Qoç -səhər saatları yetərincə maraqlı olacaq. Fəaliyyət sahəsini və ya istiqamətini özünüz seçə bilərsiniz. Maraqlı olaylar gözlənilir.
İdeyalarınızı reallaşdırmaq üçün münasib zamandır.
Günün ikinci yarısında sərbəst hərəkət edin. Yaxınlarınız və dəyər verdiyiniz insanların maraqlarının təminatı üçün bəzi planları təxirə salmaq olar.
Tərəfdaşlarla, şəriklərlə münasibətlərin daha səmimi olmasına can atın.
Buğa - diqqətli, sayıq olun. Rəqiblər sizi üstələməyə çalışacaqlar. Fəaliyyət müstəvisindəki situasiyanı diqqətlə izləyin. Yeni tapşırıqlar və sifarişlər ala bilərsiniz. Səfər, səyahət, ezamiyyət istisna deyil.
Günün ikinci yarısında iş tempini aşağı salmayın. Belədə zəhmətiniz bəhrəsini verəcək. Qarşı tərəfin maraq və mənafelərini nəzərə alsanız, kollektiv fəaliyyət uğurlu olacaq.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - həddən artıq aktiv olmayın. Hiperaktivlik işlərin zərərinədir. Qarşınıza qoyduğunuz məqsədə qarşı daha sürətlə irəliləmək istəyirsinizsə, hədəfləri təftiş edin. Genişmiqyaslı layihələrin reallaşdırılması üçün münasib zamandır.
Günün ikinci yarısında bir qədər istirahət etmək olar. Yeni təkliflər səslənərsə, bir qədər düşünəndən sonra razılaşmaq olar. Problemlərin həllində kreativ olun. Peşəkar bilik və bacarıqlarınızı artırın.
İmkan varsa, çətin vəziyyətdəki qohum və yaxınlarınıza kömək edin.
Xərçəng - tələsik addımlar atmayın, düşünülməmiş qərarlar verməyin. Peşəkar fəaliyyət sahəsində yarana biləcək problemlərin həllində yaradıcı davranış sərgiləyin.
Pozitiv olun. Ruhdan düşməyin.
Günün ikinci yarısında cari çətinliklərin öhdəsindən daha sürətlə gələ bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin. Yaxınlarınızdan biri ilə axşam saatlarında görüş yaxşı nəticələr verə bilər.
Normal istirahət edin.
Qız - qarşılıqlı münasibətlərdəki anlaşılmazlıq inciklik və iradlar yarada bilər. Öhdəlikləri qulaqardına vurmayın. Diqqətli olun, səliqəli davranın. Evdəki situasiya nəzarətdən çıxmamalıdır.
Günün ikinci yarısında hövsələsiz olsanız, yeni problemlər yaranacaq. Dəyər verdiyiniz insanların mövqelərini mütləq şəkildə nəzərə alın. Müştəbeh, xudpəsənd insan təsiri bağışlamayın.
Yaxın ətrafınızdakı insanlarla münasibətləriniz nə qədər yaxşı olarsa, məqsədlərə o qədər tez çatarsınız.
Axşam saatları romantika vəd etmir.
Tərəzi - ən sadə və ilk baxışdan asan təsir bağışlayan məqsədə çatmaq üçün ciddi səy göstərməli olacaqsınız.
Bu, sizi yetərincə qıcıqlandıracaq. Lakin emosiyaların qurbanına çevrilməyin, mühüm işi yerinə yetirməyə başlayın, irəliləməyə, hədəfə çatmağa çalışın.
Səfər üçün pis gün deyil.
Əqrəb - enerji tonusunuza diqqət verin. Təhlükəli gərginliyin yarandığını hiss etdiyniz məkanda ehtiyatlı olun. Xroniki problem ciddiləşə bilər. Problematik situasiyanı sürətləndirən və dərinləşdirən amillər sizin üçün siqnal olmalıdır.
Cari işlərdə diqqətli davranın. Təzyiq, ifrat tələbkarlıq, mübahisələr, fəaliyyət obyektinin dəyişdirilməsinin vaxtı deyil.
Evdə təmir aparırsınızsa, bir qədər fasilə verin.
Kompüterin apqreydi, yoxlanılmamış mənbələrdən informasiya köçürülməsi üçün əlverişli vaxt deyil.
Oxatan - böyük maliyyə xərcləri tələb edən planlar var. Gəlir mənbələrini gücləndirmək və artırmağın yollarını düşünün. İşinizi effektiv edin, daha az vaxt sərf edərək daha çox iş görməyi düşünün.
Stresslər az olmayacaq. Lakin onların neqativ və pozitiv məziyyətləri də var.
Axşam saatlarında elə istirahət edin ki, sərf olunmuş qüvvənizi bərpa edərək daxili müvazinət hissinin yaranmasına nail olasınız.
Ev işləri ilə məşğul olun, iş yerində qayda yaradın. Romantik maraqlar bu gün arxa planda olmalıdır. Sizə ehtiyacı olan insanlara və işlərə diqqət ayırmağa çalışın.
Oğlaq - avantürizmə qapılmayın. Mənasız risklər uğur gətirməyəcək. Bununla yanaşı, təşəbbüskar olun. Karyeranızda irəliləyişlər istəyirsinizsə, aktiv olun.
Yaradıcılıq fəaliyyəti üçün yaxşı zamandır.
Günün ikinci yarısında dəyişikliklərə və yeniliklərə ehtiyac var. Qarşıya qoyulmuş məqsədə doğru iradə, qətiyyətlə irəliləyin. Astagəllik, süstlük yolverilməzdir.
Praqmat olun, hisslərə qapılmayın.
Axşam saatlarını dostlarla keçirin.
Dolça - arxa planda qalsanız, vurnuxmayın, irəli atılmayın. Eqoizm zamanı deyil. Ambisioz davranış planları alt-üst edə bilər. Fikir, mövqe və məsləhətləri nəzərə alın.
Günün ikinci yarısında kollektiv fəaliyyətin nüanslarını aydınlaşdırın. Yardım etmək istədiyiniz insanın qeyri-adekvat davranışı sizi sinirləndirməsin.
Böyük işə başlamaq fikriniz varsa, etibar etdiyiniz insanın yardımlarından istifadə edin. Belədə problemi qısa zamanda həll edə bilərsiniz.
Balıqlar - mövcud situasiyaya alışmağa çalışın. İş şəraiti o qədər də pis deyil. Yeni tapşırıq, layihə və ya sifarişlə bağlı razılıq verməzdən əvvəl detallarla tanış olun. Yaxın ətrafınızdakı insanlarla mübahisə etməyin.
Günün ikinci yarısında müstəqil fəaliyyətə üstünlük verin. Rəqibləri geridə qoymaq istəyirsinizsə, sayıq olun. Hərdəmxəyal insanlardan uzaq durun.
Axşam saatlarında ailəvi istirahəti seçin.
XƏBƏR LENTİ
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
"İstanbullu gəlin"ə yeni aktrisa daxil oldu - FOTO
Necati Şaşmaz oğlu ilə şəkil paylaşdı
Məşhur model şahzadə Harridən ayrılmasının səbəbini açıqladı - FOTO
Azərbaycanda çoxuşaqlı ailələrin sayı kəskin azalır
Bu şəlalədən tez qaçmaq gərəkdir
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 101 yeni yoluxma faktı - RƏSMİ
Ahıllar pulsuz tibbi müayinədən keçirildi
Qaynar Volkswagen göstərildi
Bu da 64 bitlik Android
Fevral ayının qalibləri!
Güclü atışma: Düşmən itki verdi
Bu gün keçirilən imtahanın nəticələri nə vaxt açıqlanacaq?
Amoled-ə 5 milyard dollar yatırılır
Türk zabitlər Azərbaycana gəliblər
İtalyanların sürprizi
"X factor" teleşousunun məşhur iştirakçısına ömürlük həbs cəzası verdildi
Bakıda yarış keçiriləcək
Avropada sonuncu o idi
Dəbdən düşməyən geyimlər
“Taxtların Oyunları”nın “Dağ”ı dünya rekordunu qırdı - VİDEO
Başqalarının paltarlarını geyinmək zərərlidirmi?
Kişilər üçün ayaqqabı
İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM
Qaziantep paxlavası (foto-resept)
Əl işlərim
Azərbaycanlı alimdən evdə koronavirus müayinələrinin ölümcül nəticələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
Təmizlənmək üçün ən mükəmməl yay pəhrizi
"Ünvanlı sosial yardım alan ailələrin sayı artacaq"
Bədəndəki xalları götürmək olarmı?
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Prezident Bakıda yeni ASAN xidmət açdı
Vitaminli xörəklər - 5
Dünyada ilk dəfə: 6 yaşlı oğlan qız oldu
Valideynlər diqqətli olun!
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
Mübariz İbrahimovun döyüşərək şəhid olduğu post hərbçilərimiz tərəfindən ziyarət edildi - VİDEO
Bakıdan Türkiyə şəhərlərinə yeni avtobus marşrutları açılıb
“Şaurma” (foto-resept)
3 - 6 aylıq körpələrlə oyun variantları
Hava haqqında
Dubayda taksilər sürücüsüz olacaq
Dünya ustadları Şəkidə
Ukraynanın daha bir regionu Rusiyaya keçir
Evdəki tozdan yaranan allergiya və müalicəsi
Sinir hüceyrələri
Ayrılığın yaratdığı fiziki ağrılar
Dünyanın ən çox gözlənilən karnavalı ləğv edildi