Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

Övladlığa götürmə

Artıq bildiyiniz kimi bu dəfə Sizinlə ÖVLADLIĞA GÖTÜRMƏ barəsində hansı hüquqi normativlərə əməl etmək lazimdir, ümumiyyətlə övladlığa götürmə hansı hallarda baş verir? Bəs övladı olmayan ailələr övladlıq götürməsi üçün nə etməlidir?

Bu kimi suallara bu dəfə ki, mövzuda toxunacağıq.

ÖVLADLIĞA GÖTÜRMƏ

Maddə 117. Övladlığa götürülməsinə yol verilən uşaqlar

117.1. Övladlığa gütürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir.

117.2. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz.

117.3. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.

117.4. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.

117.5. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların ovladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların ovladları) övladlığa götürmədikdə icazə verilir.

117.6. Uşaqlar Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 115.5-ci (115.5. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqlar haqqında məlumatları mərkəzləşdirilmiş uçota alır, ümumi uçota alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir, bundan sonra onların tərbiyə olunmaq üçün ailələrdə yerləşdirilməsinə yardım edir) maddəsinə uyğun olaraq ümumi uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər.

117.7. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında yol verilir.

Maddə 118. Övladlığa götürmə qaydası

118.1. Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata kecirilir. Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xususi icraat qaydasında baxılır.

118.2. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.

118.3. Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.

118.4. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır.

118.5. Hər hansı şərtlər altında, hər hansı müddətə və ya numayəndələr vasitəsilə övladlığa götürmək yolverilməzdir.

118.6. Uşaq öldukdə övladlığa götürməyə yol verilmir.

118.7. Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənlərə hüquqi yardım akkreditə edilmiş orqan tərəfindən həyata kecirilir.

118.8. Akkreditə edilmiş orqan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 119. Övladlığa götürülən uşaqların və övladlığa götürməyi arzu edən şəxslərin uçotu

119.1. Övladlığa götürülən uşaqların uçotu bu Məcəllənin 115.5-ci məddəsində müəyyən olunmuş qaydada həyata kecirilir.

119.2. Uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata kecirilir.

119.3. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Maddə 120. Övladlığa götürmək hüququ olan şəxslər

120.1. Aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər:

120.1.1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;

120.1.2. məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;

120.1.3. qanunla uzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəci vəzifələrindən kənarlaşdırılmış şəxslər;

120.1.4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu huququ ləğv edilmiş şəxslər;

120.1.5. səhhətinə gorə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər.

120.2. Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

120.3. Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.

Maddə 121. Övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi

121.1. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər.

121.2. Ögey ata (ögey ana) uşağı övladlığa götürəndə bu Məcəllənin 121.1-ci maddəsində nəzərdə tutulmuş yaş fərqinin olması tələb edilmir.

Maddə 122. Uşağın övladlığa götürülməsinə valideynlərin razılığı

122.1. Valideynləri olan uşaq bu Məcəllənin 123-cu maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəcilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəcilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Uşaqlarının övladlığa göturulməsinə valideynlərin yazılı razılığı notariat qaydasında, valideyn himayəsindən məhrum olan uşağın yerləşdiyi müəssisənin rəhbəri və ya övladlığa götürmənin həyata keçdiyi yer, yaxud valideynlərin yaşadığı yer üzrə qəyyumluq və himayə orqanı tərəfindən təsdiq olunmalıdır. Razılıq, həmcinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər.

122.2. Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər.

122.3. Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə razılıq verə bilərlər.

122.4. Muvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının vətəndaşı olan uşaq Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldüyü zaman məhkəməyə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənədlər əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanına övladlığa götürmənin uşağın mənafeyinə uyğun olması barədə rəy təqdim edir. Uşağın ögey ata (ögey ana) tərəfindən övladlığa götürüldüyü hallarda bu cür rəy tələb olunmur.

Maddə 123. Valideynlərin razılığı olmadan övladlığa götürmə

123.1. Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət kecmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmuş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur.

123.2. Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.

Maddə 124. Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə qəyyumların (himayəcilərin), himayədar ailənin, uşaqların yerləşdiyi müəssisələrin rəhbərlərinin və uşaqların özlərinin razılığı

124.1. Qəyyumluqda (himayədə) olan uşaqların övladlığa götürülməsi üçün qəyyumların (himayəcilərin) yazılı razılığı olmalıdır.

124.2. Himayədar ailənin öhdəsində olan uşaqların övladlığa götürülməsi üçün onların himayədar valideynlərinin yazılı razılığı lazımdır.

124.3. Tərbiyə, mualicə, ailənin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşən uşaqların övladlığa götürülməsinə həmin müəssisələrin rəhbərləri yazılı razılıq verməlidirlər.

124.4. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq bu Məcəllənin 124.1—124.3-cü maddələrində göstərilən şəxslərin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər.

124.5. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir.

124.6. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götümək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər.

Maddə 125. Övladlığa götürülənin soyadının, adının və atasının adının dəyişdirilməsi

125.1. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır.

125.2. Övladlığa götürən ər-arvadın soyadları müxtəlif olduqda, onların razılığı ilə övladlığa götürülən uşağa ərin və ya arvadın soyadı verilir.

125.3. Övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı bu Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, yalnız onun razılığı ilə dəyişdirilə bilər.

125.4. Övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir.

Maddə 126. Övladlığa götürənlərin xahişi ilə övladlığa götürülənin doğulduğu yerin və tarixin dəyişdirilməsi

126.1. Övladlığa götürmənin gizli saxlanması üçün övladlığa götüənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər.

126.2. Övladlığa götürülmuş uşağın doğum tarixi uşaq 1 yaşına çatana qədər dəyişdirilə bilər.

126.3. Övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi məhkəmə qətnaməsində göstərilir.

Maddə 127. Övladlığa götürənlərin övladlığa götürülənin valideynləri kimi yazılması

127.1. Məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər.

127.2. Bu Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, övladlığa götürülən 10 yaşına çatmış uşaq barəsində bu cur qeydin yazılması üçün onun razılığı lazımdır.

127.3. Övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi barədə övladlığa götürmə haqında məhkəmə qətnaməsində göstərilir.

Maddə 128. Tərbiyəci öldükdə övladlığa götürmənin təsdiqi

Tərbiyəci öldükdə övladlığa götürmə faktı məhkəmə qaydasında müəyyən oluna bilər, yalnız o şərtlə ki, yetkinlik yaşına çatmayanlar ailədə doğma uşaq kimi qəbul edilsin, eləcə də övladlığa götürən sağlığında bu barədə məhkəməyə ərizə təqdim etmiş olsun.

Maddə 129. Valideynlərin ölümünə görə pensiya və ya muavinət hüququnun saxlanması Övladlığa götürülmə vaxtınadək ailə başcısını itirməyə görə pensiya, dövlət muavinəti almaq hüququna malik olan yetkinlik yaşına çatmayanlar bu hüququ övladlığa götürüldükdən sonra da saxlayırlar.

Maddə 130. Övladlığa götürmənin gizli saxlanması

130.1. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur.

130.2. Övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir.

130.3. Övladlığa göturənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

Maddə 131. Övladlığa götürmənin ləğv edilməsi

131.1. Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata kecirilir.

131.2. Övladlığa götürmənin ləğv olunması barədə işə qəyyumluq və himayə orqanının və müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır.

131.3. Məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir.

131.4. Məhkəmə övladlığa götürmənin ləğv olunması barədə qətnamə qüvvəyə mindikdən sonra 3 gün ərzində həmin qətnamədən çıxarışı övladlığa götürmənin dövlət qeydiyyatına alındığı ərazi uzrə müvafiq icra hakimiyyəti orqanına uşağın yaşadığı (olduğu) yer uzrə müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi hallarında eyni zamanda müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.

Maddə 132. Övladlığa götürmənin ləğv edilməsinin əsasları

132.1. Övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir:

132.1.1. övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə;

132.1.2. övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə;

132.1.3. övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə;

132.1.4. övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda.

132.2. Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər.

Maddə 133. Övladlığa götürmənin ləğv olunmasını tələb etmək hüququ olanlar

Övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri , uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.

Maddə 134. Övladlığa götürmənin və övladlığa götürmənin ləğv olunmasının hüquqi nəticələri

134.1. Övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar.

134.2. Övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər.

134.3. Uşaq övladlığa bir nəfər tərəfindən götürüldükdə əgər o, kişidirsə,—ananın arzusu ilə, əgər qadındırsa—atanın arzusu ilə, şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər.

134.4. Uşağın valideynlərindən biri öldükdə, əgər bunu onun mənafeyi tələb edirsə, ölmuş valideynin atasının və ya anasının (uşağın babasının və ya nənəsinin) xahişi ilə ölənin qohumlarına münasibətdə şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər. Ölən valideynin qohumlarının övladlığa götürülən uşaqla ünsiyyətdə olmaq hüququ bu Məcəllənin 62-ci maddəsinə uyğun həyata kecirilir.

134.5. Uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsində övladlığa götürülənin valideynlərindən biri və ya ölmuş valideynin qohumları ilə münasibətlərin saxlanması barədə qeyd olunur.

134.6. Bu Məcəllənin 128.1 və 128.2-ci maddələri ilə nəzərdə tutulmuş hüquqi nəticələri övladlığa götürən şəxslərin uşağın doğum haqqında akt qeydində onun valideynləri qismində yazılmasından asılı olmadan yaranır.

134.7. Məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın və övladlığa götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilir. Uşağın mənafeyi bunu tələb edərsə, onunla valideynləri (onun qohumları) arasında qarşılıqlı hüquq və vəzifələr bərpa olunur.

134.8. Övladlığa götürmə ləğv olunduqda, uşaq məhkəmənin qətnaməsi ilə valideynlərə qaytarılır.

134.9. Bu halda, uşağın valideynləri olmadıqda, yaxud uşağın valideynlərinə qaytarılması onun mənafeyinə ziddirsə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilir.

134.10. Məhkəmə uşağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanıb-saxlanılmamasını da həll edir.

134.11. 10 yaşı tamam olmuş uşağın adı və soyadı onun öz razılığı ilə dəyişdirilə bilər.

134.12. Məhkəmə uşağın mənafeyinə uyğun olaraq, bu Məcəllənin 76—78-ci maddələrində qeyd edilən vəsaitin keçmiş övladlığa götürəndən tutulub uşağa verilməsi haqqında qətnamə qəbul edə bilər.

134.13. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi ləğv edildikdə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının ərazisinə qaytarılması üçün tədbirlərin görülməsi və ya övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədilə övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) düvlətin səlahiyyətli orqanına məlumat verir. Azərbaycan Respublikasının ərazisinə qaytarılan uşaq bu Məcəllənin 114-116-cı (Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi- Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi) maddələrinə uyğun olaraq yenidən uçota alınır və müəyyən olunmuş qaydada yerləşdirilir.

Qeyd edim ki, bu xəbər silsilə şəklindədir, yəni mövzunu hissələrlə Sizin diqqətinizə çatriracağam.

Zəhmət olmasa, fikirlərinizi bildirin..

Səslərin sayı: 14
63
8711
loading...
Şərhlər
Offline
Hacət-i Vuslat
Qanunlar olsa da əməl edən var ki.O qədər get-gələ salırlar ki,valideyn olmaq arzusunda olanlar da arzularından əl çəkməli olurlar
22 noyabr 2014 18:19
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Aysel İ.
Övladlığa götürmək istəyən gəncləri çox incidirlər. Həm çox pul istəyirlər, həm də çox get-gələ salırlar. halubuki 18 yaşdan sonra həmin uşaqları küçəyə atırlar. Ondansa vermirlər ailəlrəd böyüsünlər.
16 noyabr 2014 23:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Рояна Акперова
qadin var dogub qapilara atir , qadin var illerle hekimlerde qalib ovlad ucun sad
23 fevral 2013 17:19
Offline
mira-kerim
Allah arzusunda olan hər kəsə övlad versin hec bunada ehtiayac qalmasin... girl_ang
17 fevral 2013 01:33
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Aysel İ.
Allah hər kəsə övlad nəsib etsin. Ancaq pis övladdan sa olmamagı yaxşıdır.O qədər atanı ananı çöləatan qocalar evinə atan dirnaq arası övladlar varki, bunlar olmasa yaxşıdır.
2 dekabr 2012 22:13
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
MMM
allah ovlad arzusunda olanlarin gozunu yolda qoymasin her evden korpe sesi gelsin AMIN insallah.
28 iyun 2012 23:24
Offline
a....
Allah haminin ozune nesib elesin, ovladini kuceler atan ana-atalarin da ureyine rehm qoysun Allah
28 iyun 2012 23:10
Offline
Flowers
Dariya,
imzandaki namazla bagli cumle superdi haaa... teşekurler bele gozel ifadeye goree...
23 oktyabr 2011 12:05
Offline
FEMIDA
Sitat: Semedova
twkr,maraqsiz geldi mene bilirsiz eger bize nese huququ bilmek lazim gelse acib konstitusiyani oxuyariq ya da internetde search vererik,onsuzki bunu oxumaga heckimde hovsele catmaz,twkr eziyyete gore...

cox saq olun. demeli o zaman oxumaqa, savad almaqa ehtiyac yoxdur..gozel secimdir.meslehetlerinizi saxlayin ozunuze. savad neden ibaret olduqunu anlayan sexsde hovsele hemise var. fellow sizde saq olun.


Sitat: Semedova
incimeyin ama men yazdimki oxumaga hovsele catmaz

Fatma xanim dunya gorusu genis olan xanimdir.Qeribedir, siz oz dediyiniz tekar yaza bilmirsiniz? fellow
Sitat: Ceyhune
Sitat: Semedova
twkr,maraqsiz geldi mene bilirsiz eger bize nese huququ bilmek lazim gelse acib konstitusiyani oxuyariq ya da internetde search vererik,onsuzki bunu oxumaga heckimde hovsele catmaz,twkr eziyyete gore...

buyurun xanim.diqqetle oxuyun. hami oz savadini sergileyir. mene soz demek size dusmez!!
22 iyul 2011 10:51
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
oksana
allah hammiya oz payini versin ve hec kimin gozu he4 kimde olmasin aminn,yoldasim huquqsunasdi hamisini laziminca bilir
19 iyul 2011 15:45
Offline
moocik
Sitat: musi123
Allah her kese ovlad nesib elesin

AMIN.VE OLARIN QEDRINI BILSINLER.UWAQLAR EVINE BURAXMASINLAR
18 iyul 2011 17:05
Offline
Aytən
men bu barede ele de cox sey deye bilmerem.amma bir onu deye bilerem ki,usaqi dunyaya goturen deyil,onun he rqaygisini ceken,ezizleyen ,yuxusuz qalan,ne bilime ona cani kimi baxandir ANA.gerisi yalandir
17 iyul 2011 19:44
Offline
Semedova
Fatma,
incimeyin ama men yazdimki oxumaga hovsele catmaz etiraf edinki bunu hec sizde menim fikrimce oxumamisiniz tam sekilde .. men demirem niye bu haqda xeber yazilib sadece lakonik sekilde catdirilsa daha maraqli olar butun maddeleri konstitusiyadan lazim gelse oyrenmek olar deye nezerde tutmusdum!
15 iyul 2011 17:09
Offline
musi
cox sag ol Allah her kese ovlad nesib elesin
15 iyul 2011 01:11
Offline
Fatma xanım
bakuji,
mənim qonşum xəstəxanada atıılmış qızı götürmək istədi dedilər gərək 1000 manat verəsən hara baş vurdu dedilər özünü yorma o pulu verməsən düzələn deyil yazıq qadın dedei o boyda pulu sizə verim bəs sonra uşağı nəylə saxlayım elədə götürə bilmədi
14 iyul 2011 10:08
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Bakuji
afa75,

haqlisniz, xeberdeki maddede yazildigi kimi ovladliga goturme sirri qanunla qorunur, ve bu sirri ovladliga goturenin raziligi olmadan yaymaq mesuliyyete sebeb olur, yani cezalandirilir.

Semedova,

meselenin qaldirilmasi oz-ozluyunde faydalidi, o baximdan zehmete tesekkur dushur.

Ama bir mesele ile raziyam ve hormetli huquqshunasimiza da fikrimi bildirmishem ki, bele xeberleri daha catimli sekilde hazirlamaqda fayda var, hercend ki, bu, daha cox vaxt ve zehmet teleb edir.
14 iyul 2011 02:11
Offline
lamie.75
kaş butun ovladlar ee hemise oz valideynlerinin yaninda qalardi
14 iyul 2011 01:37
Offline
Fatma xanım
Sitat: Semedova
heckimde hovsele catmaz,twkr eziyyete gore...

incimə amma öz adından yaz sağ olsun çox gözəl iş görür bunları yazmaqda
14 iyul 2011 00:08
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Semedova
twkr,maraqsiz geldi mene bilirsiz eger bize nese huququ bilmek lazim gelse acib konstitusiyani oxuyariq ya da internetde search vererik,onsuzki bunu oxumaga heckimde hovsele catmaz,twkr eziyyete gore...
14 iyul 2011 00:01
Offline
Afət
Allah bütün uşaqlara öz doğma valideynlərinin yanında boya-başa çatmağı qismət eləsin. Belə işlər onsuz da gizli qalmır. Vaxt olur mərdiməzarın biri çıxıb uşağa övladlıq olduğunu deyir. Və sonra o uşağın həyatı tamamilə dəyişir. Məndən olsa belə insanlar da cəzalandırılmalıdır. Çünki bir insanın həyatını alt-üst edirlər.
13 iyul 2011 23:26
imza: Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır