Fransa dietoloqu və həkimi Pyer Dükan ənənəvi rus mətbəxinə üstünlük verməyi və sağlamlıq üçün təhlükəli nəticələrə gətirib çıxara biləcək yeni hollivud pəhrizlərindən çəkinməyi tövsiyə edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Rusiyanın qonağı olan dietoloq bu barədə İTAR-TASS-a müsahibəsində danışıb. O, hesab edir ki, Rusiya mətbəxi faydalı inqrediyentlərlə zəngindir:
"Ümumiyyətlə, Rusiyada mətbəx mədəniyyəti çox yaxşıdır. Məsələn, mən borşu çox sevirəm, hər dəfə bura gələndə yeyirəm. Həmçinin kiçik küftə ilə bişirilən qarabaşağı da xoşlayıram”.
O bildirib ki, ruslar öz qida mədəniyyətini və öz ənənələrini qoruyub saxlamağa çalışırlar:
“Amma digər tərəfdən Amerika təsiri hiss olunur. Pitsa və ya dondurulmuş yarımfabrikatlar alan adam bilmir ki, bu məhsulların tərkibinə nələr daxildir. Müasir insanın həyatı çox ağırdır. Biz həmişə tələsirik, stress keçiririk, ailəmizlə daha az vaxt keçirir və hərəkətsiz həyat tərzi sürürük. Bütün bunlar ona gətirib çıxarır ki, insanlar yeməklərdə kompensasiya tapmağa çalışır. Ancaq məsələ burasındadır ki, adamlar çox yeyir, məhsulların qida dəyəri və keyfiyyəti aşağı düşüb”.
Təhlükəli pəhrizlər
Dükan bildirib ki, bəzi pəhrizlər orqanizm üçün çox zərərlidir, məsələn, yalnız meyvələrə əsaslanan Hollivud pəhrizi. Mütəxəssisin fikrincə, əsas inqrediyenti kələm olan şorbalar da zərərlidir:
"İndi hərə bir pəhriz hazırlayır. Amma bu, yolverilməzdir, çünki dietologiya tibbin bir hissəsidir və sağlamlıq düzgün qidalanma məsələləri ilə bağlıdır. Daha sonra dietoloq əlavə edib ki, bir-iki gün oruc tutmaq olar, amma mütəmadi olaraq oruc tutmaq zərərlidir. Fransız həkim bunu onunla əsaslandırıb ki, zülallı qidalar bütün orqanizmin həyat fəaliyyəti prosesində mühüm rol oynayır və onu qida rasionunda istisna etmək olmaz.
Yeri gəlmişkən, dükan pəhrizi zülallı qidalara əsaslanıb. O, 2000-ci ildə "Arıqlaya bilmirəm” kitabı çıxandan sonra şöhrət qazanıb. Onun bu kitabı dünyanın 32 dilində nəşr edilib və 17 milyon nüsxə tirajla satılıb.
Dietoloq öz pəhrizinin populyarlıq qazanmasını belə izah edib:
"Pəhrizin uğur qazanmasının vacib tərkib hissələrindən biri odur ki, insanlara yemək məhdudiyyəti qoyulmur. 100 cür məhsul seçimi var. Heç nə düşünmək və hesablamaq lazım deyil. Çünki ac qalmırsan”.
Çərşənbə axşamı Rusiyada keçirilən mətbuat konfransında Dükan “Hamiləliyinizin 60 ən vacib günü" adlı yeni kitabını təqdim edib. Burada o, bütün dünyada diabet və piylənmədən əziyyət çəkən insanların sayının artmasına səbəb olan amilləri açıqlayıb.
Onun sözlərinə görə, hazırda dünyada 2 milyard insan piylənmədən əziyyət çəkir. O, bu problemlə mübarizə üçün hamilə qadınlara hamiləliyin 4-cü və 5-ci aylarında şirin və yağlı qidalardan imtina etməyi təklif edib.
XƏBƏR LENTİ
Hande Erçel Çeşmədə dincələrkən-FOTO
Britaniya Parlamentinin üzvü: "İşğal altında olan torpaqlar arxayınlıqla Azərbaycanın nəzarətinə qaytarıla bilər"
Seda ana oldu-FOTO
Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
Səhərlər gümrah oyanmaq üçün 4 vərdiş
Həyatda fəxr edəsi nəyiniz var?
Azərbaycanda dəniz suyunu duzsuzlaşdıran zavod və müasir tinglikdən ibarət kompleks istismara verilib
Bitmiş sevgilərin ardından qadınlardan eşidilən 19 fikir
Firuzə qaşının cazibəsi
Artıq çəki yuxusuzluğa səbəb olur
Keçəlliyin də dərmanı tapıldı
Oğuzda maraqlı hadisə: İnək əməliyyat olundu - VİDEO
"Yayın ən yaxşı cütlüyü" seçildilər - FOTO
Gözəl ibadət yerləri
Qəbiristanlıqda şok olay: tabut boş çıxdı
Borclu abonentlərə XƏBƏRDARLIQ: Dekabrın 25-dən...
Bakıda “Kitab dayanacaqları” yaradıldı - Açıqlama/Foto
Şəhid bu gün dəfn ediləcək
Özünüzü gözləyin: artıq 35 nəfər xəstəxanada
Yerin təbii peyki ilə bağlı maraqlı fakt açıldı
Kəsiri olan tələbələrin nəzərinə
Günün qoroskopu: Axtardığınız sevgini tapacaqsınız!
Dodaq boyasının zərərləri
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Təyyarəni qaçıran şəxs həbs edildi
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Keçibuynuzu
Lift qəzaları niyə artır?
III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
Instagram: Məşhurlar haker hücumuna məruz qalıb
Günün qoroskopu: Uğurlu gündür!
Meray Keri açıqlamaları ilə hər kəsi təəccübləndirdi
Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi
İranda zəlzələ oldu
Bu şəxslərin əməkhaqqı 50% artırıldı - SƏRƏNCAM
Azərbaycanda Facebook istifadəçilərinin sayı azalır
Fransız tədqiqatçı erməniləri biabır elədi
Ulduz aktyor öldü-FOTO
Yanukoviç jurnalistlərin qarşısına çıxacaq
Günün qoroskopu: yaxınlarınızın yardımlarından imtina etməyin
Qırmızı gözlü yaşıl qurbağa
Şəbəkədə ünsiyyət mədəniyyəti. Bu, bizi qane edirmi?
Sensasiya: Marsda su tapıldı
Prezidentdən bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı SƏRƏNCAM
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Biliyini yoxla (2)
Arıqlamağın ən asan yolu: gülmək
Dünyanın ən qədim tikililəri
ŞAD XƏBƏR - Pensiya və maaşlar yenidən artırılacaq
Dadı damaqda, zəhəri canda qalan "onluq"
- ŞƏRHLƏR