Əksər hallarda yaydan sonrakı aylarda cinsi yolla yayılan xəstəliklərə yoluxanların sayında artım müşahidə edilir.
Qadin.Net Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcov deyib.
Z.Fərəcov payız aylarında belə xəstələrin sayının artmasının səbəbini yay aylarında istirahətə gedən insanların həmin yerlərdə cinsi yolla keçən xəstəliklərə yoluxması ilə izah edib:
"Yayda insanlar dincəlmək üçün başqa şəhərlərə, kurort zonalarına, istirahət mərkəzlərinə səfər edirlər və orada bəzi insanların şübhəli cinsi əlaqələri olur. Belə xəstəliklərə yoluxanlar səfər etdikləri yerlərdə bunun dərinliyinə varmırlar. Amma istirahətdən qayıtdıqdan sonra onların səhhətlərində müəyyən problemlər yaranır. Ona görə də payız aylarında bu xəstələrin sayında müəyyən artım müşahidə edilir".
Z.Fərəcov deyib ki, zöhrəvi xəstəliklərə görə daha çox kişilər müraciət edirlər.
Onun sözlərinə görə, ümumilikdə zöhrəvi xəstəliklərə kişilər arasında daha çox rast gəlinir. Cinsi yolla keçən xəstəliklər əsasən reproduktiv yaş dövründə olan - 50 yaşadək olan kişilərdə müşahidə olunur.
Baş mütəxəssis qeyd edib ki, ümumilikdə son illər ərzində bütün dəri-zöhrəvi xəstəliklərinə, o cümlədən cinsi yolla keçən xəstəliklərə yoluxma sayında artım müşahidə edilir.
Z.Fərəcov əlavə edib ki, bu xəstəliklər insanlarda ikincili sonsuzluq yaradır:
"Bunlar genefonda zərbə vuran xəstəliklərdir. Bu xəstəliklərə çox ciddi yanaşılmalıdır. Xəstəliklərə yoluxanlara düzgün diaqnoz qoyulduqda və müalicə vaxtında aparıldıqda yaxşı nəticə əldə etmək mümkündür".
Z.Fərəcovun sözlərinə görə, zöhrəvi xəstəliklərə yoluxan kişilərin əskəriyyəti çox zaman müalicəyə laqeyd yanaşırlar. Onlar həkimlərə xəstəliyin kəskin mərhələsində müraciət edirlər:
"Belə xəstəliklərə daha çox öz orqanizmlərinə qeyri-ciddi yanaşan adamlar yoluxurlar. Onlar çox zaman bu infeksiyalarla gəzirlər, fikirləşirlər ki, bu, öz-özünə keçər. Lakin sonda xəstəlik xroniki hal alır və müxtəlif fəsadlar verir. Bu, bəlkə də əhalinin xəstəliklə bağlı məlumatsız olmasından da irəli gəlir".
XƏBƏR LENTİ
Məşhur cütlük BOŞANDI-SƏBƏB
ABŞ-la Rusiya arasında buz əriyir
Yağış, sulu qar və külək
Robert Jurakın əl işləri
Azərbaycan Ordusu Laçına daxil oldu - VİDEO
Hava haqqında - 22.12.2013
Sızanaqlar üçün maska
Azərbaycan tarixindən yüz şəxsiyyət-93
Bərbərlər bu cür saç düzəltməyəcək
Suyun altında Dünya rekordunu təzələdi-FOTO
Depressiyadan rəsm çəkərək xilas oldu
Romantik yataq otağı dekorasiyası
Ərdoğan: "Xocalı soyqırımı 20-ci əsrin ən böyük faciəsidir"
Bunları edin - İstiliyə görə daha az pul ödəyin
Azərbaycanda əmək haqları artacaq
Operatordan qəribə addım - VİDEO
Noyabrın ilk gününün HAVAsı - XƏBƏRDARLIQ
Malyariyaya qarşı dezinfeksiya mütəmadi aparılmalıdır
Pirşağıdakı çirkab suları ilə bağlı rəsmi açıqlama
Gələn il neçə gün istirahət olacaq?
9 yaşına kimi ana südü ilə qidalandı-FOTO
Məleykə Abbaszadə TQDK-nın ləğvindən DANIŞDI
Günün ulduz falı
Evdə saç boyayarkən nəyə diqqət etməli?
Təhsilə ən çox pul ayıran ölkələr – SİYAHI
Şeyma Subaşı paylaşımları ilə diqqət çəkdi-FOTO
Kivi mürəbbəsi (foto-resept)
Evdə saç jelesi hazırlayaq
Türkiyə bu axşam möhtəşəm matça hazırlaşır
Pul insanı necə məhv edir?
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar - ARAŞDIRMA
Balqabaq sıyığı(foto resept)
Məşhur müğənni islamı qəbul etdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-26 noyabr
Borclarınız varkən evlənməyin
Ən gözəl körpülər
Azərbaycanda dərs ilinin uzadılacağı gözlənilir
Hadrutda küçələrə şəhidlərin adları verildi
Bakıda yeni ölü dirildənlər
Yaradıcılığını makiyajla göstərdi
Castin Biber keçəl oldu - FOTO
Evləndikdən 3 dəqiqə sonra boşandı
Alp dağlarında qar uçqunu faciəsi: ölənlər var
Türkiyə mətbəxindən " Arnavut plovu" (video-resept)
Tehranda hotellərin QİYMƏTLƏRİ
Firefox-lu ilk LG
Doğulan körpələrin çoxu oğlandır
Günün ulduz falı
Maraqlı faktlar
Dünyada okean səviyyəsi kritik həddə çatdı: 16 milyon insan təhlükədə
- ŞƏRHLƏR