Qoç - ünsiyyətdən qaçırsınız, əsəbisiniz, hətta həmfikirlərinizlə də ortaq nöqtəyə gələ bilmirsiniz. Yox yerdən narazılıqlar yaranır və saatlar keçdikcə böyüyür, ciddiləşir. Səhərçağı hansısa razılığa gəlmək mümkündür, günün ikinci yarısı isə təmasları, ünsiyyəti minimuma endirməyə çalışın.
Şəxsi həyatınızda gözlənilməz dəyişikliklər mümkündür. Bəzi xəbərlər planlarınızı ciddi surətdə dəyişməyə vadar edəcək. İnadcıllıq etməyin: bu gün alternativ çıxış yolu aramaq əvəzinə gücünüzü lazım olmayan yerə sərf etməyə meyllisiniz. Bu gün çiçək almanız faydalı olacaq, həm otaqlarınızı, həm də bağçanızı bəzəyin.
Buğa - tamamilə aydındır ki, uzun bir zamanı fantaziya adlanan gözəl bir ölkədə keçirmisiniz. İndi də sanki sizi oradan deportasiya ediblər və real aləmin çatışmazlıqları ilə barışmalısınız. Üstəlik, bunlar sizə bu gün daha cansıxıcı görünür. Elə də asan deyil, təbii ki.
Öz çətinliklərinizi hamı ilə bölüşməyə hazırsınız, amma kimsə bu yükü daşımaq istəmir. Kədərlənməyin, yaradıcılığa vaxt ayırın. Yaxşı şeir yaza, yaxud gözəl rəsm əsəri yarada bilərsiniz.
Əkizlər - uğurlu, yeni imkanlar və qeyri-adi təsadüflərlə dolu gündür. Həyatınız göz önündə dəyişir və dəyişikliklərin mahiyyəti məhz sizdən asılıdır. Yeni kəşflər edə bilərsiniz. Uzaqdan aldığınız xəbərlər xoş olacaq. Öz istedadınıza layiqli tətbiq sahəsi tapacaq, nəyə qadir olduğunuzu göstərəcəksiniz.
Səhhətinizdən şikayətiniz olmayacaq, əhvalınız isə aktiv istirahət sayəsində daha da yüksələ bilər. Evdə qalmalı olsanız, dərd eləməyin, maraqlı bir işlə başınızı qatın, məsələn, təmirə başlaya bilərsiniz.
Xərçəng - gizlənin, kimsənin gözünə görünməyin. Kim sizi görsə, istər-istəməz bir pislik etmək fikrinə düşəcək. Nə etməli, bu gün də belə gətirib. Pul xərcləmək, iri əşyalar almaq məsləhət deyil. Diqqətsizlik və laqeydlik ucbatından maliyyə itkiləri mümkündür.
Emosional fon qeyri-sabitdir. Gah şən və həyatsevərsiniz, gah da depressiyaya düşürsünüz. Sizinlə dil tapmaq çətindir: yaxınlarınız sizi anlamağa çalışacaq, amma tez təslim olacaqlar. Heyvanlar sizi çətinlikdən çıxarar. İmkan varsa, at belində gəzintiyə çıxın, qucağınıza pişik alın, akvariumda balıqları seyr edin - əhvalınız yaxşılaşacaq.
Şir - mürəkkəb danışıqların aparılması üçün münasib gündür. Özünüzə tərəfdaş kimi görmək istədiyiniz rəqibiniz varsa, bu gün onunla mütləq söhbət etməyə çalışın. Bu şansdan şəxsi məqsədləriniz üçün də istifadə edə bilərsiniz: xoşunuza gələn biri çox əlçatmazdır? Bu gün onu görüşə çağırın.
Pul kisənizə diqqət yetirin. Rastınıza çıxan əşyaları gözəlliyinə aldanıb almayın, çox tezliklə onlar əhəmiyyətini itirəcək. Günün ikinci yarısı səhhətiniz pisləşə bilər.
Qız - uğurlu gündür. Xoş sürprizlər gözləyin. Bəxtinizə inanın: məhz onun sayəsində bir sıra çətin vəziyyətdən asanlıqla çıxa biləcəksiniz. Həmkarlarınızla münasibətləriniz düzəlir, rəhbərliyin və yaxud başqa nüfuzlu bir şəxsin dəstəyini alacaqsınız.
Şəxsi həyatınızda bəzi problemləri aradan qaldıra bilərsiniz. Məsələn, qırıldığı üçün peşmanlıq çəkdiyiniz əlaqələri bərpa edə bilərsiniz. Təşəbbüs göstərməkdən çəkinməyin.
Tərəzi - darıxdırıcı, boz gündür. Şücaət göstərmək, macəralara qoşulmaq, heç olmasa şəraiti dəyişmək arzusundasınız. Amma heyhat: olduğunuz yerdə qalmalı, gördüyünüz işi davam etdirməli və həyatınızda heç nəyin baş vermədiyini düşünməklə vaxt keçirməli olacaqsınız.
Çox hissiyyatlı Qoçlar bu duruma həddən artıq kəskin reaksiya verirlər: səs-küy salır, ətrafdakılarla mübahisə edir, ailə üzvləri və rəhbərliklə münasibətləri aydınlaşdırırlar. Münaqişədən qaçmağa yalnız sizin cazibədarlığınız kömək edir.
Əqrəb - adi günlərdən biridir, elə ən yaxşı cəhəti də sakitliyidir. Bu ərəfədə başladığınız işləri yekunlaşdıra bilərsiniz, kimsə sizi işinizdən ayıraraq diqqətinizi yayındırmayacaq. Alış-veriş edə bilərsiniz, amma daha yaxşı olar ki, pulları biznesə, yaxud da şəxsi təhsilinizə xərcləyəsiniz.
Ziyafətlərə dəvət alsanız, imtina etməyin. Bu gün adam arasına çıxmaq, tanışlıqlar qurmaq sizin üçün faydalıdır. Ancaq başınızı itirməyin: romantik macəra təkcə sevinc gətirməyəcək...
Oxatan - uğur bu gün sizinlədir. Qarşınıza yeni məqsədlər qoyun, onları mütləq əldə edəcəksiniz, heç şübhəniz olmasın. Tərəfdaş və köməkçi tapmaq problem deyil. Onlar böyük həvəs və entuziazmla sizin göstərişlərinizi yerinə yetirəcəklər. Başqalarının məsuliyyətini boynunuza götürməli olacaqsınız, amma görünür, bu sizi elə də narahat etmir.
Yaxınlarınızla asan dil tapırsınız, dostlarınız və valideynlərinizlə fikir ayrılıqları gözlənilmir. Səfərlər mümkündür. Bunlar xoş keçəcək. Hədiyyə ala bilərsiniz. Bunlardan biri isə sizi təəccübləndirə bilər.
Oğlaq - işlər o qədər də rəvan getmir. Xeyli mürəkkəb, birmənalı olmayan situasiyalar yaranır və onlardan çıxış yolunu tapmaq o qədər də asan olmur. Yalnız öz gücünüzə güvənməli olursunuz, bu isə vəziyyəti bir qədər də qəlizləşdirir. Hətta bu gün aldığınız məsləhətlərin də əksəriyyəti yararsız, hətta dağıdıcıdır.
Maliyyə işlərində ehtiyatlı olun. Qədərindən artıq xərcləməyə meyllisiniz. Bəzi Əkizlər şəxsi xarakterli çox çətin seçim qarşısında qalacaqlar. Məntiqi düşünməyə çalışın, tək intuisiyanıza arxalanmayın.
Dolça - uğursuzluq nə qədər çoxalırsa, siz də bir o qədər şansınıza güvənirsiniz. Yalnız öz gücünə güvənən, zəhmət çəkməyə hazır olan Dolçalar yaxşı nailiyyətlər əldə edəcəklər. Ətrafınızdakılara yardım etməyə, onları ardınızca aparmağa hazır olun.
Parlaq emosiyalar, yaddaqalan hadisələr axtarışındasınız, amma şəxsi həyatınızda, təəssüf ki, bir süstlük yaşanır. Sabitliyin də öz üstünlüyü var, ən azından, gələcək planlarınızı götür-qoy edə bilərsiniz. Enerjiniz çoxdur, işlərdən çəkinməyin.
Balıqlar - etiraf edin ki, imkanlarınız hüdudsuz deyil. Əgər bunu qəbul etsəniz, bir çox gərəksiz işlərdən, əziyyətlərdən yaxa qurtara bilərsiniz. Əksinə, inad göstərsəniz, həm vaxtınızı, həm də gücünüzü itirəcəksiniz. Nəticəyə nəzər salmağınız da pis olmaz - bunumu istəyirdiniz, yaxud əldə etdiyinizə bu qədərmi ehtiyacınız vardı?
Tərəfdaşlarınızı və həmfikirlərinizi itirirsiniz. Şəxsi münasibətlərinizdə də bu tendensiya davam edəcək: bəzi əlaqələriniz sizdən asılı olmayan səbəblərə görə dağıla bilər. Özünüzü günahlandırmayın. Olanları sakit analiz etmək indi çətindir, amma sonra bu vəziyyətə yenidən qayıdın, hər şey yerinə oturacaq.
XƏBƏR LENTİ
Ebola banan bazarına da "yoluxdu"
Möcüzə enerji-6 (son)
Prezident İlham Əliyev Rene van der Lindeni ordenlə təltif etdi
Məktəblilərin qış tətilinin vaxtı açıqlandı
Sevgilisi Hadisəyə qalmaqallı görüntüləri sildirdi - VİDEO
Ramazanın 12-ci gününün duası
Bir günlük gündəlik
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi
Gələn il pensiyalar neçə manat olacaq? - AÇIQLAMA
Kakaolu un halvası (foto-resept)
Bananlı, şokoladlı keks (foto resept)
Nazirlik: Müəllimlər spirt almağa məcbur edilə bilməz
BMT rəsmisi: “Təcrid məsələsi ciddi narahatlıq doğurur”
“İmamzadə” ilə bağlı sərəncam
Yorğunluğun qarşısını alan məhsullar
Gözətrafı qırışlar üçün yağlar (1)
Diş daşlarını aradan qaldıran möcüzəvi RESEPT
TQDK imtahan keçirəcək
Nurgül Yeşilçay məşhur brendi lağa qoydu
Hava haqqında
Uşaqlar üçün ad günü tortları(2)
Dişlərinizin gözəl olması üçün 10 qayda
Ermənilərin Bakıda döyüşəcəkləri tarix açıqlandı
Azərbaycanlılar üçün Rusiya pasportu almaq asanlaşır
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Almaniyada bomba səbəbindən 20 minə yaxın insan təxliyə edildi
Bu gün Bakıda 23 dərəcə isti olacaq!
Günün ulduz falı
Azərbaycan Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransını təşkil edir
Bu rəsm əsərinin ilkin qiyməti 120 milyon dollardır - FOTOLAR
Günün qoroskopu:Aktiv olun!
İlk dəfə kosmik taksi sınaqdan keçiriləcək
Meray Keri açıqlamaları ilə hər kəsi təəccübləndirdi
Millət vəkili: “Ehtiyac olarsa, karantin rejimi uzadıla və sərtləşdirilə bilər”
Neftin qiyməti Azərbaycanı sevindirdi
Foqtsun istefa səbəbi
Ən böyük bina bu olacaq
İranla AEBA arasında nüvə danışıqları başladı
Sıla yeni il gecəsi çıxış etməyəcək-SƏBƏB
XİN rəhbərindən hərbi əməliyyatların bərpası məsələsi ilə bağlı AÇIQLAMA
Məmurlara WhatsApp və Skype-dən istifadə qadağan olunur
İlk dəfə qara dəliyin fotosu çəkildi-FOTO
Thai masajının vətəni Tayland
Qreypfrut toxumunun eksraktı kosmetologiyada
Qarpız niyə bahadır?-Nazirlikdən şərh
Sami Yusifdən azərbaycanlılara böyük jest
Sualtı jim üzrə yeni rekord vuruldu - VİDEO
Balqabaq çempionatı keçirildi
Xocalı-sağalmaz yaram mənim(2)