Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9967 AZN

Ruhunu öpüm ay ana (şeir)

 

 

Ruhunu öpüm ay ana (şeir)

 

 

Bu gecə yuxuma gəlmisən yenə,

Gəlmisən qızına sən baş çəkməyə,

Uzatdım əlimi toxunum sənə,

Uzaqsan...

yaxınlaş bir az yanıma,

İzin ver ruhunu öpüm, ay ana.

 

***

Nə vaxtdır gözümü yolda qoymusan,

Bəlkədə qızından artıq doymusan,

Kədər marağıma gələn toymusan?

Dodağım toxunmur gül yanağına,

İzin ver ruhunu öpüm, ay ana.

 

 

Ruhunu öpüm ay ana (şeir)

 

a

***

Səsin qulağıma süzülsün yenə,

Xoşbəxtlik qapıma düzülsün yenə,

Nazlanım, dodağım büzülsün yenə,

Sən yoxsan,

Qalmışam bax, yana-yana,

İzin ver ruhunu öpüm, ay ana.

 

***

İçimdə nə qədər sözüm var yenə,

Səndən yaxın sirdaş yox imiş demə,

Gedərkən qoy mən də qoşulum sənə,

Sığını əbədi qoy qucağına,

İzin ver ruhunu öpüm, ay ana.

Fərqanə Yusifqızı

Səslərin sayı: 0
0
605
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!