Bakıda hava 22°
USD 1.7000 AZN
EUR 1.9479 AZN
12:50Feride Sima Peri salam qizlar Sagolun Xeyale xanim 11:24PERI sima necesen canim 10:52Sima sabahiz xeyir necesiz bacilar 09:13Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər! 09:13Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram!
39333

ETİRAFLAR-"Kökəm, ancaq xoşbəxtəm!"

ETİRAFLAR-"Kökəm, ancaq xoşbəxtəm!"

"Səhifələrdən birində Xəyalə Muadın etiraf layihəsi" haqqında oxudum. Əvvəlcə kimin nəyinə lazımdır- deyə düşündüm. Ancaq sonra özümün bu anonim etirafa ehtiyacım olduğunu başa düşdüm. 

Cəmi 25 yaşım var, ancaq özümü 55 yaşında hiss edirəm. Buna səbəb gəncliyimi fərq etməyənlərdir. Mənə baxan hər kəs ilk olaraq artıq çəkilərimi görür. Daxilən necə biri olduğumla maraqlanmırlar. "Çox köksən, bir az arıqlasan yaxşı olar", "Əslində üzün gözəldir, bədənin kök olmasa oğlanlar dəli divanə olar" deyən rəfiqələrim, "Vaxtında dedik qız uşağı az yeyər", "Bəlkə hormonal prozuntuların var, yoxsa niyə kökələsən ki?", "Səni alan gərək kor olsun" deyən qohumlarım, doğmalarım var. 

Elə bilirsiniz heç arıqlamağa cəht etmədim? Çox etdim. Hər pəhrizdə ac qaldım, aclığa dözmək kinayəli baxışlara, atmacalı sözlərə dözməkdən yaxşıdır. Ancaq motivasiyamı qısa zamanda pozan rəfiqələrim var. İki günlük aclıq təzyiqimi salır, qanım düşür. Baş hərlənir, göz qaralır. Amma mən hamı yediyi kimi yeyirəm. Onlar qaşıqla yeyirsə, mən hər halda çömçəylə yemirəm. Onlar dayaz qabda yemək çəkirsə, mən də dayaz qabda yeyirəm. Eyni həcmdə qəbul etdiyimiz qida niyə hamının gözünə artıq çəkim kimi görünür, anlaya bilmirəm. 

Boyum 170, çəkim 110 dur. Ancaq o qədər sıxıntı, depressiya, xəyal qırıqlığı yaşadıqdan sonra daha heç bir pəhriz tutmaq istəmədiyimi etiraf etmək istəyirəm. Əgər bu etirafımı qadınlar oxuyursa anonim olsun. Kənardan gülünc hədəfi olmaq istəmirəm. İnanın ki, buna mənəvi olaraq dözə bilmərəm. 

Etiraf edirəm ki, özümü olduğum kimi bəyənirəm. Kimlərəsə görə arıqlamaq istəmirəm. Əynimin ölçüsündə paltar tapmaq çətindir, olsun... Mənə qəbuldur. O paltarı axtaran mənəm, siz yox! Məni sevən bu halımla sevər. Məgər çəkim 200 kq-dır? Boyuma görə bir az artıqdır. Nə olsun ki? Axı mən öz güvənimi sizin kinayəli məsləhətlərinizə görə sarsıda bilmərəm. Siz özünüzü sevdiyiniz kimi mən də özümü sevirəm. Niyə bədənimə nifrət etməyimi gözləyirsiz? Niyə aynadakı əksimə düşmən kəsilməyimi tələb edirsiz? Axı mən buyam, olduğum kimiyəm. Həyatımı, işimi sevirəm. Mən özümü bu cür bəyənir və sevirəm. 

Burdan bütün çəkili xanımlara, bacılara müraciət edirəm:- Biz özümüzü olduğumuz kimi qəbul ediriksə, başqalarının bizi qəbul edib etməmələri nəyimizə lazımdır?"

Səslərin sayı: 2
7
2153
loading...
Şərhlər
Offline
Şəri Babayeva
Kənardan gülünc hədəfi olmaq istəmirəm.
Mənim üçün heçdə gülünc görünmədiz.
Məni sevən bu halımla sevər.
good
27 oktyabr 2017 21:29
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
GÜLÇİN
Evvel elə bildim Xəyalə xanımdı kök))Çox köklük adamı yaşından qat-qat yaşlı gösterir.Inşallah arıqlayar dahada xoşbəxt olar.
27 oktyabr 2017 08:33
Online
Xəyalə Murad
Xəyalə əgər istəsə mən bu xanıma yardım edə bilərəm. Heç bir əziyyət çəkmədən, ac qalmadan sadəcə icazəli qidalar, sağlam qidalanaraq arıqlayacaq.

Xanımla əlaqə saxlayım, arzu etsə sənə yönləndirərəm. Köməyin üçün çox sağ ol give_ros
26 oktyabr 2017 22:23
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
Səmimi deyim, bu xanımın kökəm amma xoşbəxtəm deməsinə inanmıram. Boy 170-çəki 110 çoxdur. Mən ailə qurmazdan əvvəl 48-50 kq olmuşam. 3 uşaqdan sonra isə 96- kq olmuşdum. Qeyd edim ki, mənim də boyum 170-dir.
Həyatdan küsmüşdüm. Evdən çölə çıxmırdım demək olar ki. Hər dəfə güzgüdə özümü görəndə stress keçirirdim. keçirdiyim bu stress ruh halimə və mənim ətrafla əlaqəmin kəsilməsinə gətirib çıxarırdı. Təbii i aqresiv olurdum. Belim ağrıyırdı. Mədəm ağrıyrıdı və s. Yəni demək istədiyim köklük yalnız xarici göünüşümüzün pozulması deyil.
Köklük hər tərəfli qeyri-sağlamlıqdır. Mən də pəhrizlər etdim yarıda qoydum tez həvəsdən düşdüm. lakin sonra bir gün bir pəhrizə rast gəldim və iradəli olub bu pəhrizi saxladım. Əslində heç bu pəhriz üçün heç də iradə lazım deyil. "ət yeyə yeyə arqladım.))) yani ac qalmadan arıqladım. İndi 70 kq olmuşam. Mən daha çox çəki atmaq istəyirəm. Yalnız yoldaşım və aləm icazə vermir ki, bundan artıq olmaz). Yəni demək istədiyim ilk öncə sağlamlığınız üçün arıqlamalısınız. Sizi kiminsə sevməsi üçün yox. Mən inanmıram ki, siz güzgüdəki görünüşünüzü dediyiniz kimi sevirsiniz.
Bu həqiqətə uyğun deyil. İnanmıram ki, siz incə xanımlara baxıb"kaş ki, mən də belə ola biləydim" demirsiniz. Artıq çəki insanı yaşından çox göstərir, oturub durmasına, əyilib qalxmasına, istədiyi kimi geyinib hərəkət etməsinə mane olur. Bunu yaşamış insan kimi mən çox gözəl bilirəm. Bu görünüşünüzü də sevmək lazım deyil. Sizin nə yaşınız var ki özünüzü 55 yaşında hiss edəsiniz...Bir az ağır yazdımsa üzr istəyirəm. Ancaq mən həqiqəti yazmaq istədim. Sizə xoş olsun deyə yalan danışmaq istəmədim. İstəsəniz sizə yardım edə bilərəm. Siz artıq çəkidən xilas olmalısınız. Bu zaman indi yoxsa onda daha xoşbəxt olduğunuzun fərqini görəcəksiniz. Yenə də deyirəm bunu kiminçünsə yox özünüz üçün etməlisiniz.

Xəyalə əgər istəsə mən bu xanıma yardım edə bilərəm. Heç bir əziyyət çəkmədən, ac qalmadan sadəcə icazəli qidalar, sağlam qidalanaraq arıqlayacaq.
26 oktyabr 2017 21:44
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Online
Xəyalə Murad
Aynadakı əksiniz sizin ürəyinizcədirsə qalan hər şey qaydasına düşəcək.
Artıq çəki artıq qlobal problemə çevrilməyə başlayıb. Hər şeydən vacibi sağlam qidalanmaqdır. Başqalarının fikri ilə yaşasaq o həyat bizim yox, onların görmək istədiyi həyat olar. Düz edirsiniz, özünüzü sevin!
26 oktyabr 2017 20:16
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
✈█▓▒ Руслан Абилов ▒▓█✈
Bos seylerdi hamisi seven ele 200 kilodada sever 40 kilodada
26 oktyabr 2017 15:16
Offline
Iceberg
"Kökəm, ancaq xoşbəxtəm
xoşbəxtsənsə no problem))
26 oktyabr 2017 11:41
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!