Bakıda hava 37°
USD AZN
EUR AZN
15:38PERI salam hervaxtiz xeyir olsun 09:41Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40903

Lənətlənmiş sərdabə açıldı - FOTO

Lənətlənmiş sərdabə açıldı - FOTO


Misirin paytaxtı Qahirənin yaxınlığında, məşhur "Ehramlar vadisi"nin olduğu Gizada fironların ehramlarının inşaatında çalışmış fəhlələrin dəfn olunduqları "Lənətlənmiş sərdabə" turistlər üçün açıq elan olunub.

Milli.Az CNN-ə istinadən bildirir ki, "lənətlənmiş sərdabə" adlanan sərdabələr və məqbərələr kompleksi qullar, kölələr və fəhlələrin dəfn olunduğu məzarlardan ibarətdir.

4500 il yaşı olan bu kompleks "Tayfa dağı"nın yanında, Gizadakı ehramların həndəvərindədir. 30 il əvvəl misirli arxeoloqların apardıqları qazıntı işləri zamanı aşkarlanmış kompleksi minillər boyu "lənətlənmiş" sayıblar.

Alimlərin dediklərinə görə, ehramların inşasına rəhbərlik edən şəxs fəhlələrin və qulların məzarlarının olduğu yerin divarlarına lənətlər yazdırmağı əmr etdirmişdi. Onun fikrincə, lənətlər Şər ruhların məzarlara girməsinin qarşısını alacaqdı.

"Bu məzarların olduğu sərdabələrə girənlər, pislik etmək istəyənlər bilməlidir ki, suda timsahlar, quruda ilanlar düşmən kəsiləcək. Hipopotamlar onlara divan tutacaq, əqrəblər onları sancacaqlar", - lənətlərdən birində yazılıb.

Giza Tarixi İrs Qoruğunun direktoru Əşrəf Mozinin dediyinə görə, "lənətlənmiş sərdabə" firon Hufunun oğlu Hufu Hafanın dönəmində inşa olunub.

Hufu Hafa Misiri eramızdan əvvəl 2589-2566-cı illərdə idarə edib.

"Lənətlənmiş sərdabənin yanında Misir fironlarının 6-cı nüslinin hakimiyyəti zamanında, eramızdan əvvəl 2340-cı ildə inşa olunmuş "Seşem Nefer" adlı sərdabə də var.

"Seşem Nefer"də də ehramların inşalarında çalışanlar dəfn olunub.

Lənətlənmiş sərdabə açıldı - FOTO


Səslərin sayı: 0
0
332
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış