Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9967 AZN

İmanın zəifliyi

 

İmanın zəifliyi

 

İmanın zəifliyindən dolayı insanda özünü biruzə verən bir çox əlamətlər müşahidə olunur, bu əlamətlərdən biri də Allahın insanlara nazil etdiyi dünya və axirət xoşbəxtliyini özündə cəm edən Qurani‐Kərimi oxumamaq və ya oxuyub düşünməməkdir. Həmçinin imanın zəifliyindəndir ki, İmamın arxasında namaz qılasan, amma imamın nə oxuduğunu dinləməyəsən. Ola bilsin dua edirsən, əzabdan Allah Təaləyə sığınırsan, amma qəlbin dünya barəsində fikirləşir. Açıq-aydın ayətlər təsir etmir. Bu yerdə möminlər barəsində Allah Təalə buyurur: “Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar...”( Əl‐Ənfal,2)

 

Ey insan! Əgər qəlbin titrəmirsə, bil ki, bu imanın zəifliyindəndir. Allah Təalə başqa bir ayədə buyurur: “Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı və kökslərdə olanlar aşkar ediləcəyi zaman – məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?”( Əl‐Adiyat, 9‐11)

 

İmanın zəifliyi

 

Düşündüyün günahlar, o şeylər ki, öz aləmində onları gizlədirdin, asi olub günah işlədirdin və elə zənn edirdin ki, Allah səni görmür. Allah Təalə buyurur: “O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir”( Əl‐Həqqa, 18). Əgər imanın güc‐qüvvətini yoxlamaq istəyirsənsə, Qurana qayıt. Onu oxuyanda təsirlənirsənmi? İmamın arxasında namaz qılanda fikrini yayındırmadan, qorxu ilə namaz qılırsanmı, nə oxuduğunu fikirləşirsənmi? Qorxu hissləri keçirirsənmi? Vallahi əgər bu Quran dağlara ensəydi, dağlar parça‐parça olardı. Necə ki, Allah Təalə başqa bir ayədə buyurur: “Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça‐parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr.”(Əl‐Həşr, 21) Amma nə olub bu qəlbə ki, təsirlənmir? Səbəb nədir? Əlbəttə, günahlar. Allah Təalə buyurur: “Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.” (əl‐Mutaffifin,14)

Səslərin sayı: 0
0
710
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )