Bakıda hava 11°
USD AZN
EUR AZN
10:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,əziz Qadin.Netlilər!
41230

Pərvanə A - "Bir insan varki, burada onunla daha yaxınıq..."

Adı, soyadı: Aslanova Pərvanə

Dogum tarixi: 7 Yanvar 1984-cü il

Saytda qeydiyyat tarixi: 10 aprel, 2010-cu il

İlk xəbəri: Toyuq salatı ~ http://qadin.net/index.php?newsid=924

İlk şərhi: "SNİKERS" tortu (2-ci variant) foto resept

Yaşayış yeri: Rusiya Federasiyası

Ailə vəziyyəti: Ailəlidir, 3 övladı var

Pərvanə A - "Bir insan varki, burada onunla daha yaxınıq..."

Shoko : Salam.

İlk öncə təklifi qəbul edib, səmimi müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik...

Başlayaq ?! )))

Niyar (Pərvanə): Çox sağ olun,mən təşəkkür edirəm hə,başlayaq.

 

Shoko:  Özünüzü təqdim edin.

Niyar:  Aslanaova Pərvanə İsmayıl qızı.

 

Shoko:  Bizi necə tapmısız, yadınızdadırmı? )

Niyar :  Hə qızlarım üçün peçeniya resepti axtarırdım buranı tapdım.Bir müddət qonaq kimi gəlməyə başladım.Sonra qeydiyyata düşdüm və hər gün mətbəx rubrikasına baxmağa başladım.Sonra burdan günəbaxan və quş yuvası salatını hazırladım xoşumuza gəldi Şərhdə Selcan xanıma salatı bəyəndiyimizi yazdım sonra o,mənə cavab yazdı beləcə saytı sevdim,və də hələdə sevirəm.


Shoko: Niyar özünü burada necə hiss edir?

Niyar: Super, bir günüm bu saytsız olmasın!

 

Shoko:  Sizin fikrinizcə bizi digərlərindən fərqləndirən nədir?

Niyar: Ən başda Selcan xanımın bütün istifadəçilərə olan sonsuz diqqəti.Sonrası da burda xanımların biri-birinə qarşı olan mehribançılığı və səmimiyətidir.

 

Shoko: Niyar üçün çatışmayan nədir?

Niyar: Saytda  çatışmayan bir şey görmürəm şükür hər şey yaxşıdır.

 

Shoko: İnsanlar xasiyyət baxımından çox müxtəlifdirlər. Sizin üçün hansı tip insanlarla ünsiyyətdə olmaq, problemləri, həyatı, yaşamı paşlaşmaq daha xoşdur və ümumiyyətlə həmsöhbət seçərkən ən çox nələrə diqqət edirsiniz?

Niyar: Həmsöhbət seçərkən ilk oncə onun gözlərinə və etdiyi hərəkətlərinə baxıram,sonra qərarımı verirəm ki,bununla axıradək söhbət edib-etməyəcəyimə.Pis çıxmasın bəzən insanlar öz hərəkətləri ilə her şeyi ortaya qoyurlar.Əgər xoşuma gəlmirsə bir bəhanə ilə aradan çıxıram.

 

Shoko: Yəqin elə insanlar da varki, onlara baxdıqda bir çox işlərdən sanki soyuyursunuz... Sizi həvəsdən salan nələrdir?

Niyar: Yox deyə bilmərəm ki,insanlar məni həvəsdən salır.İstədiyim nəsə iş alınmayanda həvəsdən düşürəm bu da özümlə əlaqədar bir işdi.

 

Shoko: Özünüzə etibar etdiyiniz kimi, kiməsə etibar edirsinizmi?

Niyar: Əllbətdəki həyat yoldaşıma .

 

Shoko: Həyatda elə nüanslar varmı ki, danışmaq istəyirsiniz amma müəyyən şeylərə görə susursunuz? Əgər varsa, sizi susmağa məcbur edən amillər hansılardır?

Niyar: Çalışıram sözümü ürəyimdə qoymayım sonra məni narahat edir öz-özümə danışıram ki,gərək onu deyərdim bunu deyərdimı.Öz yaxınlarıma qarşı sözü üzə deyənəm  başqalarına qarşı isə(yəni məndən böyüklərə) bir az sərhəd saxlayıram bəzi yerlərdə.

 

Shoko: İnsanlar çox tez-tez həyatı filmə, özlərini - ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?

Niyar: Özümü heç vaxt ətrafdakı insanlara və ya aktyorlara bəzəntmirəm.Allah məni necə yaradıb elə də varam.

Ən yadda qalan obrazım ilk övladımı qucağıma alanda sevincdən ağladığım olub hələki.

 

Shoko: Hər bir insanın həyatda dostları, qəlbə yaxın insanları var. Sənin bu seçimində valideynlərinin, ailə üzvlərinin rolu olubmu? Yoxsa onlar sənin atdığın istənilən addımı dəstəkləyirlər? 

Niyar: Yox mənim həyatda bu saytı tapana kimi həqiqi dostum olmayıb.Ancaq nə sözüm olubsa bacımla paylaşmışam.Valideyinlərim isə hər zaman bizə dəstək olublar atdığımız addımlarda.

 

Shoko: Ümumiyyətlə valideynlərin övladlarını istənilən addımda, doğru və ya yalnış, dəstəkləməsinə münasibətin necədir? Bu gələcəkdə yarana biləcək hər-hansı problemlər üçün stimul ola bilərmi?

Niyar: Vaideyinlər əllbətdəki uşaqlarına hər cəhətdən dəstək olmalıdırlar, əsas da onların doğru yolda irəliləyə bilməsi üçün.Yanlışlıqda isə uşaqlarla söhbətləşib onun yanlış yolda olduğunu başa salmaq,və doğru olanı göstərməkdir.

 

Shoko: Burda necə, dostlar çoxdurmu? Niyə virtual dostluqlar ancaq burada qalır, real müstəviyə keçmir?

Niyar: Burda özümə yaxın bildiyim insanlar çoxdu .Adlarını yazsam çox yer tutar.Bir insan varki, burada onunla daha yaxınıq.Belə sayt vasitəsilə danışırıq.Onu bir bacım kimi çox istəyirəm,amma çox təssüflər olsun ki,o,da uzaqda mən də uzaqda görüşmək şansımız hələki yoxdu gələcəkdə olsa onunla ailəvi dostluğa kimi gedib çıxarıq inşallah.Artıq xanımlarımız görüşməyə başlayıb əminəm ki,bundan sonra virtual dostluqlar resal müstəviyə keçəcək yavaş-yavaş.

 

Shoko: Burada tanış olduğun, tanıdığın insanlardan ən çox kimi görmək arzusundasan? Kimi görmək sənin üçün çox maraqlı olardı?

Niyar: Demək olarki hamınızı şəkillərdən görmüşəm.Adi həyatda da görmək istəyərəm hamınızı.

 

Shoko: İstədiyim yar idi, yetirdi Pərvərdigar!  Sizdə də belə oldu? )))

Niyar: Hə Vallah necə istəmişəm elə də yetirdi Pərvərdigar çox şükür. Allah hamıya istədiyi kimi yar yetirsin.

 

Shoko: Yəqinki müsahibələrdə, qarşılıqlı söhbətlər zamanı tez-tez eşitmisənki bəzən suallara belə cavablar gəlir: “Nə bilim, Ola bilər, Bilmirəm, Bəlkədə və s.”  Bu nədən  irəli gəlir, cavab vermək çox çətindir yoxsaki, susub razılaşmağın başqa bir formasıdır?

Niyar: Məncə cavab verməkdə çətinlik çəkirlər ona görədə belə cavablar yazmaqla susub razılaşırlar.

 

Shoko: “Kaş ki, ...................”  Niyar bu cümləni necə tamamlamaq istəyərdi?

Niyar: Kaşki anamın sözünü dinləyərdim.

 

Shoko: Səbəbini bilmək olar...?

Niyar: Hə mən inistituta səndlərimi verdim qəbul ola bilmədim.Anam dedi gəl medtexnikuma verək sənədlərini,(ora olmasın,bura olsun) iynədən qorxduğum üçün razı olmadım. Dedim başımı kəssəniz belə getmərəm ora.Amma indi çox peşman olmuşam.Peşman olsamda yoldaşım hər zaman arxamdadı İnşallah burda bir yerə daxil olub oxuyacam.

 

Shoko: Milli deyimlərə dayalı bir çox məsəllər çəkilir. Misal üçün deyirlər ki, qadın gərək evində, mətbəxində oturub bozbaşını bişirsin. Yəni bir növ ictimai həyatdan kənar qalsın. Sənin bu kimi fikirlərə münasibətini öyrənək...

Niyar: Çox pis çünki Azərbaycan qadınları maşallah elə qoçaq xanımlardır ki, hər işə çata bilirlər.Həm ev işlərində,həm də ictimai həyatda ikisini bir arada idarə edən xanımlarımız var.Ailədə də çox xoşbəxt yaşayırlar.Sən dediyin fikirlər pis çıxmasın köhnə nəsilin fikirləridi.İndiki nəsil cavanları çalışırlar ki,hər ikisi də işləyib ailəyə maddi cəhhətdən dəstək olsunlar.

 

Shoko: Teleseriallar çoxmu vaxt alır? ))

Niyar: Yox vaxtımı almır,mən baxdığım seriallar gecə başlayır,uşaqlar yatandan sonra baxıram.Baxa bilmədiyimə də evdə işim olmayanda internetdə baxıram.

 

Shoko.Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə əhəmiyyətlidir?

Niyar: Çox əhəmiyyətlidir hələ də bu zaməndə.Ona görə mən də hələki gec deyil təhsilimi davam etdirəcəm inşallah.


Shoko: Niyarın həyatının incə teli, sarı simi...

Niyar: Ailəm,ovladlarım,atam-anam,həyat yoldaşım.

 

Shoko: Ayrılıq, Göz yaşı, Həsrət...  Bəs sonu?

Niyar: Xoşbəxtlik,xoşbəxtlik,yenə də xoşbəxtlik.Moşu demişkən.))

 

Shoko: İnsan hər dəfə itirdiyində, həyata baxışında yeni, fərqli bir pəncərə açılır. Sonda isə bizə qalan peşmançılıq olur. O addımları biz atırıq, o səhvləri də biz edirik. Niyə axı peşman olaq?

Niyar: Etdiyimiz səhvlərin qarşılığında peşman oluruq.Ona görə də atalar yaxşı deyib:"Sonrakı peşmançılıq fayda verməz."

 

Shoko: “Arzuya çatanlar vaxtsız qocalmaz” – qocalmamısanki hələ? ))

Niyar: Yox hələ arzularımın hamısına çatmamışam ona görədə qocalmamışam 27 yaşım olsada özümü 18 yaşında hiss edirəm.

 

Shoko: Heç kimə demədiyin, deyə bilmədiyin bir sirrin varsa, bizimlə bölüşə bilərsənmi? ))

Niyar- Yox elə bir sirrim yoxdu olsada yəqin ki,heç kimlə paylaşmaram.Ölənə kimi Allahla mənim aramda qalar.Bir Allahım bilər birdə mən.

 

Shoko: Hər hansı bir işdə müvəffəqiyyətə nail olmaq üçün başlıca meyar nəyi hesab edirsiniz?

Niyar.İstədiyin işə müvəffəqiyyətlə nail olmaq istəyirsənsə ürəkdən bu işə can qoymalısan ki,istədiyini əldə edəsən.

 

Shoko: Həyatda bir dəfə oğurluq etmək cinayət olmasaydı, nəyi oğurlayardınız?

Niyar: Ay Şefeq bu sual çox xoşuma gəldi.Heç nəyə ehtiyacım yoxdu şükürlər olsun.Amma indi bilmədim nə oğurlaya biləcəyimi.

 

Shoko: Deyirlər ki, dünya aldanıb, aldananlar səltənətidir. Siz bu dünyada kimi aldadıb, kimə aldanmısınız? ))

Niyar: Heç kimi aldatmamışam,amma məni aldadanlar olub onu da burda demək istəmirəm.

 

Shoko: Qəliz, “fəlsəfi” suallarla çox yormadıq ki, səni? ))

Niyar: Xeyr yorulmadım.Əksinə xoş oldu.Heyacanlandım bir az.

 

Shoko: Bütün dediklərini olduğu kimi, heç nəyə toxunmadan hər kəsə təqdim edəcəm. Bəlkə hansısa fikrini, cavabını dəyişmək istəyirsən? )

Niyar: Yox heç nədə dəyişiklik etməyəcəm. 

 

Shoko: Bizlərə son sözün, arzu və istəklərin, iradların, şikayətlərinlə söhbəti yekunlaşdıraq...

Niyar: Nə yaxşı ki bu sayt var. Vətəndən uzaq olsam da bu sayt vasitəsilə özüm Vətəndə hiss edirəm. Arzum budur ki, Qadın.Net saytı uzun ömürlü olsun, gələcəkdə bizim körpə balalarımzda bu saytdan bizim kimi faydalana bilsinlər. Ramil bəy və Selcan xanıma öz təşəkkürümü bildirirəm, biz xanımları düşünüb bu cür yüksək səviyyəli saytı biz xanımlara təqdim etdikləri üçün... Sizlərə son sözüm odur ki, sizləri çox sevirem. Gəlin həmişə mehriban olaq, can deyib can eşidək.

Müsahibə üçün  təşəkkürlər... smile
P.S. - Əlavə sualları olan istifadəçilər şərhlərdə suallarını qeyd edə bilərlər...
Səslərin sayı: 13
157
6640
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Pervane canim indi de belə ariq incesen canim?
25 dekabr 2015 01:09
Offline
איסון ממדוב.
Cox maraqli idi
6 iyul 2014 23:32
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
♥NiLuFeR♥
COX MARAGLIDI,TESEKKURLER
14 yanvar 2014 22:28
Offline
16 mart 2013 19:11
Offline
Kamailba
Maraqlı alınıb.Çox sağolun smile
20 dekabr 2012 17:31
imza: "Hər bir ağacın bir meyvəsi var,
Qəlbin meyvəsidə övladdır."

Həzrəti Məhəmməd s.ə.s
Offline
Ayka S
buyyy men bunlari gormemisdim super alinib cox sagolun
20 dekabr 2012 17:29
Offline
Fidan Bagirova
maraqli musahibedir davami olsun
20 dekabr 2012 17:21
Offline
Nigar
hə məncədə çox maraqlıdır

insALLAH vaxt geler Tutu senin haqqinda xeber hazirlayariq yanindada insALLAH 5 usaq amin
smile
20 dekabr 2012 17:15
imza: Allahın cümləmizə yar olsun amin
Offline
♥TuTu ♥
cox maraqldire indide bele kimise haqqinda olsa yaxsi olard

hə məncədə çox maraqlıdır smile
20 dekabr 2012 17:13
Offline
Nigar
cox maraqldire indide bele kimise haqqinda olsa yaxsi olardi smile
20 dekabr 2012 17:07
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Esya
DADLI RESEPTLERIN BAS QEHREMANI.TSK.
5 fevral 2012 00:12
Offline
Flowers
lap lezzet eledi eee mene bu xeber ela idi bir bir maraqla oxudum axi seni cox sevirem ay PERİM winked
8 dekabr 2011 20:16
Offline
Sabrin
Cox maraqli oldu. Her ikiniz cox sag olun
10 noyabr 2011 09:28
Offline
Pərvanə
Sitat: lovable_madam
yox eee ananin da oz balasina gozu cox istediyinden yanir bezen ona ore sen uzerriyi yandirmaqda ol

BS ÜSTE CANİM
8 noyabr 2011 12:13
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Flowers
Sitat: Pervane
var eeeeeeeee amma biliremki sizlerin gozü deymez mene. ona gore ehtiyac gormürem üzerlik yandirmaga

yox eee ananin da oz balasina gozu cox istediyinden yanir bezen ona ore sen uzerriyi yandirmaqda ol wink .......

3 noyabr 2011 22:35
Offline
Pərvanə
Sitat: Nurlu
Niyar Əla! Əla!Ay Niyar mənəçox maraqlı gəldi burda bacı kimi söhbət elədiyin kimdir?Bilmək olarmı? 5 ulduz verdim Öpdüm.Şirinləri öp

canim burda hamini çox sevirəm hər kesin oz yeri var mənim ücün.
bu Sevgi_Alemi canimla demə olarki ailəlicə yaxindan taniş olmuşuq yəni bir-birimize o,qede yaxiniq.mən de senii opürem canim

Sitat: Mehluqe
Pərvanə, müsahibəni maraqla oxudum. Saytın önəmli simalarından biri ilə tanışlıqdan məmnun qaldım. Maşallah, maşallah, heç deməzsən ki, üç övlad anasısan,ALLAH özü qorusun, səni ailənə, balalarına, onları da sənə doyunca versin!! Bütün arzularına çatasan, İNŞALLAH!

xoş sozleriniz ücün çox teşekür edirem çox sağ olun
Sitat: lovable_madam
men de raziyam, uzerlik var Piterde? al yandir

var eeeeeeeee amma biliremki sizlerin gozü deymez mene. ona gore ehtiyac gormürem üzerlik yandirmaga
16 oktyabr 2011 19:09
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Flowers
Sitat: Mehluqe
Maşallah, maşallah, heç deməzsən ki, üç övlad anasısan,

men de raziyam, uzerlik var Piterde? al yandir wink
4 oktyabr 2011 23:51
Offline
Məhluqə
Pərvanə, müsahibəni maraqla oxudum. Saytın önəmli simalarından biri ilə tanışlıqdan məmnun qaldım. Maşallah, maşallah, heç deməzsən ki, üç övlad anasısan,ALLAH özü qorusun, səni ailənə, balalarına, onları da sənə doyunca versin!! Bütün arzularına çatasan, İNŞALLAH!
25 sentyabr 2011 13:07
Offline
Yasəmən
Niyar Əla! Əla!Ay Niyar mənəçox maraqlı gəldi burda bacı kimi söhbət elədiyin kimdir?Bilmək olarmı? 5 ulduz verdim Öpdüm.Şirinləri öp
24 sentyabr 2011 19:49
Offline
Pərvanə
Sitat: nuray?1
cox gözel qadınsan

çox sağ olun təşəkkür edirem
14 sentyabr 2011 12:56
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!