Bakıda hava 11°
USD AZN
EUR AZN

Məktub (şeir)

 

 

Məktub (şeir)

 

 

Məndən nigaran qalma,

Hər şey qaydasındadı

Yuxum qaçıb sadəcə

Heç bilmirəm hardadı.

Evin divarlarından

yuxusuzluq tökülür,

bayırda dan yeri də

sən olmadan sökülür.

Yuxu cəhənnəmə e,

Dörd tərəfim işgəncə,

Yenə iştahım qaçıb,

Yaşayıram beləcə.

Hara baxsan dərmandı

yenə xəstə olmuşam.

sevginə bürünürdüm

üstüaçıq qalmışam.

 

Məktub (şeir)

 

 

Quruyub dodaqlarım,

indi uçuq-uçuqdu.

Sulugözlü olmuşam,

Ehh, biabırçılıqdı..

Bunlar dərdin yarısı,

havalar da pis keçir.

günlər bozarıb yaman

bir birindən seçilmir.

 

Məktub (şeir)

 

 

Adını unutmağa

bəhanələr tükənib

dünyanın şor suları

kipriyimə yüklənib.

Hə,bayaq nə deyirdim?

heç vecinə də alma.

hər şey qaydasındadı,

məndən nigaran qalma.

Fərqanə Yusifqızı

Səslərin sayı: 0
1
2653
loading...
Şərhlər
Offline
GÜLÇİN
Bu şeirin sözləri mənə lap ifaçı Aydın Saninin tərzini xatırlatdı. Onun "sənə məktub yazıram"mahnısı var eynən bu terzde))
19 oktyabr 2017 12:07
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış