Özgə qadın
Hər kişi,
Özgə qadından yüyürür evindəki qadına
Yüyürür, döşənir ayaqlarına.
Özgə qadından öyrənir necə sevmək olar qadını,
O qadından öyrənir hətta çiçək almağı.
Ana olur, yar olur özgə qadın adama,
Üst - başında gəzdirir əlinin tumarını.
Soruşur çarpayını, de, hansı otaqdadı,
Pəncərə önündədir, ya qaranlıqdadır?
Qayğı kimi ələyir başına sualları:
De neçədə yatırsan, de, neçədə durursan?
Mən verdiyim ətiri harada saxlayırsan?
Köynəyinin yaxası niyə qırış-qırışdı?
Saçında ağaran tel mənə necə tanışdı…
Təzə şeir yazmısan? Ver üzünü köçürüm?
Bu gün sənə çayı da qoy mən özüm içirim.
Başdan-ayağa süzür səni bir ana kimi,
İlıq baxışlarıyla çəkir sənin şəklini.
İşıq verir gözünə,
Sevgi axır qanına,
Baxışları nur kimi çiçəklənir üzündə,
Bir qız heykəli doğur sənin düymə gözündə,
İlahi baxışların altında sən süzürsən.
Uça – uça , qaça – qaça öz evinə gəlirsən,
Arvadın baxıb deyir: - nə gözəl görünürsən?
Amma bilmir ki, səni belə gözəl eyləyən,
Ömür boyu axtardığı qadındı.
Sevgi şeirlərini, köhnə məktublarını
Tonqal kimi yandırdığı qadındı.
O günü qayçı ilə sənin şəkillərindən
Qadınları
Kəsib, kəsib doğradığı qadındı.
Ey uzaqda dizini qucaqlayıb ağlayan qadın,
Bir dəfə tanımadın pəncərəmı, qapımı.
Sən öyrətdin mənə sevməyi, sevilməyi,
Sən xoşbəxt elədin evimdəki qadını.
Özgə qadın, içində ağlayarsan sən məni,
Gör neçə illərdi səni çöldə qoymuşam.
Heç bilmirəm yasıma necə durub gələrsən?
Ağrılar uyuyanda, göz yaşı soyuyanda,
Gecə ilə gələrsən, gecə ilə gedərsən.
Qəşəm Nəcəfzadə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Toyuq filesi və portağallı salat (foto resept)
Rusiyalı jurnalist: Xankəndi tam boşalıb - VİDEO
Fonetika - Səslər
Övladı olmayan ailələrə XOŞ XƏBƏR
Cüt səyahətin maraqlı tərəfi
Sevimli obrazlar qorxulu oyuncaqlara çevrilərsə...
Seriala "baxmayan"-lar...
Yay ayaqqabıları
Distant təhsildə qiymətləndirmə ilə bağlı yeni mexanizm - RƏSMİ AÇIQLAMA
Virtual aləmin reallıqları
Dünya şokda: koronavirusun yeni növü - Sürətlə yayılır...
Arzular, arzular, gözəl arzular...
Dəfnindən 5 gün sonra evə qayıtdı
Ronaldo kökəldi-FOTO
Məhəbbət və dostluq
Məkkə faciəsinə görə 28 nəfər edam olunacaq
8 Mart ovqatı
İcbari tibbi sığortadan istifadə etmək istəyənlərin NƏZƏRİNƏ
Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət edəcək rusiyalı və türkiyəli personalın sayı bərabər olacaq - RƏSMİ
Bu gün 7 şəhərdə imtahan keçiriləcək
Yunanıstan jurnalında ermənilərin Qafqaza köçürülməsi haqqında yazılıb
Gülben Ergen adına səhifə açıldı-Qəribə FOTOlar
Ərəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az"
Eşli ana oldu-FOTO
"Nargis" jurnalı və "28 Cinema" ilin ən böyük moda gecəsini təşkil edəcəklər
İlham Əliyev: “Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”
Soyadın sənədlərdə dəyişilməsi problemi
MN-dən erməni nazirə cavab
Sumqayıt bulvarı yenidən qurulur
Artıq çəkini gizlətmək üçün necə geyinməli?
Burak Deniz eyni anda iki ekran işində rola alacaq?
Qarın yağlarını əridən idman hərəkətləri
HAVA necə olacaq?- 11 MAY
Qışın son ayı necə başlayacaq?
Azərbaycanda daha 10 nəfər koronavirusdan öldü: 1175 yeni yoluxma
Günün ikinci yarısı: Anlaşmaya nail olun
Baş nazirdən mədəniyyət və istirahət parkları ilə bağlı - Qərar
Azərbaycan tarixindən yüz şəxsiyyət-86
Pensiyaçılara ŞAD XƏBƏR
Uşaqlar üçün çətir modelləri
Qəhvə masajıyla selüliti yox edin
Aylıq HAVA proqnozu açıqlandı-FEVRAL
Qadınlığınızı ön plana çıxarın!
İdmançılarmız çinlilərə, türklər ermənilərə qarşı
Dietoloqlara ən çox verilən 3 sual
Müsəlmanlar üçün halal turizm nə deməkdir?
Spiker deputatın 2 aylıq uşağına süd verdi
Alim: “Qadınlara savadsız olmaq sərf edirdi”
Tibbi əməliyyatları "Google Glass"la edəcəklər
Məşhurlar 80-ci illərdə