İstənilən bir ölkənin tarixini araşdırsaq görərik ki, o ölkənin tarixində ən az bir müharibə yaşanıb. Müharibəni və müharibənin dəhşətlərini dəfələrlə yaşayan xalq olaraq biz nə etmişik? Hansı ibrət dərsi almışıq? Hansı kitabları yazıb öz səsimizi dünyaya çatdıra bilmişik? Neyləmişik ?
Bəlkə nəsə etmişik, amma hamısı ölkəmiz daxilində olub. Dünyaya səs salacaq heç bir şey edə bilməmişik. Hansı yazarın Qarabağ dəhşətlərini dünyaya çatdıracaq əsəri var? Bəlkə də var, amma dünyaya səs salmasını mən görməmişəm. Amma əfqan əsilli Xalid Hüseynin belə səpkili kitabları var. Öz ölkəsinin müharibə dəhşətlərini bu cür ustalıqla dünyaya çatdırdı. İndi düşünüləcək ki, Hüseyni Amerika kimi ölkədə yaşayır, onun səs salması asan məsələdi, amma bunun da cavabı var–bizim də bu imkanda olan yazarlarımız var! nə isə...
Oxuduqlarım haqqında təəssüratlarımı yazanda əsər haqqında ümumi məlumat, yaxud əsərin məğzi haqqında danışmağı sevmirəm. Daha çox öz oxucu prizmamdan yanaşıram.
Hüseyninin üç əsərindən – “Min möhtəşəm günəş”, “Və dağlardan səda gəldi”, “Çərpələng uçuran” oxucuların çoxu “Çərpələng uçuran” əsərinə daha çox müsbət rəy verirlər, amma mənim bu üç əsər arasında ən samballısı “Və dağlardan səda gəldi” oldu.
Çərpələng uçuran əsərində də yazıçı digər əsərlərində olduğu kimi öz ölkəsinin adət-ənənələri, mədəniyyəti, müharibənin dəhşətləri haqqında yazıb. Əsər əsl dostluqdan, sədaqətdən, xəyanətdən və günahlarının bağışlanılması üçün bir insanın edə biləcəklərindən bəhs edir.
Ümumiyyətlə, əsərdə cərəyan edən hadisələri bir növ Əmir obrazının xronikası adlandırmaq olar. Əfqanıstanın məhşur puştun qəbiləsinin nümayəndəsi olan bu obraz məncə elə müəllifin prototipidir. Hüseyninin də puştun qəbiləsindən olması, kiçik yaşlarından etibarən ailəsi ilə birlikdə Amerikaya köçməsi, Amerikaya köçdükdən sonra yazıçılıq fəaliyyətinə başlaması, Əmir obrazının Hüseyninin prototipi olduğu fikrini qüvvətləndirən oxşar cəhətlərdir. Bütün əsər boyu baş verən hadisələr bu obrazın dilindən verilir.
Əsərin əvvəlində Əmirin etdiyi əclaflığa görə ona nifrət hissim oyansa da, sonlara yaxınlaşanda Əmiri qınaya bilmədim. Hər insanda cəsarət, mərhəmət, ədalət, vicdan hissi eyni qədərdə olmur, Əmirdə də cəsarət hissi yox dərəcəsində idi, məhz cəsarətsiziliyinin ucabtından dostunu xilas edə bilmir.
Allah günahlarının bağışlanması üçün hər bir bəndəsinə ömründə bircə dəfə də olsa şans verir, elə Əmirə də bu şansı verdi. Əmir uşaqlığında etdiyi günahını yalnız illər sonra qismən də olsa yuya bildi.
Çoxları bu əsərdə Əmiri günahkar görür, amma gəlin düşünək. Əmirin atası Babanın günahı az idimi? Əslində Həsənin Əmirin qardaşı olması haqqını, Həsənin atalı böyümə haqqını, Həsənin atası düşünülən Əlinin həqiqəti bilmə haqqını onların əlindən oğurlayan elə Baba özü deyildimi? Axı Babanın öz düşüncəsinə görə dünyada ən böyük günah oğurluq idi...
Əsəri dilimizə tərcümə edən Xədicə İsmayıla da sonsuz təşəkkür düşür. Çünki, əsərin poetik keyfiyyətlərini sarsıtmadan tərcümə etmək böyük bir peşəkarlıq tələb edir. Tərcümə bəyəniləndi.
Qeyd edim ki, roman “Oxucu seçimi 2007” mükafatını qazanıb və əsərə eyniadlı film çəkilib.
Gözlər insanın ruhuna açılan pəncərədi, çalışın ruhunuzu şən, ruhən cavan saxlayın ki, Gözləriniz sizi ələ verməsin.
XƏBƏR LENTİ
Yarpağın macərası
Düzgün qərar qəbul etməyin yolları
Dahilərdən gözəl sözlər - 13
Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Ana ilə yatmaq uşağın ürəyini müdafiə edir
Mehriban Əliyevadan xalqa çağırış
Rihanna fantastik qiymətə ev kirayələdi - FOTO
Koronavirus peyvəndinin qiyməti bəlli oldu
Günün ulduz falı
"Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı"
Meqan və Harri hər kəsi belə Təbrik etdi-FOTO
Çay gözəlləşdirir
Kredit götürmək istəyənlər üçün
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlandı
Apple gözləri izləyəcək
“Whatsapp”da yeni funksiya
Məşhur aktyor aparıcılıq etməyəcək-SƏBƏB
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Dəbli toy donları
Günün ulduz falı - 16.08.2013
O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı
Moruqlu kekslər (foto resept)
6 erməni əsgər məhv edildi
Düşmənin kabusu: “Ermənilər azanın səsini eşidəndə qaçırdılar” - VİDEO
Məşhur aktrisa ən böyük qorxusunu AÇIQLADI-FOTO
Tarixin ən qaddar 10 qadını
Aydilge 35 kq-lıq gəlinlik geyinəcək-FOTO
Ərəb ölkəsində nikahdankənar yaşamağa icazə verildi
Saç tökülməsinin qarşısını alan maska
Arıqlamaq istədi, ölümdən döndü - FOTO
Hıçqırıq necə keçər?
Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlandı
Peçenye keks (foto resept)
Obamadan yeni sanksiyalar
Sizi arıqladan 25 qida (1-ci hissə)
Koronavirusla bağlı SON STATİSTİKA
Bu smartfon 2 əməliyyat sistemində işləyir
Ceyms Bond filminin premyera tarixi dəyişə bilər-SƏBƏB
Gənc xanımlar üçün donlar
Azərbaycanlı idmançı Fransada 1-ci oldu
Di Kaprio Kendal Cenner ilə sevgilidir? - FOTO
Dekorativ Şamdan
Təbii makiyaj təmizləyiciləri
“Azərcell” ləğv olunur - SON DƏQİQƏ
Azərbaycanda ən çox rast gəlinən kişi və qadın bəlası
Şəkil çəkməyi bacaran heyvanlar
“Forma-83” elektron formada veriləcək
"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı
Həyatı asanlaşdıran 10 ixtira
HAVA necə olacaq?-8 FEVRAL