Bu gündən etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza" sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə bilərlər.
Milli.Az bildirir ki, bu barədə Trend-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Xatırladaq ki, bu yenilik "ASAN Viza" sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ASAN Viza" sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 21 iyun 2017-ci il tarixli 1482 saylı Fərmanının icrasının təmin edilməsi çərçivəsində aparılan işlərin nəticəsidir.
"ASAN Viza" sistemi Azərbaycan Respublikasının 2016-cı il 1 iyun tarixli 923 saylı "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 94 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.
Həmçinin "ASAN Viza" sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.
Qeyd edək ki, bu günə kimi "ASAN Viza" vasitəsilə 167.337 əcnəbi və vətəndaşlığı olmayan şəxsə elektron viza verilib.
XƏBƏR LENTİ
Onurğa sağlamlığı üçün boyun və çiyin məşqləri
"Yaşıl dəhliz" sistemindən istifadə qaydaları təsdiqləndi
Acundan Şeymaya daha bir TƏLƏB
Artıq maskalar rəsmlərdə
İş adamlarının həbsinə başlanıldı
Tərk edilən qadınların ortaq xüsusiyyətləri
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 65 yeni yoluxma faktı - RƏSMİ
Britni Spirs sənətdən gedir
Beyonse 3500 dollara köynək aldı - FOTO
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Kainat gözəlinə vasitəçilik təklif olundu
Bakıda ildə 78 gün hava yağıntılı olur
Dərimiz niyə quruyur?
Alimlər vegetarianlar üçün “ət” icad ediblər
Hamiləlik və təyyarə ilə uzaq səfər
Makedoniya prezidenti gəlir
İnternetdə ən çox axtarılan söz açıqlandı
Bakıda qanunsuz tikililər ləğv ediləcək!
Bakı bulvarında inanılmaz görüntülər - Minlərlə balıq sahilə çıxdı - VİDEO
Ən faydalı göyərti seçildi
Bakı metrosunda sıxlıq yarandı
Sevinc və güc hərəkətdədir
Fendən istifadə edərkən yol verilən səhvlər
Saç düzümləri
Bazarlar yoxlanılacaq
Emin Sabitoğlunun ad günüdür
Dünyanın ən varlı adamı məlum oldu
Koronavirus təhlükəsi nə zaman sovuşacaq? - Epidemioloq açıqladı
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Bu şəhərlərin sakinləri zənglə evdən çıxa biləcəklər
Şəhid Milli Qəhrəmanın atası: “Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb” - VİDEO
Məşhur aktrisa tənqid hədəfi oldu-SƏBƏB/FOTO
Alkoqolsuz içkilərlə bağlı həyəcan
Balıq bazarında - QİYMƏTLƏR
Teatrımıza böyük xidmətlər göstərmiş şəxs - Şəmsi Bədəlbəyli
Qara məkanın qara bəxti: indi nə olacaq?
Ahmet Kural onunla EVLƏNİR-FOTO
Müəllimlərin maaşı 20% artırıldı
Azərbaycanda Müasir Azərbaycan Peşəkarları Layihəsi uğurla həyata keçirilir
Məşhur futbolçu COVID-19-a yoluxdu
200 il əvvəl ölən, amma hələ də YAŞAYAN RAHİB
Günün ulduz falı
Bu il əhya gecələri nə vaxta düşür?
Boşanmaya aparan kiçik problemlər
Sirli xəstəlik: kənd ayıla bilmir
Günün ulduz falı
Livan prezidenti Beyrutdakı partlayışın üç əsas versiyasını açıqladı
Körpə olduğumuz dövrü niyə xatırlamırıq?
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb