Tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir. Bu baxımdan dünyanın müxtəlif ölkələrində həmin təbəqəyə dəyər verilir və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, qonşu Türkiyədə təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər var. Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda məktəbli və tələbələr üçün, heç olmasa, ictimai nəqliyyatın pulsuz olması yükü bir qədər azalda bilər. Bəs Azərbaycanda tələbələr üçün hansısa güzəşt nəzərədə tutulubmu?
Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda tələbələr üçün güzəşt kartı var. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən danışıqlar aparılır:
"Bilirsiniz ki, mən həm də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədriyəm. Bizim işimiz mütəmadi olaraq tələbə məsələləri, tələbələrin asudə vaxtının saəmərəli təşkili, onların qarşısına çıxacaq problemlərin həlli istiqamətində fəaliyyət göstərməkdir. O cümlədən tələbələr üçün müxtəlif layihələr həyata keçiririk. Buna görə biz ölkədə fəaliyyət göstərən bir sıra rəsmi qurumlar, özəl şirkətlərlə əməkdaşlıq edirik.
Tələbələrə güzəştlə bağlı məsələlərə gəldikdə bunun xaricdə ən geniş yayılmış növü tələbə kartlarıdır. Xaricdə olan tələbələr bu kartdan istifadə edərək uzunmüddətli endirim əldə edirlər. Azərbaycanda 2015-ci ilin aprel ayında bir qrup gəncin ölkə prezidenti ilə görüşü olmuşdu. Həmin görüşdə tələbə endirim kartlarının təklifi verilmişdi.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən bütün tələbələrə dövlət hesabına tələbə endirim kartları paylanıldı. Bu kartlar özündə müxtəlif məkanlarda endirimləri birləşdirdi. Endirimlər təqribən 5 faizdən 50 faizə qədər idi. Layihənin tərəfdaları Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı idi. Qeyd etmək istəyirəm ki, layihə həm də beynəlxalq xarakter daşıyır. Bu layihədə Avropa Gənclər Kartı Assossasiyasının (EYCA) loqosu vasitəsilə Azərbaycan tələbə kartından ölkə ilə yanaşı, Avropada da istifadə etmək mümkündür".
Ş.İsmayılov qeyd edib ki, artıq 10 minə yaxın tələbəyə Azərbaycan tələbə kartı paylanılıb: "Ötən il tələbə kartının yeni dizaynının təqdimatını həyat keçirdik. Həmin vaxtdan bu yana bizə artıq 20 minə yaxın müraciət daxil olub. Həmin müraciətlərə əsasən, 10 minə yaxın kart hazırlanıb tələbələrə paylanılıb. Sentyabrdan kartların tələbələrə verilməsinin yeni mərhələsi başlayacaq. Kartın yenilənmiş versiyasında biz tələbələrin daha çox üz tutacağı məkanları onlar arasında keçirdiyimiz sorğu əsasında müəyyənləşdirdik. Bu məkanlarla müqavilələr bağladıq. O cümlədən "Azərbaycan Tələbə Kartı" layihəsi çərçivəsində tələbələrə "Azərfon" şirkəti tərəfindən verilən "Nar" nömrələri də təqdim edilir. Bu davamlı prosesdir və sentyabrdan etibarən məkanların siyahısını genişləndirməyi düşünürük. Həmçinin, yarana biləcək texniki məsələlərin həlli istiqamətində fəaliyyət göstərəcəyik. Hazırda bir sıra qurumlarla danışıqlar gedir".
Deputat bildirib ki, bu istiqamətdə ciddi işlər görülür: "Biz artıq bir neçə müddətdir ki, bu məsələ üzərində ciddi şəkildə danışıqlar aparırıq. Həm hava nəqliyyatı, həm avtobusla sərnişindaşıma şirkətləri, həm də digər nəqliyyat qurumları ilə danışıqlarımız başlayacaq. Əlbəttə, burada Tarif Şurasının mövqeyi vacibdir. Bu barədə biz rəsmi müraciətimizi edəcəyik. O cümlədən Bakı Nəqliyyat Agentliyi ilə də danışıqlar olub. Yəqin ki, bu yaxınlarda nəticə olacaq".
XƏBƏR LENTİ
Körpəniz də musiqi dinləsin
Hovuzdakı mikroblardan qorunmağın yolları
Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?
E vitamini hansı qidalarda var?
Müəllimlərin nəzərinə: Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı
O, yeni fenomendir
McDonaldsa şok! Filiallar bağlanır
Sinoptiklərdən xəbərdarlıq: hava çönəcək
İran "soyqırımı" inkar etdi
Psixoloqların NƏZƏRİNƏ: Dekabr ayında...
Hələ bu cür ad olmamışdı-FOTO
Moda şousu dağlarda, körpü üzərində oldu
Sabah hava necə olacaq?
Daxilimizdəki dünyalar
Suyun sirləri
Mavi almaz rekord qiymətə satışda
Uşaq otaqları üçün saatlar
Rusiyanın məşhur verilişi Bakıda çəkildi
Məşhur fiziklə bağlı ilginc iddia: “Əslində, o, 30 il əvvəl ölüb ...” - FOTOLAR
Siqaret və spirtli içkinin arıqlamaq istəyənlərə ziyanı.
Corabla yatmağın ziyanları
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlamasına 500 gün qalıb
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb - FOTO
Vintage stildə geyimlər
COVİD-19 testlərinin cavabı e-təbib vasitəsilə açıqlanacaq - TƏBİB
Lavaş içi salat (foto resept)
Qaz olmayacaq - SİYAHI
Bakıda güclü partlayış
Mart ayının qalibləri!
Ərdoğan ağlatdı
Hər kəs bu cütlükdən danışır-FOTO
Şokoladlı albalı(foto resept)
ANAMA-nın əməkdaşı işğaldan azad edilmiş rayonda minaya düşdü - RƏSMİ
Yuxusuzluq da stresə səbəb olur
Yeni texnologiyalar dövrü gəlir
Culia Robertsdən yay fotosessiyası
Cavan olmam bir də mən?
Ölkədaxili Qatar Biletləri ilə bağlı YENİLİK- Bu gündən...
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Küveytdə silsilə tədbirlər keçirilir
Məşhur modelin görüntüsü izləyiciləri heyran qoydu - FOTO
Baş ağrıları ilə həkimə gəldi: Beynindən Qurd Çıxdı-FOTO
Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA
Bananlı tort (foto resept)
Beyni necə sakitləşdirmək olar?
Model 1,5 milyon dollarlıq hədiyyəsini paylaşdı-FOTO
Saç kəpəyinin yaranma səbəbi (2)
Koronavirus insanı belə öldürür: ABŞ alimlərinin əldə etdiyi - Şok video
Yeni sosial şəbəkə yaradıldı
Qeyri-adi qab-qacaqlar