Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
10:05Xəyalə Murad Gününüz aydın, işləriniz uğurlu olsun!Xoş gəldin,Selvi! 01:20Selvi Axşamınız xeyir olsun əziz Qadin. Netlilerrr 21 noyabr 20:51GÜLÇİN Yerlimə salam!Sms getmir şexside nedense.Yaxşıyam) 21 noyabr 18:54Xəyalə Murad Təbriklər!) 21 noyabr 15:34Iceberg Günün müəllifiyəm, sağ ol, mən)) 21 noyabr 08:48Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 20 noyabr 14:06Xəyalə Murad Hər vaxtınız xeyir olsun, Əziz Qadin.Netlilər! 19 noyabr 11:40Iceberg Hər kəsə xoş istirahət arzu edirəm 19 noyabr 11:07Xəyalə Murad Gününüz aydın olsun! Bu gün beynəlxalq kişilər günüdür)) 18 noyabr 13:10Gözel Gözlum Salam her kese
37864

Müasir ədəbiyyatın problemləri...

Müasir ədəbiyyatın problemləri...


Ədəbiyyat - hər birimizin ömür boyu qət etdiyi yoldur. Ədəbiyyat - insanın mənəviyyatını, dünyagörüşünü, xarakterini müəyyənləşdirir. Ədəbiyyat -  mənəvi-etik qaydaları, cəmiyyətlə ahəngdar olmağı öyrədir, bütün xalqın əxlaqi dəyərini yüksəldir. 


Müasir ədəbiyyatın əsas problemi olaraq ilk növbədə insanların onun möhtəşəm mahiyyətini bütünlüklə dərk etmək istəmədiklərində görürəm. Liderlik və uğur kimi iki cəhətə ayrılmış dünyada kitablar, onunla birlikdə elə ədəbiyyat özü də ikinci plana düşür. İsraf edilən boş vaxt ərzində əbədiyyət həcmində düşünmək, mənəviyyatın inkişafı, psixoloji cəhətdən yetişmək əvəzinə elmin məsuliyyət hissindən ürkülür. İnsan üçün bilinməzlik, cahillik, qınaq, daxili qaranlıq kimi hisslər daha asandır. Ədəbiyyat artıq dəbdəbəli, məşhur oldu. Kitab oxumaq, elmə ehtiyacın ödənməsi naminə deyil, “cəmiyyətdən geri qalmamaq”  naminə artdı. Nə kitabların bəxş etdiyi məna, nə də onların sayəsində şəxsi təcrübənin artırılması yox, maraq çəkmədən, janr bölgüsü aparmadan, say adına oxunması vacibləşdi. Lakin ədəbiyyat ticari obyekt kimi yox, elə ədəbiyyat olaraq, xalqın əsas mülkiyyəti olaraq qalmaqdadır. O elə mövzuları əks etdirə bilər ki, insanoğlu onu dilinə gətirməyə cəsarət etməz. Hələ də oxucusunun ürəyinə toxuna, ona mənəvi sevinc bəxş edə bilir. Ədəbiyyat yamsılanmağı sevməz, özünə yüksək səviyyəli əsərləri, epik məzmunu, müvafiq yazı üslubu olan janrları daxil edər. 


XXI əsr - zamanla təsir gücü zəifləmiş insanın müasir dövrdəki hədəfinin, hisslərinin və imkanlarının hər cəhətdən kamilləşmiş texnologiyanın dondurduğu əsrdir. Vəhşi kapitalizm istər gənc, istərsə də, yaşlıların ümumi anlayışla mənəvi kasıblaşmasına xidmət edir. Mənim fikrimcə, cəmi 10 faiz insan ədəbiyyata digərlərindən fərqlənmək üçün yox, şəxsi inkişafına lazım olduğu üçün zaman ayırır. Yaradılmış və yaradılacaq ədəbiyyat - insanların maarifləndirilməsi, həyatı dərk etməsi, rasionalizm və s. anadangəlmə yazıçı doğulmuş insanın ilahidən bəxşişidir. Fərd kimi bütün cəmiyyətin rifahı, parlaq gələcəyi ədəbiyyatın çiçəklənməsindədir. 


Ədəbiyyatın daha bir problemi istər nəsrdə, istərsə də nəzmdə janrın, sujetin ötən zamana nisbətdə degenerasiyaya uğramasıdır.


Müasir ədəbiyyatda bütün qaydalar inkar edilir, gündəlik məişət mövzusuna daha çox yer ayrılır, bəzən əxlaqi dəyər qorunmur, bütün hadisələrə səthi yanaşılır, qəhrəman və onun xarakteri qismən təqdim edilərək oxucunun təxəyyülünün ixtiyarına verilir. Müasir ədəbiyyat bizə əxlaqi-mənəvi mövzu xaricində, çərçivələrin aşılması, mətnin abstraksiyası, kreativləşməməmiş yazı dilini nəql edir. Müasir ədəbiyyat bünövrəsi məhşur olan klassik ədəbiyyatın plagiatına bənzər ədəbiyyatdır. Oxunan hər bir kitab insana təsir edir, lakin xüsusi təsvir qaydaları olmasa oxucunu çaşdıra, ikili məna daşıyan fikir aşılaya bilər ki, bu da onun həyat yolunda öz təsirini göstərər. 


Növbəti problem yazıçının təhkiyə istedadına bağlıdır. Bəziləri heç bir bədiilik olmadan sözün əsl mənasında psixoloji dəlilikdən, anarxist xarakterdənyazır. İndi hər kim ki fikir bildirmək istəyir, oturub yazır və beləliklə, müəlliflər sırasında yer alır. Əslində isə yazıçılıq- ruhun vəziyyəti, peşəsi, ilahi vergisidir. Təhkiyəçinin əsas hədəfi kədərin dərinliyindəki pessimizmdən, ya da optimizmin bəşəriyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlir. Bu cür yaradıcılıq mənasız boşluğa həsr edilir, belə bir anda Robert Rojdestvenskinin geniş yayılmış ifadəsi yada düşür: “Biz tipik olduğumuzu inkar edən axmağıq”. Qeyd etmək lazımdır ki, başdansovdu əzab heç bir əhəmiyyət kəsb etmir, o dərk edilən, bəşəriyyətin xeyrinə əzab olmalıdır. Lakin sıradan əzabın təsviri öz cazibəsi ilə həqiqi incəsənətdən uzaqlaşdırır. Bir çox halda demoqoqluq edərək ədəbiyyatı hörmətsizlik,  inkarlıq, “müasir ədəbiyyat” yaratmaq cəhdləri, fəlsəfi fikir səsləndirmək adı ilə sofizmdən bəhrələnən müəlliflərin gözəllikdən məhrum olmuş emosiyalarını müşahidə edirik.


Bir çox müasir müəlliflər öz qəhrəmanlarını çoxşaxəli xarakterli, insana xas müxtəlif aspektli xüsusiyyətləri təsvir etməyə çəkinirlər. Buna səbəb senzura və tənqid qorxusudur, çünki hətta hazırki günümüzdə belə həqiqəti oxumaq, bilmək xoş gəlmir. 


Digər mühüm problemlərdən biri də “zamanımızın qəhrəmanı”nın yoxluğudur. Elə “qəhrəman” ki, ona nifrət edə və ya ona bənzəmək istəyək. Parlaq prototiplər yoxdur, bir-birinin əksi olan keyfiyyətlərin daşıyıcısı var ki, bu da tamamilə sürrealizmdir. 


Əlbəttə, zaman qocalmır və ötən əsrdə yazılmış bir çox əsərlər hələ də yolumuza mayak olmağa davam edir, lakin müasir ədəbiyyat inkişaf etməsə, yeni metofizik naliyyətlərə yiyələnməsə, müasir incəsənəti ədəbiyyat hesab etmək olarmı?  


İnsanlıq və insan nəslindən asılı olmayaraq bir-birinin bənzəridirlər, məhz buna görə də ədəbiyyat öz mövqeyində sadəcə möhkəmlənməlidir.Müasir ədəbiyyat qeyri-qəhrəmanlara yox, həyat eşqi bol olan, böyük şücaətlər göstərəcək dahi qəhrəmana ehtiyac duyur.Sanki hər şey rəng çalarlarına bölünür: ağ və qara. Bəzən isə elə gəlir ki, bu sərhədlər heç də yoxdur və ədəbiyyat janrların, üslubların toplusundan formalaşır kimi təəssürat yaranır.


Kommersiya aspektindən yanaşsaq ədəbiyyatın ən mühüm problemi “yaradıcılıq”dır. Təkrar edirəm, hüdudsuz plagiat, piratçılıq, insanların acgözlüyü və tənbəllik ədəbiyyatı xüsusiləşdirmir. Ədəbiyyat xeyirxahlıqdır, müasirlik isə onu heç nəyə lazım olmayan qaydalar sayəsində adiləşdirir. 


Cəmiyyət dirçəlişə, gözəlliyə və əzəmətə görə deyil,  mənəvi dəyərlərə görə narahatdır, bu isə sağlam zəkanı məşğul etməməlidir. Hər kəs üçün ədəbiyyat-xilas yoludur. Kimsə bu cür düşünmürsə, o şəxs mütləq ki, mənəviyyət çuxurunun dibindədir. Bəs onda nə vaxt ədəbiyyatın köməkliyi ilə sərbəstlikdən məhrum edən düşüncədən azad olacaq, ruhumuz möhkəmlənəcək?Ədəbiyyat dirçəlməli və vərəqlərdə əks olunmuş hərflərdən daha artıq məna kəsb etməli, mənəvi dünyamızda əsl iğtişaş oyatmalıdır. 


Böyük şəhərlərdə insan çaşqın, unutqan olur. Onu şəhərin sürətli tepmi, dəmir tikililər yeyib bitirir. Adətkar dəyərlər öz qiymətini itirir. Məhz bunun üçün ədəbiyyat yenilənmə adlanır. Yaxşı ədəbiyyat nümunəsi insan qəlbində canlana, onu yenidən düşündürə, təhlil edə və yaşada bilirsə, müasir “ədəbiyyat” hər şeyi mümkün olduğu qədər sadələşdirə, qısalda bilir. İnsanlar şablon fikirlərlə düşünür, cəmiyyətdə sərbəst mövcud ola bilmir və insanlarla münaqişəsiz ünsiyyət qura bilmir. Ədəbiyyatın dəyəri hər janrdan sonsuz sayda kitab təqdim edildiyində, kitabların satış qiyməti hədsiz yüksəldiyində, çap işi köhnəldiyində itdi. Məhz buna görə indi kitab reklamlarına küllü miqdarda pul, kitabın adına və annotasiyasını cəlbedici etmək üçün əlavə enerji xərclənilir. İnsanlar adətən yüksək mənəvi təsiri olmayan fikirləri yazır və bunu həqiqət kimi dəyərləndirir. Halbuki təcrübəsiz gənc məlumatçı rolundadır. Bir çox müəlliflərə elə gəlir ki, ədəbi yaradıcılıq ruhun çıxışı deyil, “elit”, indulgensiya və ziyalı şəxsiyyətlər sırasında olmaq mənası verir. 


Yazmaq və mütaliə etmək yaradıcılıq üçün olduqca vacibdir, lakin bunu öz ruhunun ehtiyacını doyurmaq üçün, fikirlərinin səlistləşməsi üçün etmək lazımdır, hər yazılmış əsəri yüksək ədəbiyyat hesab etmək üçün yox. 


Öz işinin peşəkarı olan on nəfər kifayətdir ki, istər leksik mənada, istərsə də konsepsiya baxımından ədəbiyyatı dirçəldə bilsin. Ədəbiyyat köhnəlmir, adiləşmir. O, narahat etməli, səsləməli, təşviq etməli və zənginləşdirməlidir. Həqiqətin istifadə müddəti olmur. 


Biz düşünürük, çünki yüksək ədəbiyyatın məhz bizə bəxş etdiyi mənəviyyatımız var. Bizim dünya sözün müəyyən mənasında köhnəlib. Çox şeylər icad edilib və dünyanın yenilənməyə, mənəvi cəhətdən canlanmağa ehtiyacı var. Müəyyən qədər təbiət də bizdən bezib. Biz isə gündəlik stressdən, qızğın ritmdən, hisslərin bolluğundan, hədəf, istək və arzuların çoxluğundan bezmişik. 


Ədəbiyyat müasir interperensiyada klasssikadan ayrılır. Klassik ədəbiyyatı darıxdırıcı, müasir ədəbiyyatı isə sadə və ultramodern hesab edirlər. Hər şeyi biz icad etməmişik. Yeni velosiped kəşf etmək absurd fikirdir. Artıq insan öz zəkasını idarəetməyi öyrənməlidir. Müasir ədəbiyyatın öhdəsinə düşən də məhz budur: insanlığı hisslərdən ibarət yeni sivil yola çəkib aparmaq. Müasir ədəbiyyat cəmiyyəti hərtərəfli məlumatlandırmalı, təlimlər verməli, oxucunu maarifləndirməlidir.


Məlumatla zəngin insan- gələcəyin insanıdır. Yalnız o toplum arasında fərqlənə, lider ola bilər. Liderlik isə təkcə kollektivdə işləyərək qazanılan təcrübədən yox, eyni zamanda ədəbiyyatın köməkliyi ilə əldə edilir. Müasir ədəbiyyatın bədbəxt yönü,mənə elə gəlir ki, əsl yaradıcı şəxslərin daim ittiham edilməsi və zülm görməsidir. Vətənpərvərlik hissi hər cür ali yaradıcılıqdan çox yüksəkdə durur. Dövlət əsl istedadı dəyərləndirmirdi. Ölkə sərhədlərindən kənarda olsalar belə yaratmağa davam edir, rusyalı olduqlarını unutmur, inanclarından və vətənindən üz çevirmirdilər. Bəlkə də məhz buna görə müasir ədəbiyyat sifarişlə yazan, öz inkişaf yolunda azıb qalmış, qısılmış müəlliflərlə doludur.


İnsana azadlıq ver, onu anarxiyaya çevirsin. İnsana ədəbiyyat lazımdır. Müasir ədəbiyyatı kommersiya yolundan xilas etməli, əxlaqsız qaydaları pozmalı, inancları cəmiyyətimizə layiq yazmalı,  mükəmməlləşdirmək lazımdır. Müasir ədəbiyyat əyləncə deyil, alın təri tələb edən mükəmməllik yoludur. Ədəbiyyat mənəvi köləlikdən azad olmağın ən cəsarətli yoludur. Müasir ədəbiyyatın sətrlər arası problemi onun kobud dilində, müəllifin səhlənkarlığındadır. Yeni ədəbiyyata dahi, canlı, insani fikirlər lazımdır. Kitab oxuyan- matah deyil, yaxşı kitab oxuyan- nadir rastlanır. Kitab-qanundur, qanunsa rasional olmalıdır. Ədəbiyyat-bütün başlanğıcların təməlidir. Yaxşı ədəbiyyat nümünəsi oxuyanda insanda xoş Deja Vu hissi yaranır. 


Yenə də klassika xalqınborclu olduğu nümünəvi təməldir. Klassika-bizim mülkiyyətimiz və idealımızdır. Biz özümüz də yaxın zamanda tarix olacağıq və “xarabalıqlar üzərində” bizim də adımız əks olunacaq.


Müasir ədəbiyyat da bir gün klassikaya çevriləcək. Bəs o möhtəşəm klassika ola biləcəkmi? O da unudulmaz, yüz illiklər keçməsinə baxmayaraq təsirini itirməyən,  qəlblərdə taxt quracaq ədəbiyyat olacaqmı?..


Viktoriya LERMANSKAYA

 Tərcümə: Xəyalə MURAD

Səslərin sayı: 0
0
325
Digər yazılar
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır