Yəqin ki, çoxlarınız belə halla rastlaşmısınız, alış-verişə gedərkən nəzərdə tutduqlarımızdan daha çox şey almısınız. Xüsusilə də ərzaq məhsulları aldığınız zaman. Bunun hansı səbəbdən baş verməsini düşünüb təhlil etsək yalnız bir qənaətə gələ bilərik, marketoloqların peşəkarlığı və sözün yaxşı mənasında ağıllı hiyləgərlikləri. Məhz bunların nəticəsində şəhərimizdə günü-gündən artan supermarketlərin "cazibə" qüvvəsindən çıxa bilmirik.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ilk növbədə supermarketlərin yaraşıqlı və zövqlə bəzədilən, rəngləri ilə göz oxşayan, fəsillərə uyğun, qışda isti, yayda sərin temperaturda olan satış zalları alıcının bu məkanda özünü rahat hiss etməsi üçün gözəl şərait yaradır. Digər tərəfdən isə satıcıların gülər üzü, verilən suallara yerli-yataqlı mehriban cavabları alış-verişə gələnlərin bir az da səxavətli olmasına, pul xərcləməsinə könüllü zəmin yaradır.
Supermarketlərdə müxtəlif aksiyaların keçirilməsi, endirimlər, rəngli, nəzərəçarpacaq lövhələrdə endirim qiymətlərinin əks olunması isə alver "ehtirasını" bir az da gücləndirir.
Əgər diqqət yetirmisinizsə, gündəlik zəruri olan ərzaq məhsulları, məsələn çörək, yaxud süd məhsulları marketin cox da gözə görünməyən yerlərində olur. Belə ki, bu məhsulları vitrinlərdən götürmək üçün alıcı marketdə bir dövrə vurmalı olur. Alıcının əli çörəyə çatana kimi vitrinlərə zövqlə düşülmüş ərzaq məhsulları onun diqqətini cəlb edir və alınması həmin gün üçün nəzərdə tutulmamış ərzaqlar da qeyri-ixtiyari səbətə qoyulur.
Supermarketlərdə ət və ət məhsulları üstü şüşəli, adətən ağ rəngdə olan xüsusi işıqlandırılmlş soyuducu vitrinlərdə təqdim olunur. Burada ağ rəngin və işıqlandırmanın olması heç də təsadüfi deyil. Çünki belə vitrinlərdə ət məhsulları daha təzə və xoşagəlimli rəngdə görünür ki, bu da alıcının diqqətindən yayınmır.
Alıcıların daha çox alver etməsi üçün marketoloqlar mümkün olan bütün fəndlərdən istifadə edirlər. Məsələn, pivələr düzülmüş vitrinlərin yanında hisə verilmiş balıq, quru pendir, xırda duzlu suxarilər və s. qoyulur. Alıcı bunu marketoloqun hiyləsi kimi yox, öz istəyi kimi qəbul edir və təbii sayır ki, əgər pivə alırsa hökmən balıq və ya quru pendir də almalıdır. Yaxud başqa bir misal. Qablaşdırılmış peçenyae və bu kimi ərzaq məhsullarının yanına müxtəlif şirələr və limonadlar düzülür. Bu uyğunluqdan da alıcı yan keçə bilmir.
Bir çox supermarketlərdə ətirli və insan iştəhasına birbaşa təsir edən ərzaq məhsulları satış zalının giriş hissəsində olur. Xüsusilə, işdən sonra alverə gələn insanların mexaniki olaraq diqqəti bu məhsullara hakim kəsilir. Yeməyə tələbatı olan və aclıq hissi keçirən alıcı sobadan yenicə çıxmış ətirli və isti bulkalardan, pirojnalardan vaz keçə bilmir.
Satış zallarında həmçinin meyvə və tərəvəzlər də ən gözəgəlimli yerdə təqdim olunur. Supermarketə gələn alıcının gözü meyvə-tərəvəzə sataşan kimi bu qida məhsullarının orqanizm üçün faydalarını yada salır və onlardan nə isə almağa qərar verir. Halbuki həmin alıcı bu mənzərəni görməsəydi, bu faydalar haqqında bəlkə də düşünməzdi.
Supermarketlərin qiymət siyasətində də diqqəti cəlb edən bir məqam var. Məsələn, 10 manat yuvarlaq vahid kimi alıcıya çox görünə bilər. Amma qiymət 9.99 olanda bu sanki qiymətin ucuz olması təəssüratını yaradır. Xüsusilə də 9 böyük 99 kiçik yazılanda bu fərq alıcıya bütöv 10 manatdan xeyli ucuz görünür. Bəlkə də belə qiymət siyasətinin başqa mənası da var. Amma hər halda alıcıya təsiri qeyd etdiyimiz kimidir.
Supermarketlərdə insanları daha çox alış-veriş etməyə sövq edən məsələlərdən biri də alıcıların ixtiyarına verilən səbət-arabalardır. Ticarət mərkəzlərində olan belə arabalar 1938-ci ildən peyda olub. Həmin dövrdən hazırkı vaxta qədər bu arabaların tutumu düz iki dəfə artırılıb. Bu səbət-arabaların həcmi 4-5 nəfərlik ailənin "istehlak səbəti"ndən çox böyükdür. Əgər alıcı alver zamanı bu arabanın yarısını doldurursa ona elə gəlir ki, etdiyi bazarlıq yarımçıqdır, tam deyil. Bunun nəticəsində də nəyi isə almağı unutduğunu düşünən alıcı supermarketdə daha bir dövrə vurmağı lazım bilir. Əgər nəzərə alsaq ki, bir çox arabalarda körpə uşaqların gəzdirilməsi üçün də xüsusi yer düzəldilib, onda alıcı öz alverini daha arxayın edir.
Supermarketlərdə satışa qoyulan malların qarşısından tələsik keçməmək üçün isə daha bir "ağıllı" ideya düşünülüb. Alıcı istəsə də, vitrinlərin qarşısından tələsik keçə bilməz. Çünki bir çox supermarketlərin satış zallarının döşəməsindəki daşların arasında məsamələr elə qoyulur ki, arabaların sürətli hərəkətlərinə maneçilik törədir və elə bunun nəticəsində də alıcı məcburi olaraq vitrinlərdə olan məhsullara daha çox diqqət yetirmək vaxtına və imkanına malik olur.
Arabasını dolduran alıcı ödəniş etdiyi zaman da supermarketin "cazibə" qüvvəsindən çıxa bilmir. Kassanın böyür-başında quraşdırılmış rəflərə o qədər xırda-xuruş düzülür ki, alıcı növbəsini gözləyərkən vaxtını bekar sərf etməmək üçün bu saysız-hesabsız çeşidlərdən seçim etməyə başlayır.
Nəhayət supermarketi tərk edən alıcı evə catıb cibinə nəzər yetirəndə görür ki, həminki gün üçün xərcləməyi nəzərdə tutduğu puldan ikiqat artıq pul xərcləyib.
Budur supermarketlərin "cazibə" qüvvəsi və bu dünyanın hər yerində belədir.
XƏBƏR LENTİ
Putindən ŞOK XƏBƏRDARLIQ: Böyük bəlaya hazır olun
Bürclərin mənfi xüsusiyyətləri
Azərbaycanın bəzi ərazilərinə giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Məşhur hind aktyorlarının bu günü
Yerə potensial təhlükəli asteroid yaxınlaşır
Yaddaşı gücləndirən qidalar
Vanqanın 2018-ci il üçün proqnozu DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO
Merve Boluğur depressiyadan çıxdı-FOTO
XƏBƏRDARLIQ: Yumurtanı belə yeməyin... - FOTOLAR
Məşhur müğənni itinin ayı balası olduğunu öyrəndi-FOTO/VİDEO
Yüksək təzyiqin zərərləri nədir?
Qaçış - gözəllik və həyat hərəkətdədir...
İdman zalında çəkilən qəribə şəkillər
Kişilərə qızıl bəzək əşyalarının haram edilməsinin səbəbi nədir?
Qatil olmaq istəyirsinizmi?
Xankəndidə humanitar mərkəz yaradılır
Pazllar ("Yusifin dünyası")
2014-cü ilin bahar ətirləri
Zərərli qidalar
Belçikada güclü yağış və daşqın baş verib, ölənlər var
Koşta, Mata və Torres Avropa çempionatından kənarda qaldı
Azərbaycanda ipoteka qaydaları dəyişəcək
Duzdan dərman düzəldin
Qozlu çörək (foto resept)
Məşhur reper HƏBS EDİLDİ-SƏBƏB
Uşağınızın sizi sevdiyini göstərən 7 işarə
Su pulu QALXDI
Dişlərinizi onunla qoruyun !
Azərbaycan filmləri Banqladeşdə
Bakıda qida yoxlamağın yeni yolu
Eynşteynin “xoşbəxtlik formulları” şok qiymətə satıldı
Can Yaman Burak Özçivitə söz atdı
Ədviyyatlar haqqında bilmədiklərimiz
GUAM PA Bürosu iki sənəd layihəsini təsdiqlədi
Qat-qat xəmirdən içlikli bükmə (foto resept)
Seçki məntəqələrində təcili tibbi yardım briqadaları fəaliyyət göstərəcək
Can Yaman haqqında şok iddia
Çiyələk mürəbbəsi (foto resept)
Kivi mürəbbəsi (foto-resept)
3D şəkillər
Müge Boz ana oldu-FOTO
Maraqlı evlənmə təklifi
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri
Kəlbəcər girovu: "Anam üçün çox darıxmışam"
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Xaçmazlı idmançı Avropa çempionatının qalibi oldu
“Ermənilər rahat dayanmır”
Kiçik xalçaların toxunma qaydası (Video)
Yaşıl meydanda daha bir ölüm
Priyanka Çopranın toyu 4 gündür ki davam edir-FOTO
- ŞƏRHLƏR