Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9967 AZN

Çiyələk souslu keks (foto resept)

 

Tərkibi:

3 ədəd yumurta

Yarım stəkan şəkər

1 stəkan süd

3 y/q qatıq

1 paket marqarin

Yarım paket kərə yağı

2 armudu stəkan şəkər pudrası

1 y/q nişasta

1 kasa çiyələk

1 paket ağ şokolad

 

Hazırlanması:

Çiyələkləri blenderdən keçirib püre halına gətirin. Daha sonra üzərinə nişasta əlavə edərək qaynadın. Azca qaynadıqdan sonra altını söndürün.

 

Çiyələk souslu keks (foto resept)

 

 

Keks xəmiri üçün yumurtaları və şəkəri yaxşıca qarışdırın. Sonra sıra ilə şəkər pudrası, marqarin, kərə yağı, süd və qatığı əlavə edib keks xəmiri halına gətirirn.

 

Çiyələk souslu keks (foto resept)

 

 

Hazırladığımız keksi 180 dərəcədə bişirin. Bişdikdən sonra sobadan götürüb taxta qaşığın arxası ilə üzərində dəliklər açın. Açılan bu dəliklərdən hazırladığınız sousu əlavə edin.  

 

Çiyələk souslu keks (foto resept)

 

 

Sonra keksi soyuması üçün kənara qoyun. Soyuduqdan sonra keksi qəlibddən çıxardıb tərs çevirin. Ağ şokoladlı kremin  içində əridin və üzərinə əlavə edin. 

 

Çiyələk souslu keks (foto resept)

 

 

Nuş olsun!

Səslərin sayı: 0
0
636
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!