Bakıda hava 26°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:24Surayye Qizlarim qizilalrim necesiz?İstilerle aranız necedi 11:36Sima salma millet necesiz
40643

Əqidə haqqında

 

Əqidə əqd sözündəndir. Bağlamaq, yaxşı bağlamaq, düyün vurmaq deməkdir. İnsanın qəlbində kəsin olaraq qəbul etdiyi şey istər haqq, istər batil olsun, əqidədir.

 

Əqidə haqqında

İstilahi mənası: Əqidə insanın heç bir şəkk-şübhə və tərəddüd olmayaraq kəsin olaraq inanması deməkdir. Əgər bu inanc yəqinlik dərəcəsinə çatmazsa, ona əqidə deyilməz ("Lisanul Ərab", "Kamusul Muhit", "Mucəmul Vəsit" Aym, Kəf, Dəl maddəsi).

 

Sələf keçən, keçmiş deməkdir. Keçmiş cəmaatdır. "...Və onları sonradan gələnlər üçün sələf (keçmiş) və ibrət dərsi etdik"(əz-Zuxruf 56). İmam Qazzali (rahmatullahi aleyhi) deyir ki, Sələflər-Səhabə və Tabiinlərdir (İkanuul Avam və İlmil Kəlam s.62).

 

Əqidə haqqında

Yaşca və fəzilətcə sizdən böyük olan ata və babalarınız sizin sələfinizdir. Buna görə də ilk müsəlmanlara Sələfi Salihin adı verilmişdir. Peyğəmbər (s.a.s) Səhabəsi və gözəl bir şəkildə onlara tabe olanlar bu ümmətin sələfidirlər. Peyğəmbərin(s.a.s) səhabələrinin və onlara gözəl bir şəkildə uyanların dəvət etdiyi şeylərə dəvət edən hər bir kəs də sələfi yolu üzərindədir. Quran və Sünnə ilə yaşayan hər bir kəs sələfə tabe olan kimsədir. İstər zaman və məkan etibarilə onun ilə onıar arasında uzu bir müddət olsun, istərsə də, olmasın. Onlara müxalif olan isə onlar arasında yaşamış olsa da belə onlardan deyildir:"Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir"(ən-Nisa 115).

 

Allah Rəsuluna itaət etməməyi əməllərin boşa çıxartmaq olduğunu qeyd edərək buyurur:"Ey iman gətirənlər! Allaha itaət edin, Rəsuluna itaət edin və əməllərinizi boşa çıxartmayın"(Muhəmməd 33).

 

Sələf yolu müsəlmanı birbaşa olaraq Allah və Rəsuluna (s.a.s) və onların sevgisinə bağlayır. Çünki Sələfi etiqadının qaynağı havadan və insan ağlının qüsurlarından uzaq olaraq Allah və Rəsulunun (s.a.s) buyurduqlarına dayanır.

 

 

Səslərin sayı: 0
0
642
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )