Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
18 oktyabr 11:59GÜLÇİN Hər açılan sabahımıza şükürlər olsun! 18 oktyabr 08:58Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər! 17 oktyabr 12:41GÜLÇİN Darıxıram........... 17 oktyabr 10:40Xəyalə Murad Yağır da sözdür)) 17 oktyabr 10:27Iceberg Ləzzətli yağış yağır))) 17 oktyabr 10:27Iceberg Salam, sabahınız xeyir 17 oktyabr 08:59Xəyalə Murad Gününüz aydın olsun! 16 oktyabr 09:31Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram! 15 oktyabr 23:06Iceberg Salam, qadın.netin gözəl xanımlarına)) 15 oktyabr 10:13Xəyalə Murad Sabahınız xeyir olsun,Əziz Qadin.Netlilər!
37786

Dünya (şeir)

 

 

Dünya (şeir)

 

 

Nədir insanlara çəkdirdiklərin,

Daha dözülməzdir cəfana dünya.

Keçmir açsüzəndən ələdiklərin,

Güvənin itirib vəfan a dünya.

 

***

Bostançı bostandan bəhər gözləmir,

İgidlər oylaqda kəhər gözləmir,

Bəşər bundan acı zəhər gözləmir,

Söylə harda qaldı səfan a dünya.

 

***

 

Dünya (şeir)

 

 

Yenə zalımların meydan ulayır,

İtlərə qoşulub pişik ulayır,

Fağırın içdiyi suyu bulayır,

Dərdlərə tapılmaz şəfa a dünya.

 

***

İndi süfrələrdə qəmdi aşımız,

Ağarıb göz üstə qələm qaşımız,

Daha nələr çəkər görən başımız,

Sualı cavabsız bivəfa dünya.

 

***

Harda ədalət var, de harasında,

Qalmışıq göy ilə yer arasında,

Yetər yaşadığın üz qarasında,

Bitir oyunları bu dəfa dünya.

Fərqanə Yusifqızı

Səslərin sayı: 0
0
180
Loading...
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır