Bakıda hava +4°
USD 1.6292 AZN
EUR 1.8241 AZN

Peraşki (foto resept)

 
Tərkibi.

Xəmir üçün.

1 kq un

1 yumurta

2 x.q. "Bizim Süfrə" zeytunlu mayonezi

2x.q. xama.

1 x.q. şəkər tozu

yarım stəkan duru yağ

10 qr.quru maya

Azərduz yodlu narın xörək duzu,
lazım olan qədər ilıq su.

İçlik üçün.

4-5 ədəd kartof

1 ədəd soğan

kişniş,şüyüd

Azərduz yodlu narın xörək duzu,
istiot.

Qızartmaq üçün lazım olan qədər duru yağ.

Hazırlanması.

Böyük bir qabın içərisinə xəmir üçün olan ərzaqlar tökülür və yumuşaq xəmir yoğurulur.
 
Xəmirimizi yoğurduq hazırdı, üstünü ötüb bir kənara qoyub,xəmirin gəlməsini gözləyirik.
 
Budur artıq xəmir 2 dəfə artıb, yəni acıyıb.Xəmiri bir də yoğururuq və qalxması üçün gözləyirik.
 
2-ci dəfə xəmir gəldikdən sonra əlimizi yağlayıb istədiyimiz ölçüdə kündələyirik və üstünü örtüb 5 dəqiqə gözləyirik.
 
Xəmir kündəyə gəlincəyə kimi içliyimizi hazırlayırıq.Soğan xırda doğranılır,və qızılı rəng alıncaya kimi qovrulur.
 
Kartof soyutma bişirilir,göyərti xırda doğranılır.Duz,istiot,soğan,göyərtini kartofa əlavə edib qarşıdırırıq.İçliyimiz hazırdı.
 
İndi isə əlimizi yağlayıb xəmiri əlimizlə açıb içlik qoyub bükürük.
 
Hamısını bükdükdən sonra üstünü örtüb 5 dəqiqə gözləyirik.
 
Tavaya çox yağ töküb qızdırırıq.Sonra peraşkilərimizi bişiririk.
 
 
Budur artıq peraşkilərimiz hazırdı.Nuş olsun!
 
P.S.Sonda onu demək istəyirəm ki,bu peraşkilər çox yumuşaq və dadlı olur kim bişirsə peşman olmayacaq.wink
Səslərin sayı: 67
247
236008
loading...
Şərhlər
Offline
Aybi Semedova
Əlləriniz dərd görməsin.Cox saq olun.halal edin sizin yazdiqinizdan istifadə etdim.Allah köməyiniz olsun.
16 noyabr 2015 12:07
Offline
Dəniz84
Sobadada dadlı olur.

Həm dadlı həm də yağsız olduğu üçün edirəm)
1 iyun 2015 20:15
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
nigar dadasova
super gorunur tsk
27 fevral 2015 19:02
Offline
Pərvanə




Dəniz84
Mən uşaqlara tez-tez bişirirəm ancaq sobada.

Sobadada dadlı olur.
24 yanvar 2015 01:31
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Pərvanə
Fidan Məmmədova,
Bişirdikdən sonra fikrinizi yazmagı unutmayın.
21 dekabr 2014 01:28
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Dəniz84
Mən uşaqlara tez-tez bişirirəm ancaq sobada.
11 dekabr 2014 12:01
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
ملاك
Peraşki bizde de sevilir, gerek men de hazirlayim
26 noyabr 2014 15:36
Offline
Fidan Məmmədova
Lap iştaha gəldim,yoldaşım çox xoşluyur peraşkini,neçə gündü bişirməyi planlaşdırıram ama vaxt tapmıram,bəlkə sabah etdim,xəmirə xama,mayanez qatmirdim bu dəfə qatıb yoxlayaram belə,yəqin dadlı olar belə də
30 oktyabr 2014 11:55
Offline
lara zaynallı
Çox sağ ol bacım mən bişirmişəm cox dadlı olur .
11 may 2014 12:59
Offline
Qəribə
Çox saqol,bacim ellerin var olsun give_ros
9 may 2014 01:09
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Zeyneb-Esger
Tez tez hazirlayiram tesekkurler
10 aprel 2014 11:35
Offline
Minira Aslanzade
Bundan bişirəcəyəm superdi əllərin var olsun canım. give_ros give_ros give_ros
23 mart 2014 02:07
Offline
♥NiLuFeR♥
Peraşkini çox xoşlayıram good
28 fevral 2014 00:26
Offline
aydin kerimov
Tesekkurler cox lezzetli gorunur man_in_l
12 dekabr 2013 13:54
Offline
Rzayeva Guler
Gozel peraskidi
24 sentyabr 2013 14:01
Offline
PrEnSseSs
Perawkini elede xowlamiram amma yenede tewekkur edirem fellow
3 sentyabr 2013 22:45
Offline
Mehseti Qalandarova
twk mamada dadli biwirir
3 sentyabr 2013 22:40
Offline
Nuray Aliyeva
cox lezzetli gorunur te$ekkurleri_am_so_
29 iyun 2013 23:14
Offline
Zehra Bedirxanli
lezzetli gorunur. twk
18 may 2013 13:09
Offline
Fidan
beh-beh indi ne yeyerdim nyam ,peraskiden cox xosum gelir,cox sagolun xebere gore smile
18 may 2013 13:07
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
İstifadə etdiyiniz zeytun yağı hansıdır?
Zeytun Bağları
Final
Consul
Zeytuna
Oil İtaly
Digər