Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0865 AZN
13:11Surayye Her kese salam/ Sima-Peri Qizlar burdayam 10:12Xəyalə Murad SabahInız xeyirli, gününüz uğurlu olsun))
38086

Beynimizdəki redaktor

 

 

Beynimizdəki redaktor

Bu sətirləri oxumağa başladığınız an beyninizin bir yerində oturan redaktor fəaliyyətə keçdi. Əslinə başlığı oxuduğunuz an işə başlamışdır, " Dur bir dəqiqə; bu mövzu bizimlə bağlı ola bilər." kimi sözlər deyərək sizi buralara qədər gətirmiş olmalı, yoxsa bura qədər belə oxumazdınız.

Beynimizin əsas vəzifələrindən biri də bizim bu fani dünyadakı məhdud zamanımızda işimizi asanlaşdırmaq, bizə vaxt qazandırmaqdır. Buna da xüsusilə "sol" yarımkürədə yerləşən "tanıma və təsir etmə" sistemi ilə edir. Bu sistem, həyat boyu zehninizə həkk olunmuş müəyyən yazıların hökm etdiyi yerdir. Məsələn, saqqalı belə olan "bu cürdür", bu kəliməni istifadə etdiyinə görə "belədir", kişidirsə "elədir", qadınsa "belədir, bu şəkildədirsə "gözəl", digər şəkildədirsə "çirkin" kimi etiketləri heç fərqində olmadan yapışdırıb keçərsiniz. Beyindəki bu bölgə hər məsələn üstündə boş-boşuna düşünüb dəyərli enerjimizi xərcləməyək deyə, hər dəqiqə işlək vəziyyətdədir. Böyük ehtimalla atalarımızın həyatını xilas etdiyi vaxtlar olmuşdur. Meşənin dərinliyində xəyal kimi görünən kölgənin dost yoxsa düşmən, yırtıcı heyvan olduğunu saniyə kəsrləri içində anlayıb, buna uyğun hərəkət planı quran bölgədir. Bu gün, modern və qarmaqarışıq həyatımızda təbii mühitdəki üstünlüklər, qeyri-üstünlüyə çevrilə bilir.


"İndi dərgi oxuma, get biraz əylən, həyat qısa!"

Məsələn, bu yazını oxumadan keçən bir çox insanın, burda olmadığından əmin şəkildə danışa bilirəm, beyinlərindəki redaktor " Başlıqda beyin-meyin var, bizi sıxar bunlar." kimi bir etiketi avtomatik olaraq yapışdırdığı üçün, yazının bu qisminə çata bilmədilər. Hətta bir çox insan " İndi dərgi oxuma, get biraz əylən, həyat qısa!" deyən redaktorlarına boyun əyərək indi bir yerdə günlərini gün edirlər. Buraya qədər oxumağa davam edən dostların bir qisminin beyinlərinin bir yerində "beyin-elm" mövzularının maraqlı olduğuna dair bir neçə yazı olduğu üçün, hələ də bizimlə olma ehtimalları yüksəkdir. Çox az qismi isə, beynindəki redaktoru "öyrənmə əzmi" ilə bir müddətlik təsirsiz hala salmış olduqlarından, bu hissələri filtrsiz oxuyub, zövq alırlar.. Nə xoş onlara"

 

Beynimizdəki redaktor

Sağ və sol beyin

Sağ və sol beyin haqqında eşitmisiniz. Hər nə qədər bu haqda bir məqalələr, xəbərlər verilsə də, müasir sinir elminin əsas mövzularından sayılır. Sadəcə elmi olaraq deyil, gündəlik həyatımızda da bir çox vacib detalları olan mövzudur. Çox adamın sol beyni avtomatik və düşünmədən edilən vəzifələrdə, hərəkətlərdə, qəlib düşüncələrdə və suallara cavab vermə kimi işlərdə ustadır. Məsələn, yazı yazarkən çox adamın sağ əlini istifadə etməsi bundan qaynaqlanır. Bəs sağ tərəf? O iş biraz qarışıqdır: bir şeyi olduğu kimi qavramaq lazım olanda, münasibətləri və sətiraltı ifadələri başa düşməyə ehtiyac olanda sağ beyin işləməyə başlayır. Amma biri olmadan digəri həmişə zəifdir, şikəstdir...


Biraz musiqi, biraz ədəbiyyat, biraz hüzün....

İndi düşünək: İllərlə içində çırpınıb durduğumuz bu "təhsil sistemi" bizə nələr edir? O dörd künc siniflərdə, çoxdan seçilmiş imtahanlarla, alqoritm və əzbərlərlə dolu bir sistem ancaq sol beynimizin öhdəsindən gələcəyi bir əziyyətdir bizim üçün.. Beyindəki mərkəzlər işlədikcə inkişaf etdiyindən, illərlə davam edən bu sistem nəticəsində çoxunun sol beyni xeyli inkişaf edib. Bu səbəbdən " redaktor"umuzda xeyli güclüdür. Adətən günlük həyatda biz göz açdırmır. Halbuki sənətlə, ədəbiyyatla, fəlsəfə ilə məşğul olan "uyğunlaşmayan" beyinlərdə vəziyyət xeyli fərqlidir. Bu işlərdə sağ-sol demədən bütün mərkəzlərin işə qarışması vacibdir.

Nəticədə bunlardan danışarkən yuxulayan, yazılanı oxumağa ərinənlərə əsəbləşməyin. Onlar da hamı kimi sol beyin mədəniyyətinin qurbanıdırlar. Amma biraz musiqi, biraz ədəbiyyat, biraz kədər, hər yaşda çox şeyi dəyişdirə bilir.

 

Mənbə: NBeyin 

Tərcümə edən: Aida Ustaclı

 

Səslərin sayı: 0
1
361
loading...
Şərhlər
Offline
Luna
Maraqlı xəbərdir
29 avqust 2017 07:35
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır