Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN

Çağırma (şeir)

 

Çağırma (şeir)

Barmağının ucuna,

toxuna bilmərəm ki,

Toxunsam qəlbimdəki həsrətinmi bitəcək?

Sənə olan hissimi,

söyləyə bilmərəm ki,

Söyləsəm bu sevginin, gözəlliyi itəcək...

 

***

Dayanıb boylanıram,

pəncərənə sakitcə,

Burda təkcə mən varam,

Bir də sənə həsrətim.

Gecənin qaranlığı, birgə musiqi səsi,

Kimsə nəğmə söyləyir, "gecikən məhəbbətim"...

Çağırma (şeir)

***

Daha bir də ürəkdən,

çağırma gəl yanıma.

Necə gəlim axı mən, qınayar ellər məni.

Səndən xəbərsiz belə,

kölgəni görsəm yetər,

Mən əsrin Leylisiyəm, gözləyir çöllər məni...

Qoy itim ilim-ilim, aparsın yellər məni...

Fərqanə Yusifqızı

Səslərin sayı: 0
0
1101
Loading...
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır