Bakıda hava 15°
USD 1.7000 AZN
EUR 1.9635 AZN

Hava biznesi nədir?

Hava biznesi nədir?

 

Deyilənə görə orta-statistik insan yeməksiz təxmini 1 ay, susuz 2-3 gün, havasız isə 2-3 dəqiqə yaşaya bilər. Biz yeməkdən və sudan qat-qat artıq hava istehlak edirik və bir insanın ağciyərlərinə bir gün ərzində 7 litr hava daxil olur. Odur ki, təmiz hava ilə tənəffüs etmək, insan üçün təmiz yemək və su ilə qidalanmaq kimi çox əhəmiyyətlidir. Təmiz hava sağlamlıq deməkdir. Sağlamlıq isə indiki dövrdə böyük pullar bahasına əldə edilir.

İnsan hər hansısa sosial mövqeyə nail olduqdan sonra daha da çoxunu istəyir, daha yüksəklərə ucalmağı arzulayır. Bu indiki dövrdə pul qazanmaq kimi prosesdə özünü göstərir. Məhz bu istəyin nəticəsidir ki, "hava biznesi" adlanan yeni biznes sahələri yaranır.

2012-ci ilin sentyabr ayından etibarən Pekin küçələrində qəribə yük maşını peydə oldu. Bu yük maşını adi Koka-Kola bankalarına oxşar dəmir bankalarda təmiz hava daşıyırdı. Görənlər təəccüblənir, gülümsəyir, kimlərsə də düşünürdü: görəsən hər şeyin faciəvi vəziyyətə gəlib çatdığı o gün yetişibmi? Eksentrik milyarder Çen Quanbyao Pekində təmiz hava ilə doldurulmuş dəmir bankaları satmağa başladı. Kimlərsə bunu Çenin növbəti marketinq fəaliyyəti, kimlərsə də dünyaya verilən gözəl mesaj kimi başa düşürdü. Sahibkarın dediyinə görə, bu bankalardakı hava Çinin ekologiyası təmiz və şəhərlərdən uzaq əyalətlərində toplanıb.

 

Hava biznesi nədir?

Çen Quanbyaonin atdığı bu addım əlbəttə ki, ekoloji aksiya xarakterini daşısa da, ekologiyanın çirklənməsi bu sürətlə davam etsə, çox güman ki, havanın satışı kimi yeni biznes sahəsinin yaranması labüddür.

Hava biznesi ideyasının tarixi isə 20-ci əsrin əvvəllərinə qədər gedib çıxır. 1929-cu ildə ildə isə görkəmli rus elmi-fantast yazıçısı Aleksandr Belyayev məhz bu mövzuya aid roman yazır. Romanın adı "Hava taciridir". Romanda Cənab Beyli adlı sahibkar Yakutyaya gedərək, marslılarla əməkdaşlıq edir və bütün dünyanın havasını özününküləşdirir. Daha sonra onu dünya ölkələrinə satmağa başlayır.

 

Əlbəttə Aleksandr Belyayev bu romanı ekoloji problemlərdən qaynaqlanaraq yazmasa da (romanın mahiyyəti kapitalizmin tənqididir), mövzunun aktuallığı düşündürücüdür. Bu ideyanın reallaşmağına isə kifayət qədər az bir müddət qalıb. Yazıçının hələ 85 il bundan öncə ortaya uzaqgörən, dərin mənalı, yüksək dəyər qoya bilməsi aktual və qlobal problemlər haqqında düşündürür.

 

Hava biznesi nədir?

Qonşu Rusiya bu gün hava ilə əlaqədar daha da konkret addımlar atır. Belə ki, "Şəhər Havası" adlı şirkət müxtəlif şəhərlərin və hətta şəhərdəki müxtəlif küçə və prospektlərin, ayrı-ayrı obyektlərin (məsələn, hansısa kilsə, abidə və s.) havasının müxtəlif proporsiyalarda qarışdıraraq satışını reallaşdırır. Əlbəttə bu daha çox suvenir xarakteri daşıyır və oxşar ideyalar 20-25 il bundan öncə Avropada yaranıb.

Hava biznesi nədir?

Hava ilə əlaqədar digər maraqlı fəaliyyət növü isə "İqlim-market"-lərdir. Belə ki, bu şirkətlər ofislərə və ya evlərə havanın təmizlənməsini təmin edən texnologiyaların tətbiqini əhatə edir.

Artıq sənaye erası geridə qalıb. İnformasiya cəmiyyətində yaşayırıq və kim ki informasiyaya sahibdir, o, da qaydaları yaradır. Çarlz Darvin deyirdi ki, güclü olan deyil, dəyişikliklərə uyğunlaşmağı bacaranlar həyatda qala bilir. Odur ki, həqiqi iş adamları gələcəyin biznes imkanlarını görməyi bacaranlardır. Bu gün havanın konservləşdirilərək satışı ideyası kimlərəsə fantasik gələ bilər, lakin ekologiyanın pisləşməsi və iqtisadi dildə desək, ehtiyacın və ona uyğun olaraq da tələbin yaranması bu biznes sahəsini aktuallaşdıra bilər.

Yolda gedərkən düşünün: günü gündən tərkibi çirklənən havanı bir gün pulla almağa sadəcə məcbur ola bilərsiz. Pulla alınıb-satılan hər bir şeyin gec-tez tükənməsi ehtimalı çox yüksəkdir. Havanın pulla satışı insanın bu planetin istismarında ata biləcəyi ən son addımlardan olacaq. Odur ki, hər bir insanın ekologiya ilə əlaqədar nə edə biləcəyi haqqında düşünməyi çox əhəmiyyətlidir.

 

 

İbrahim Niftiyev

Səslərin sayı: 0
1
371

loading...
Şərhlər
Offline
Xəyalə Murad
Hava satışı barədə ötən il eşitmişdim. İki gün əvvəl radiodan da eşitdim. Dağ havasını satırdılar.
29 sentyabr 2017 18:25
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!