Azərbaycanda istilik sayğacları quraşdırılacaq.
Qadin.Net Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Qeyd olunur ki, icraçılardan ibarət işçi qrupun iclasında ilk olaraq "Azəristiliktəchizat" ASC-nin qarşısında əsasən 3 mühüm problemin durduğu bildirilib. Buraya büdcə təşkilatları üçün müəyyən olunmuş istilik təchizatına tələbat limitlərinin onların faktiki istehlakından çox aşağı olması, istilik təchizatı tariflərinin mənzillərin ümumi sahəsinə deyil, yaşayış sahəsinə tətbiq edilməsi nəticəsində subyektin iri həcmdə maliyyə itkiləri ilə üzləşməsi və istilik təchizatı tariflərinin həddən artıq aşağı olmaqla mövcud xərcləri qarşılaya bilməməsi məsələləri daxildir.
Büdcə təşkilatlarının istilik təchizatı üzrə faktiki istehlaklarının onlar üçün müəyyən olunmuş limitlərdən çox olduğunu isbat etməyin ən yaxşı yolu bu müəssisələr üçün istilik sayğaclarının quraşdırılmasıdır. İclas iştirakçıları istilik enerjisi tariflərinin yaşayış sahəsinə görə deyil, ümumi sahəyə tətbiq edilməsi ilə prinsipcə razılaşsalar da, Tarif (qiymət) Şurasının norma yaratmaq səlahiyyəti olmadığından, bu kimi məsələlər qanunvericilikdə öz əksini tapmalıdır. Bu baxımdan mövcud istilik təchizatı xidmətindən istifadə qaydaları layihəsinin daha da təkmilləşdirilərək aidiyyəti üzrə təqdim edilməsinin sürətləndirilməsi tövsiyə edilib.
Eyni zamanda qeyd edilib ki, istilik enerjisi üzrə təqdim olunan məlumatların təhlili istilik enerjisinin maya dəyəri ilə bağlı çəkilən xərclərin mövcud tariflərdən çox yüksək olduğunu göstərir. Bu baxımdan ya tariflər xərclərin səviyyəsinə çatdırılmalı, ya da xərclər optimal səviyyəyə qədər enməlidir ki, bunların da heç biri mövcud şəraitdə real görünmür.
Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin görüləcək tədbirlər hissəsində istilik təchizatı xidməti sahəsində liberallaşdırma işlərinin nəzərdə tutulduğu və hazırda fərdi istilik təchizatı sistemlərinin, habelə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinə məxsus müasir qazanxanaların geniş yayıldığı əsas gətirilərək, istilik təchizatı xidmətinin artıq təbii inhisar meyarlarına uyğun gəlmədiyi bildirilib. Bu baxımdan istilik təchizatı xidmətinin tariflərinin dövlət tənzimlənməsindən çıxarılaraq sərbəst buraxılması, lakin birdən-birə kəskin tarif artımına gedilməməsi üçün aralıq dövrdə "Azəristiliktəchizat" ASC-nin dövlət tərəfindən subsidiyalaşdırılmasının davam etdirilməsi və bu müddət ərzində subyekt tərəfindən xərclərin optimal həddə qədər endirilməsi, tariflərin tədricən optimal xərcləri qarşılayacaq səviyyədə artırılması və dövlət subsidiyasının tədricən azaldılaraq tam aradan qaldırılması təklif edilib.
Büdcə təşkilatları üçün istilik sayğaclarının quraşdırılması ilə bağlı bildirilib ki, bu zaman sayğacların dövri olaraq kalibrlənməsi və təmiri üçün laboratoriyanın qurulması lazımdır ki, bu da müəyyən qədər maliyyə vəsaiti tələb edir. İstilik təchizatı xidmətindən istifadə qaydaları layihəsi istilik elektrik mərkəzlərində istehsal olunan istilik enerjisini də əhatə etdiyindən bununla bağlı müəyyən texniki məsələlərdən dolayı layihəni bəzi dövlət qurumları ilə razılaşdırmaq mümkün olmur. Lakin tövsiyə olunduğu kimi layihənin qısa müddətdə yalnız istehlakçılara göstərilən istilik təchizatı xidmətini əhatə edəcək miqyasda təkmilləşdirilərək təqdim ediləcəyi bildirilib. İstilik təchizatı tariflərinin liberallaşdırılmasına gəldikdə isə bunun qısa müddətdə reallaşdırılmasının çətin olduğu vurğulanmaqla, ilkin mərhələdə tariflərin Tarif (qiymət) Şurası tərəfindən qaldırılmasının, sonrakı mərhələlərdə isə tədricən liberallaşdırma işlərinin aparılmasının məqsədəuyğun olduğunu bildirilib.
Sonda məsələlərin həlli ilə bağlı tərəflər arasında aşağıdakı istiqamətlərdə müzakirələrin davam etdirilməsi barədə razılığa gəlinib:
- ilkin mərhələdə pilot layihə kimi bəzi büdcə təşkilatlarında istilik sayğaclarının quraşdırılmasının təmin edilməsi, sonrakı mərhələlərdə isə ehtiyac yarandığı təqdirdə bütün bu tipli müəssisələrin sayğaclaşdırılması və müvafiq laboratoriyanın qurulması;
- istilik təchizatı xidmətindən istifadə qaydaları layihəsinin qısa müddətdə təkmilləşdirilərək rəy üçün təqdim edilməsi və istilik təchizatı tariflərinin mənzillərin ümumi sahəsinə tətbiq edilməsi məsələsinin bu layihədə öz əksini tapması;
- istilik təchizatı xidmətindən istifadə qaydaları təsdiq edildikdən sonra ilkin mərhələdə istilik təchizatı tariflərinin müəyyən qədər qaldırılması və xərclərin optimallaşdırma və liberallaşdırma işləri istiqamətində işlərə başlanılması.
XƏBƏR LENTİ
Qeyri-adi interyerlər
Körpələr üçün düyülü yemək
Bon Prixdən qadın kostyumları
Zəncəfilin faydaları
Yenə Həccə gedək, yoxsa xeyriyyəçilik edək?
İt çəkməyi öyrənək
Koronavirusun altı “növü” mövcuddur. Hansı daha təhükəlidir?
Ermənistanda böyük qiyam başlayır
Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi üçün 2 milyon manat ayrıldı
Gəlinlik saç düzümləri
V, VIII və X sinif şagirdləri hansı hallarda sinifdə qalacaqlar?
Dərbənd qalasının bir hissəsi dağılıb
Bakıda Novruz yarmarkaları
Çay nədir, say nədir...
Azərbaycanın lavaş zəfəri
Gözəllik inciləri
Qabaq qovurması (foto resept)
Ən təhlükəli qida hansıdır?
Dondurulmuş pomidor püresi (foto resept)
Ajda Pekkanın 8 milyonluq evi muzey oldu-FOTO
Bu peşənin sahibləri qripə yoluxmur
Lobya salatı (foto resept)
Ev dekorasiyanızı özünüz yaradın
Monika Belluççi məşhur markanın dəfiləsində - VİDEO
Azərbaycan millət vəkilləri Brüsseldə keçirilmiş “Parlamentlərdəki qadınların Qlobal Forumu” adlı Zirvə Toplantısında iştirak etmişlər
İki nəfər 90 milyon avro uddu-FOTO
Azərbaycan dili - I dərs
Bergüzardan Halitlə bağlı 11-ci ildönümü paylaşımı - FOTO
Britaniya ordusunun baş qərargah rəisi hərbi təlim zamanı itkin düşüb
Hardan bilək ki, dostumuz zərərli insandır?
Kartof Frii (foto resept)
"Aydınlanma səyahəti" kitabından seçmələr (1)
Bakıdakı uşaq bağçalarında daha bir yenilik
Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA
Məşhur aparıcı nikaha cənazə maşınında gəldi-FOTO
Aida M-ova ilə müsahibə
WhatsApp işlədirsiniz? Çox diqqətli olun
Hazal Kayanın yeni tərzi-FOTO
“Məzun günü” mayın 27-də olacaq
Kokoslu-albalılı keks (foto resept)
Əgər prezident olsaydım...
Finlandiyada 16 yaşlı qız bir günlük baş nazir olub
Sağlamlıq və xoşbəxtliyin meyvəsi: Banan
46 yaşında yenidən tələbə adını qazandı
Yeni ildə "Küpəgirənin hiyləsi" göstəriləcək
“Android” istifadəçilərinin DİQQƏTİNƏ
Məşhur müğənni pul yağışına tutuldu-FOTO
Beş ayda 11 mindən çox insan iş tapıb
Atakamanın nəhəng əli
Lady Qaqa