Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9550 AZN
11:17Weyla Xooooş gördük,əzizim! 11:06Xəyalə Murad Müstəqilliyimiz əbədi olsun!
39314

Könlüm (şeir)

 

Könlüm (şeir)

Həsrətinə dayanmağa,

Başı qarlı dağdı könlüm.

Taqəti yox ovunmağa,

Viran olan bağdı könlüm.

 

***

Ahım çatar göy üzünə,

Tanrı inanmaz sözümə,

Düşüb qalım izlərinə,

Bir səs, bir sorağdı, könlüm.

 

***

Yandı bağrım, yaman dolub,

Göz yaşlarım lehsan olub,

Arzularım vaxtsız solub,

Bu necə bir çağdı könlüm.

 

***

Bir dünyam var sən adında,

İsmim qalmaz heç yadında,

Sənə çatmır harayım da,

Eh, yenə fərağdı könlüm.

 

***

Çatladı səbrim daşı,

Yüzdür həsrətimin yaşı,

Kimlə olum dərd yoldaşı?

Ömrümə yaraqdı könlüm.

 

***

Qəm yükümü çəkim gedim,

Bircə ümid əkim gedim,

Xəyal tək çəkilim, gedim,

Eşqin ağ varağı kölüm.

 

***

Bu yolların sonu zulmət,

Hey gözləyir bizi möhnə,

Buraxın ölüm etmə zəhmət,

Niyə hələ sağdı könlüm.

Fərqanə Yusifqızı

Səslərin sayı: 0
1
1714
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Bu yolların sonu zulmət,

Hey gözləyir bizi möhnə,

Buraxın ölüm etmə zəhmət,

Niyə hələ sağdı könlüm.
28 sentyabr 2017 22:25
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış