Bakıda hava 18°
USD 1.7007 AZN
EUR 2.0368 AZN
19 sentyabr 22:18Xəyalə Murad Hər vaxtın xeyir) 19 sentyabr 21:58Iceberg Axşamınız xeyir))
37690

Min güzgülü məbəd

 

 

Min güzgülü məbəd

 

Hindistanda yüksək bir dağın başında " Min Güzgülü Məbəd" var imiş.

Günlərin bir günü it dağa dırmaşır, məbədin qapısındakı pilləkənləri addımlayaraq içəri girir. Məbədin min güzgülü otağına girəndə başqa min it göz dəyir. Qorxaraq, tüklərini qabardır, quyruğunu ayaqlarının arasına sıxır. Dəhşətli mırıltılar çıxararaq dişlərini göstərir və həmin min it də eyni hərəkətləri eləməyə başlayır. 

İt qorxaraq məbəddən qaçır.

O andan etibarən  bütün dünyanın təhlükəli, qorxunc itlərlə dolu olduğuna inanır.

 

***

 

Bir müddət sonra başqa bir it bu dağa dırmaşır. O da pillələrdən çıxıb "Min Güzgülü Məbəd"-ə girir. Həmin otağa gəldikdə sürü ilə itlər görür və çox sevinir. Quyruğunu yellədir, atılıb-düşür və itlərə hürməyə başlayır. Bu it məbəddən çıxanda dünyada saysız-hesabsız dost və səmimi itlərin olduğuna inanırdı.

 

"Ovcunuzdakı Kəpənək"

Ahmed Şerif İzgören

 

Səslərin sayı: 0
1
107
Loading...
Şərhlər
Offline
Iceberg
Bəli həyat da güzgü kimidir, necə baxsan elə görəcəksən...
13 sentyabr 2017 11:27
imza: shafaabdulla.blogspot.com
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır