Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9673 AZN
11:03Xəyalə Murad Kate yox sima xanım, Meqan) Katein üç övladı var 10:25Sima kate ana olacagmiss,saray qarisacag)) 10:17Sima heyooo qizlar necsiz salam herbirinize 10:04PERI sizinde sabahiz xeyir necesiz 09:37Xəyalə Murad Sabahınız xeyir olsun,Əziz Qadin.Netlilər! 09:37Xəyalə Murad Yeni gün hər birinizə uğur gətirsin!
39304

Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR

 

Orqanizmdə vitamin çatışmazlığı səbəbindən bir çox problemlər yaranır. Bəs vitamin çatışmazlığının əlamətləri nələrdir?

 Qadin.Net Milli.az-a istinadən bununla bağlı türkiyəli professor Birsəl Kavaklının fikirlərini təqdim edir.

  

1. Görmə problemləri 

Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR

Görmə problemlərinin yaşanması orqanizminizdə A vitamini çatışmazlığına işarə ola bilər. A vitamini normal və gecə görmədə dəstək verən bir vitamin növüdür. A vitamini çatışmadıqda gözdə kseroftalmi, yəni göz ağı və kormea parlaqlığını itirərək gecə korluğu kimi problemlər ortaya çıxarır.
 
2. Uzun müddətli yorğunluq

Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR

Orqanizmdə uzun müddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasya pozuqluğu hiss edilməsi B1 vitamini çatışmazlığına işarədir. B1, xüsusilə, beynin enerji istehsalı üçün lazımlı bir vitamindir.
 
3. Dil və dəridə çatlar

Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR

Bəzi dəri xəstəlikləri və sinir sistemi pozuntuları B6 vitamini çatışmazlığından qaynaqlanır. Xüsusilə dodaq və dil çatlaması kimi əlamətlər orqanizmdə B6 vitamini çatışmazlığına işarə edə bilir. Bu vitamin çatışmadıqda hüceyrə yenilənməsi yavaşlayır və iltihablanma kimi dəri problemləri olur.
 
 
4. Qan azlığı

Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR

Qan azlığı bəzən vitamin çatışmazlığının bir işarəsi ola bilər. Fol turşusu B vitamini ailəsinin bir üzvüdür. Fol, ya da B9 vitamini olaraq bilinir. B9 vitamini çatışmazlığı qan azlığının yaranmasına yol açan bir səbəbdir. DNT sintezi və hüceyrə bölünməsi zamanı əhəmiyyəti olan vitamin növüdür.
 
5. Zehni yorğunluq

Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR

Uzun müddətli yaşanan zehni yorğunluq B12 vitamini çatışmazlığını işarə edir. B12 vitamin çatışmazlığı zehni fəaliyyətə təsir edən bir vəziyyətdir. Zehni yorğunluq zamanla intellektual bacarıqların da yavaşlamasına yol açır. Əgər şəxsin uzun müddətdir unutqanlıq, hafizə itkisi kimi problemləri varsa, mütləq qanda B12 vitamininin səviyyəsi yoxlanılmalıdır.
 
6. Dəridə asanlıqla yaranan qaralmalar

Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR 

Bədəndə asanlıqla qaralmaların yaranması, ya da dəridə qırmızı-mavi rəngdə ləkələrin və nöqtələrin görülməsi C vitamini çatışmazlığını göstərir. C vitamini çatışmazlığı bədəndə müxtəlif toxumaların zərər görməsinə səbəb ola bilər.
 
7. Sümük ağrıları

Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR

Orqanizmdə D vitamini çatışmazlığı özünü sümük ağrısı, sümük əriməsi olaraq göstərə bilər. Çatışmazlıq nəticəsində yaranan sümük ağrıları bütün orqanizmdə hiss edilir. Bu ağrılara zamanla halsızlıq da qatılır.
 
8. Əzələ itkisi
Əzələlərdə yaranan zəiflik və gücsüzlük E vitamini çatışmazlığından qaynaqlana bilər. E vitamini çatışmazlığı əzələlərdə zamanla zəifləməyə yol aça bilir.
 
9. Həddindən artıq qanamalar
Orqanizmdə meydana gələn həddindən artıq qanamalar K vitamini çatışmazlığından yaranır. Menstruasiya qanamalarının uzun sürməsi, səbəbsiz yerə diş əti və burun qanamalarının yaranması, sidikdə qan görülməsi K vitamini çatışmazlığına işarədir.
 
10. Cansız dırnaq və saçlar
Saç və dırnaq bölgələrində yaşanan problemlər H vitamini, digər adı ilə biotin, ya da B7 vitamini çatışmazlığına işarə edə bilər. Saçlarda kəpəklənmə, tökülmə, cansızlıq, qırılmalar olur. Dırnaqlarda tez qırılma, yumşalma, ağ ləkələr və yavaş uzanma kimi əlamətlər ortaya çıxır.

 

Səslərin sayı: 0
2
969
loading...
Şərhlər
Offline
Iceberg
6. Dəridə asanlıqla yaranan qaralmalar
13 oktyabr 2017 12:15
imza: shafaabdulla.blogspot.com
Offline
Xəyalə Murad
Bədəndə asanlıqla qaralmaların yaranması, ya da dəridə qırmızı-mavi rəngdə ləkələrin və nöqtələrin görülməsi C vitamini çatışmazlığını göstərir. C vitamini çatışmazlığı bədəndə müxtəlif toxumaların zərər görməsinə səbəb ola bilər.

Müəllimlərimdən birində bu problem var idi. Bədənində C vitamini tamamilə olmadığı üçün məcburən dərs ortası dərman içməli, tərkibində c vitamini olan quru meyvələr yeməli olurdu.
12 oktyabr 2017 11:44
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış