Qomes karyerada müvəffəqiyyətlə və sürətlə irəliləyir, amma son günlərdə onun şəxsi həyatı çox sual doğurur. Məsələ ondadır ki, müğənni “The Weeknd” ləqəbli həmkarından ayrılaraq keçmiş sevgilisi Castin Biberlə yenidən barışıb.

Səslərin sayı: 0
0
310
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!