Talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün diş ətindən biopsiya götürüləcək.
Qadin.Net xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu yeniliyə Azərbaycan Tibb Universitetinin (ATU) Histologiya və Stomatologiya kafedralarının mütəxəssisləri nail olublar. Mütəxəssislər talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsinin diş ətindən götürülmüş biopsiya ilə tədqiqinin mümkünlüyünü müəyyən ediblər.
ATU-nun Histologiya kafedrasının müdiri, professor E.Qasımov bunun irsi xəstəlik olduğunu və oksigeni bədənin bütün hissələrinə çatdıran hemoqlobin zülalının sintezinin pozulması nəticəsində baş verdiyini bildirib. Belə xəstələrdə qan azlığı olduğundan onlara bəzən ilk yaşlarındən başlayaraq qan köçürülür. Nəticədə onların bədənində ağır fəsadlara səbəb olan dəmir toplanması müşahidə oluna bilər.
Bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün bütün dünyada əksərən qaraciyərdən, bəzən isə ürəkdən kiçik ölçülü tikələr (biopsiya üsulu ilə) götürülüb tədqiq olunur. Qaraciyərdən və ürəkdən tikələrin götürülməsi xeyli mürəkkəb proses olmaqla yanaşı, xəstələrin həyatı üçün də əlavə problemlər yarada bilir. ATU-nun mütəxəssisləri artıq bunu daha problemsiz üsulla müəyənləşdirməyə nail olublar.
Alimin sözlərinə görə, bədəndə olan dəmirin artığı normada ferritin adlanan zülalın tərkibinə daxil edildiyindən, onun toksiki təsiri aradan qaldırılır:
"Orqanizmdə dəmir azlığı olanda isə ferritinin tərkibində olan dəmir ionları xaric edilərək istifadə olunur. Ancaq dəmirin miqdarı lap çox olanda ferritin molekulları öz quruluşlarını itirərək bir-biriləri ilə birləşib hemosiderinə çevrilir. Tam olaraq dəqiqləşdirilib ki, ferritin molekullarını ancaq elektron mikroskopun 100 000 və ondan böyük böyüdücülərində aşkar etmək mümkündür. Əldə olunmuş materiallar birmənalı olaraq orqanizmin dəmirlə yüklənmə dərəcəsinin ancaq elektron mikroskopik tədqiqatların nəticələrinə əsasən dəqiqləşdirilə biləcəyini göstərir".
XƏBƏR LENTİ
"Instagram"da 3 yeni funksiya
Türkiyədə zəlzələ: yaralananlar var
Hacıqabulda güclü yanğın olub, 180 Eldar şamı yanaraq məhv olub
Dilqəmin məktubu çatdı
NASA kosmosa sualtı qayıq göndərmək istəyir
Qeyri-adi görünüşlü kitabxana
Günün ulduz falı
Nazirlik cəbhədəki vəziyyətə görə tədrisin təşkili ilə bağlı əhaliyə müraciət etdi
Qripin müalicə prosesini sürətləndirən 5 təklif
Virtual Mercedes real olacaq
Sızanaqları aradan qaldıran süd maskası
Dünyanı necə çirkləndirdiyinizi görün
Zahanın Qətərdə stadionu
Günün ulduz falı
90-cı illərin saç və makiyaj trendləri geri gəlir
Məşhur gözəl bir gecədə 50 il qocaldı
Qeyri-adi broşlar
Satılan mənzillərin 30 faizinin sənədi yoxdur
Bakının bu hissəsində qaz olmayacaq
Hamilə xanımların diqqətinə...
Şvarsnegger 61 yaşlı Sara ilə qayıtdı-FOTO
Dəbli gəlinliklər
Meryem Üzerli YENİ İMCİDƏ-FOTO
Müəllimlər hansı hallarda cəzalandırıla bilərlər
Eser Yenenler 15 kq arıqladı
Həyatımı Ona borcluyam...
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
Miniatür kitab muzeyi Ginnesin rekordlar Kitabına düşüb
Rasim Balayev karantinə alındı
Facebook parolunu unudanlara XOŞ XƏBƏR
Burak Özçivit bu dəfə Buxarestə gedir
Maraglı fincanlar
SMS icazənin ləğvindən sonra Bakı - VİDEOREPORTAJ
Evdə oturmaqdan sıxılan uşaqlarla necə vaxt keçirməli?
Qvinet Peltrou toy FOTOsunu paylaşdı
Qonşusu ilə dalaşan Ed Şiran pandemiya dövründə yeni evlər aldı
Bakıda partlayıcı qurğu aşkarlanıb
“Cumali” aşiq olub - FOTO
Dostu necə tapmalı?
"Qələbəni anama həsr edirəm"
Rabitə Nazirliyinin təklifi internet-provayderlərin gözləntilərini doğrultmadı
Bu yeni sözləri dilimizdə işlədə biləcəyik - SİYAHI
Salep necə hazırlanır?
Uşaqlar yalnız "yaxşılıqdan" anlayır
Avropanın ən hündür atraksionu bu şəhərdə qurulacaq – FOTO
Alimlər duman vasitəsilə elastik displey yaradıblar
Ağız qoxusunu yaradan səbəblər və həlli yolları
Pulsuz təhsil alanların sayının artırılması təklif olunur
HAVA necə olacaq?
Ana qatili olmayaq