Almaniyanın "X41 D-Sec" şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri brauzerlərə müxtəlif müdaxilə üsullarını sınaqdan keçiriblər. Testdə "Chrome", "Edge" və "Internet Explorer" brauzerləri iştirak edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlər qənaətə gəlib ki, "Chrome" müdaxilələrdən daha mühafizəli brauzer olaraq qalır. Onun təhlükəsizlik məhdudiyyəti "Edge"dən daha yaxşıdır. Bundan başqa, "Chrome"da hücumların qarşısını almaq üçün daha effektiv üsuldan istifadə edilir.
Tədqiqatda deyilir ki, "Edge"də ən zəif yer "Microsoft" korporasiyasının köhnəlmiş "Internet Explorer" brauzerinə etibar etməkdə davam etməsidir. "Edge"də istifadəçiyə "Explorer" brauzerinə keçməyi təklif edən internet saytlarının siyahısı saxlanılır. Bu isə "Edge"də mövcud olan bütün müasir mühafizə vasitələrinin nəzərə alınmamasına səbəb olur.
Bildirilir ki, mühafizəni dəf etmək üçün ən əlverişli üsul bu saytlardan birini zərərli proqram təminatı ilə yoluxdurmaqdır. Bundan sonra virus "Internet Explorer" vasitəsilə istifadəçi kompüterinə çatdırılacaq. Bunu "X41 D-Sec" mütəxəssisləri sübut etməyə nail olublar. Belə ki, onlar "Edge" brauzerinin internet saytları siyahısında olan istifadə müddəti bitmiş domen əldə edərək istifadəçiyədək bütün mərhələlərdən keçə biliblər.
Məlumata görə, hər üç brauzerin fişinq hücumundan mühafizəsi yoxlanılıb. Bu hücumlar qarşısında boşluğa daha çox köhnəlmiş funksiyaları dəstəkləməsinə görə "Edge" və "Internet Explorer" brauzerlərinin həssas olması müəyyənləşib. Lakin ekspertlər hakerin zərərli proqram təminatını genişləndirməklə "Chrome"u tam ələ keçirə bilməsini də aşkarlayıblar.
Tədqiqatçılar həmçinin müəyyənləşdirib ki, "Safe Browsing Google" funksiyası "Microsoft"un "SmartScreen" funksiyasından daha dəqiqdir. Lakin onların məqsədi casusluq olan məqsədyönlü hücumlarla mübarizə apara biləcəklərinə ümid azdır.
"Google" tərtibatçılarının daha bir bacarığı qeydə alınan səhvlərin daha tez aradan qaldırılması, eləcə də "Chrome" üçün təhlükəli boşluqları bağlamağa imkan verən səhvlərin növbədənkənar düzəldilməsidir. "Microsoft" isə adətən aylıq "patch" paketlərinin buraxılmasını gözləyir.
XƏBƏR LENTİ
Yer üçün təhlükə: sentyabrın 1-də...
Məşhur aktrisa fərqli obrazda dönür - FOTO
Azərbaycanın qədim şəhərinin əks-sədası İspaniyada
Bakının bəzi ərazilərinə içməli suyun verilişi dayandırılacaq
Azərbaycanda erkən nikahlarla bağlı son 14 ilin statistikası
Qayınana da anadır, gəlin də...
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Mini alman piroqu
"Küçük" bilib aldı, böyüyüb ayı oldu-FOTO
HAVA necə olacaq?
Albalı limonad (foto resept)
Türkiyədən həcc ziyarəti ilə bağlı şok təklif
Dəbli boyunbağılar
Quru saçlar üçün baxım
24 mindən çox sorğu blankı elektronlaşdırılıb
44 ildən sonra ata ola biləcək - Nadir hadisə
Bakıdakı bahalı avtomobil dayanacaqları
Azərbaycanda əhalinin sayı nə qədərdir?
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
Bred Pitt 30 yaşlı aktrisa ilə eşq yaşayır? - FOTO
Qarabağdan danışdılar
Yediklərinizlə yaddaşınızı qüvvətləndirin!
Pensiyaların verilməsinə başlanılır
Mənim əl işlərim
Hər ay bir şəhzadəyə çevrildi
Azərbaycanda sümük müalicəsi sahəsində yenilik
Ziyafət geyim modelləri
Bakı 2015-ə Latın Amerikasında da baxacaqlar
"Evə optika" layihəsinin başlanma tarixi açıqlandı
Labioplastika - qadin genital orqanının estetik əməliyyatı haqqında
Yaponlar virtual valyuta buraxdılar
Yaponlar tərcüməçi eynək hazırladılar
Bulqurlu yaz salatı (foto-resept)
Hər kəsi aldadıblar - FOTO
Ronaldunun 10 milyonluq avtomobili - FOTO
Bütün ilboyu yay
Zəlzələ binalara ziyan vurdu
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Qar Avropa və Amerikanı ağuşuna alıb
Aleyna Tilki dava saldı-VİDEO
Maraqlı və lazımlı məsləhətlər (1)
"Gəlin barmağı" tortu (foto resept)
Sabahın HAVAsı
Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Hesabat”ın qonağı olub
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Yağışdan da elektrik alınacaq
Dərdin ən böyük dərmanı - təsəlli
Dəri pencəklər