Milli.Az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. Onun sözlərinə görə, hazırda ölkədə suçiçəyinə yoluxma halı azalıb.
Suçiçəyi xəstəliyinin 2 il ardıcıl alovlanmasının səbəbini açıqlayan N.Quliyev qeyd edib ki, Azərbaycanda bu xəstəliyə görə vaksinasiya tətbiq olunmadığından xəstəliyin 3, 4 ildən bir geniş yayılması müşahidə olunur:
"Bu gün 3-5 yaşlı uşaqlar suçiçəyinə yoluxublarsa, 1-2 yaşlı uşaqlar bu xəstəlikdən kənarda qalırlar. 1-2 yaşlı uşaqlar da böyüyüb həmin yaş dövrünə, yəni ən həssas yaşa çatana qədər xəstəliyə az rast gəlinir. Ondan sonra yenidən alovlanma baş verir. Xəstəlik keçirən uşaqlarda daimi immunitet yarandığına görə epidemiyadan sonrakı bir neçə il ərzində bu xəstəliyi müşahidə etmirik. Amma xəstəlikdən kənarda qalan uşaqların sayı artıqda, onlar xəstə uşaqlarla təmasda olduqda, yəni üç, dörd ildən bir yenə belə alovlanma müşahidə olunur və bu, sonra ötüb keçir. Bu il də, demək olar ki, xəstəlik keçirməyən, xüsusilə məktəbəqədər və məktəbyaşlı uşaqlar suçiçəyi xəstəliyini keçirdilər. İndi gözləyirik ki, xəstəliklə bağlı arada müəyyən müddət fasilə olacaq".
N.Quliyev deyib ki, bu il ərzində Azərbaycanda suçiçəyindən ölüm hadisəsi və ağır fəsadlaşma qeydə alınmayıb.
Fəsadlaşmanın baş verməməsi üçün uşağın həkim nəzarətində olmasını vacib sayan baş pediatr valideynlərə bəzi tövsiyələrini də verib:
"Suçiçəyi "herpes zoster" viusu tərəfindən törədilir. Suçiçəyi, qızılca, məxmərəyin yoluxma indeksi çox yüksəkdir. Bu, bəzən 95-100-dək olur. Suçiçəyinin müalicəsi yoxdur, amma valideynlərə tövsiyəmiz odur ki, xəstəlik baş verdikdə fəsadlaşmanın olmaması üçün müəyyən qaydalara riayət etsinlər, simptomatik müalicə aparılsın və uşaqlar həkim nəzarətində olsunlar. Valideynlər xəstəliyin ilkin əlamətini - səpki görən kimi həkimə müraciət etməlidirlər".
N.Quliyev yaşından asılı olmayaraq, hər bir şəxsin ömrünün sonuna kimi mütləq qaydada suçiçəyi xəstəliyinin keçirəcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib.
O deyib ki, insan ömrünün sonuna qədər bu xəstəliyə yoluxa da bilər, yoluxmaya da: "İnsan orqanizmində suçiçəyi xəstəliyinə qarşı xüsusi immun cisimləri yaranmayıbsa, o, xəstələnə bilər. Amma kimdəsə o immun cisimlər formalaşıbsa, xəstə ilə nə qədər təmasda olsa da, xəstələnmir. Onun qandakı qoruyucu faktoru - spesifik, zülal tərkibli immunoqlobinlər virusu, obrazlı desək, tanıyırlar. Həmin virus qanda görünən kimi onlar hücuma keçirlər və virusu tanıdıqları üçün onu məhv edirlər. Ona görə də vüruslar artıb çoxala bilmir və ölürlər".
N.Quliyev əlavə edib ki, suçiçəyi xəstəliyi keçirən şəxsin 2-ci dəfə bu xəstəliyi keçirməsi də çox nadir hallarda ola bilər.
Onun sözlərinə görə, suçiçəyi keçirən insanın orqanizmində virusa qarşı daimi olaraq immunitet əmələ gəlir: "Amma hər kəs bilməlidir ki, istər peyvənddən, istərsə də keçirilən xəstəlikdən 5 il ötdükdən sonra peyvənd, qoruyucu faktorların qanda konsentrasiyasının miqdarı getdikcə azalmağa və yavaş-yavaş həssaslıq görünməyə başlayır. Ona görə də bəzi ölkələr təklif edilər ki, bütün peyvəndlər hər 10 ildən bir təkrar olunsun".
XƏBƏR LENTİ
Azərbaycanda tədrisin dayandırılması müddəti uzadıldı - RƏSMİ
Ən qənaətcil superkompüter odur
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...”
Xüsusi xidmət orqanları bizi necə dinləyir...
Komitə sədri marketlərdəki çörək davasından DANIŞDI
Azərbaycan tarixindən yüz şəxsiyyət-80
Bahalı geyimlərin zərərləri nədir?
"Simpsonlar"ın taleyi necə olacaq?
Tibbin qorxunc tarixi - FOTOSESSİYA
Bunları görmüşdünüz?
Dünyanın ən gözəl qadınının sirləri
Hindistanda inəyə tələbə vəsiqəsi verildi
Çin yeni tipli raket sınaqdan keçirib
Məryəm Üzerli 2 milyonluq müqavilə imzaladı
Antarktida buzlaqlarında sirli gəmi aşkar edilib - VİDEO
Cennifer Lopez gözəlliyi ilə heyran etdi-FOTO
Azərbaycanda dekabr ayının hava proqnozu açıqlandı
Azərbaycan dili - XII dərs
Apple-in əfsanəsi yalan çıxdı
Günün ulduz falı
HAVA necə olacaq?
Soğanın faydaları
4 ayaqlı və 4 əlli doğulmuş uşaq əməliyyat edildi - Foto.
Baş Prokurorluqdan terrorizm əleyhinə bir neçə dildə maarifləndirici VİDEO
Günün ulduz falı
Bakıda ən çox COVID-19-a yoluxma bu rayondadır - AÇIQLAMA
Yaz aylarında da bitki çayları için
Prezidentlər görüşür
Hamiləlik dövründə xəyanət qorxusu ilə necə mübarizə aparmalı?
Varlılarla yoxsullar arasındakı 10 fərq
"Dostum, öz aramızdır, xeyli küyə getmişik!"
Hakim bizi məyus etdi
Qadınlar haqqında 10 unudulmaz AFORİZM
Uşaqlarımıza davranış dəyişikliyini necə qazandıra bilərik?
ATƏT yenə narahatdır
Xırdaçılıq və onun fəsadları
Qara rəngli ziyafət donları
“Balu”nun şirniyyatlarını almayın - FOTO
Ruhani: “Ərdoğanın şeiri İrana qarşı yönəlməyib”
Ev tikərkən diqqətli olun!
Saç boyanızı bəyənmədiniz?
Qurban bayramında neçə gün iş olmayacaq?
Qarabağda sülhə hazırlıq
Bakıda dollar ajiotajı
2050-ci ilə qədər dünya əhalisinin... - ŞOK STATİSTİKA
TQDK-dan müraciət
Fərhad Göçer qadınlara dəstək oldu
Bu turist ailəsindən minlərlə şikayət var-SƏBƏB-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Qadin.Netin sevimli simaları (4-cü hissə)