Milli.Az xəbər verir ki, bunu Trend-ə özəl olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, hər il sentyabrda havanın temperaturunun aşağı düşməsi sentyabrın əvvəllərində baş verirdi: "Bu il isə bu proses təxminən 20 gün ləngidi. Havanın temperaturunun enməsi sentyabrın 20-dən sonra baş verdi".
M.Həsənov əlavə edib ki, bu il sentyabrın 20-dək olan dövrdə hər gün havanın orta temperaturu əvvəlki illərin sentyabr ayı üçün olan orta rəqəmlərə nisbətən 2-3 dərəcə yüksək qeydə alınıb.
Onun sözlərinə görə, ümumilikdə iqlim dəyişmələri ilə əlaqədar bu il sentyabr ayı iqlim normalarına nisibətən isti keçib.
Hazırkı havanın sentyabr üçün xarakterik olduğunu deyən M.Həsənov qeyd edib ki, sentyabrda cənub istiqamətindən gələn hava kütlələri üstünlük təşkil edib. Ona görə də cənub və cənub-şərq istiqamətli, yəni tropik hava kütlələrinin ərazidə müşahidə edilməsi daha uzunmüddətli olub:
"Bu səbəbdən havanın temperaturu normaya nisbətən 2-3 dərəcə yüksək qeydə alındı. Bütün bunlar iqlim dəyişmələrinin nəticəsidir. İndi isə şimal-qərb hava kütlələrinin daxil olması gözlənilir. Ona görə də bu hava sentyabr ayı üçün səciyyəvidir".
Qeyd edək ki, sentyabrın 23-ü gündüzdən başlayaraq, ölkə ərazisində hava qeyri-sabit keçir. Sinoptiklərin verdiyi məlumata görə, sentyabrın 26-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirmişdi ki, Azərbaycanda 2003-cü ildən sonra ilk dəfə olaraq, bu ilin sentyabr ayında uzun müddətli isti hava şəraiti müşahidə edilib. Sonuncu dəfə Bakıda 2003-cü ilin sentyabr ayının ilk ongünlüyündə uzun müddətli isti hava şəraiti müşahidə edilib: "Bu il isə sentyabrda daha uzun müddətli istilər müşahidə edilir. Yalnız sentyabrın 7-8-də qeyri-sabit hava şəraiti müşahidə edilib. Həmin günlər istisna olmaqla, qalan günlərdə hava isti keçib. Bundan əlavə, havada rütubətin miqdarının da 2003-cü ilə nisbətən normadan daha artıq olması istilik effektini həmin illə müqayisədə artırıb".
XƏBƏR LENTİ
Qələmlə sənət əsəri yaratmaq
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Cemli peçenye (foto resept)
Azərbaycanda ahıl vətəndaşlarla bağlı layihə hazırlanır
Necatinin xanımı AÇIQLAMA verdi-FOTO
Azərbaycanda sentyabr ayının hava proqnozu açıqlandı
Uşaqlar üçün ad günü tortları
Azərbaycanda bir sıra kitabxanalarda "Wi-Fi" zonaları yaradılıb
Rəngarəng rulet (foto resept)
Günün qoroskopu - 01.11.2013
Qırıcılar Yəməni bombaladı: 45 ölü
Mikroelementlər-1
Ərzaq qiymətlərində süni artımın qarşısının alınması üçün TƏKLİF
Rəsmi Bakı Britaniyaya cavab verdi
Dünya çempionatının final gecəsi 346 avroya
Dodaq boyasından düzgün istifadə yolları
Kişiləri necə cəlb etməli?
Dörd rayonun xəstəxanasından Şirvana təcili yardım maşınları cəlb olunub
Səhv etmişəm?
Siz hansı bürcün xarakterindəsiniz-TEST
"İki üzlü" pişik görənləri çaşdırır (FOTO)
Keçmişin gözəllik standardları
Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü
Sevgililər üçün gözəl köynəklər
Məşhur ailə villanı sata bilmir - FOTO
Kəlbəcərin Xudavəng monastrında ibadət etmək istəyən udilərin erməni keşişlərlə mübahisəsi yarandı - VİDEO
Bu günün hava proqnozu
Zəlzələ köhnə binalar mövzusunu yenidən gündəmə gətirdi
Azərbaycanın tanınmış rəssamı vəfat etdi
Yumurtalıq xərçəngi
Əncirli keks (foto-resept)
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Qaragiləli dondurma (foto-resept)
Mart gəldi, dərd gəldi?
Azərbaycan generalları (1)
Selena Gomes çimərlik kolleksiyası təqdim etdi-FOTO
Gədəbəydə müəmmalı yanğınlar: "Gecə yata bilmirik"
Heyvanlar haqqında maraqlı məlumatlar
Müəllimlərin diqqətinə: yeni qaydalar
Rusiyanın Ən Varlı Qadını Odur - FOTO
Bu gündən Azərbaycanda bu iş yerləri açılır - SİYAHI
Üslubunuz?
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş humanitar aksiya
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
General salatı
Alsam, alsam, nə alsam?..
Bakıya qar yağacaq
Təhsil Nazirliyi 913 nəfərə yol açdı, yanvarda imtahandır
I Avropa Oyunlarına medianın akkreditasiyası müsbət qiymətləndirilib
Bu gün bu yollar bağlı olacaq - məşəl Bakıya gəlir