Bakıda hava 31°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
12:25Feride Hamiya salam xoş istirahətlər 07:55Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40609

ETİRAFLAR - "Maşın sürən qadınların dərdi"

"Xəyalə Murada Etiraflar" layihəsi üçün yeni qəbul edilmiş anonim etirafı sizin ixtiyarınıza verirəm: 

ETİRAFLAR - "Maşın sürən qadınların dərdi"

"Dərd desəm, problem desəm bilmirəm. Mentalitet adı ilə müzakirə edə bilərsiz. Ancaq canımı yandıran bu məsələni deməliyəm. Kişilər şalvar geyinir deyə biz qadınlar, qızlar şalvar geyinəndə danışdılar. Amma əlimizdən ala bilmədilər. Bilməzlər də. Qısa saç daki o da bizdə. Bu da tədricən qəbul edildi. Qaldı qısa "şortik", mini ətək və maşın mövzsu... 

Mənim dərdim bunların üçüncüsüdür. Bir ildir maşın sürürəm. Üç il əvvəl nə vaxtsa maşının olacaq sürəcəksən desəydilər, gülüb keçərdim. Amma bir ildir ki, maşın sürürəm. Burda qəribə, gülünc, ələ salınacaq səbəb görmürəm. Lakin ağzının şirəsini tuta bilməyən kişilər var ki, "Ərli qadın maşın sürməz" deyib söz atır, siqnal verir, yolumu dar edirlər. 

ETİRAFLAR - "Maşın sürən qadınların dərdi"

Otuz yaşım var. Bir qızım var. Onun dərsi, rəqsi, hazırlıqları, gəzintisi hər bir şeyi maşın sayəsində çatdırıram. Maşınsız bu vaxta qədər necə çatdırdığıma özüm də heyrət edirəm. Ancaq anlaya bilmirəm ki, maşın sürməyin evli olub olmamağa nə dəxli var?! Məgər rul arxasında oturub maşını nikah şəhadətnaməsi ilə işə salırıq ya açarla? Düşüncəsiz, mənliyi zəyif bəzi kişiciklər, özlərinə hörmət qoymur deyə maşın sürən xanımları da maşınlara layiq bilmirlər. Onlarla necə mübarizə aparacağımı bilmirəm. Yoldaşıma da demirəm. Bilsə narahat olacaq, ya da əlimə açar verdiyi günə lənət oxuyacaq. Evimə lazımsız söz-söhbət salmaq istəmirəm. 

Deyəcək sözüm çoxdur, ancaq qorxuram açıb ağartdıqca etirafım anonimlikdən çıxar. Ən yaxşısı elə burda sözü kəsə etməkdir. 

Bilmək istəyirəm, görüm, bu axmaq düşüncəli insanlarla təkcə mən qarşılaşıram, yoxsa məndən başqa xanımlar da eyni vəziyyətdədir?"

Səslərin sayı: 1
2
1443
loading...
Şərhlər
Offline
Xəyalə Murad
Ətrafımda maşın sürən xanımlar az deyil. Hələ heç kimdən bu cür şikayət eşitməmişdim. Xanımlar rul arxasında olsalar da xanım kimi nəcib davranış göstərirlər. Şəxsən sizə dediyim ki, qayda pozuntusuna yol vermirsinizsə, sürməyinizdə olun.
4 noyabr 2017 14:49
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Iceberg
Booş verin, sürün siz, mənim maşınım olanda fikir verməyəcəm ))) biggrin
2 noyabr 2017 12:44
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • "Bir zamanlar Çukurova"nın aktrisası hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO

    Bu qizdan xoşum gəlmir. Elə bil alçaq təpələri bu yaradıb
  • Yayda sağlam qidalanma üçün tövsiyələr

    Məşhur aktrisanın son halı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
  • Bürclərə görə çimərlik geyimləri

    Cimerlik paltarının burce gore oldugunu bilmirdim
  • Neslihan Atagül hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO

    Men de makiyajsiz beyendim
  • Məşhur aktrisanın son halı TƏƏCCÜBLƏNDİRDİ-FOTO

    Dogan kimi gozel qizlar niye bele eybecer olurlar?
  • Asanlıqla gizlənməyi bacaran ev heyvanları

    hamsı şirinciye hansini seçim bilmədim. Qara pişiyə vuruldum
  • 11:48 - Müəllif: MITCHELLmopBW
    Hüquqşunas məsləhəti (357)

    Hüquqşunas məsləhəti

    Покерный рум PokerDOM выдает бонусы покердом 2018 всем новым игрокам. Для получения бонуса достаточно пройти регистрацию по инструкции нашего сайта. More info>>>
  • 11:38 - Müəllif: MShinomEV
    Hüquqşunas məsləhəti (357)

    Hüquqşunas məsləhəti

    Выездной мобильный шиномонтаж в Москве и МО круглосуточно! Мегафон: +7(495)908-97-71 Мтс: +7(915)448-25-25 Хранение шин. 1. Шиномонтажные работы. 2. Снятие секреток. 3. Переобувка шин. 4. Ремонт проколов и порезов. Выездной шиномонтаж 24 часа в Москве и МО. Звоните!
  • 09:56 - Müəllif: CLAYNeorkUB
    Hüquqşunas məsləhəti (357)

    Hüquqşunas məsləhəti

    официальный сайт PokerDOM выдает покердом бездепозитный бонус всем новым игрокам. Для получения бонуса достаточно зарегистрировать аккаунт по инструкции нашего сайта. Show more!..
  • "Bir zamanlar Çukurova"nın aktrisası hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO

    "Bir zamanlar Çukurova" serialında Züleyxa obrazını canlandıran Hilal Altınbilek bu dəfə sevənlərini tətil şəkilləri ilə təəccübləndirdi.
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!