Sabah Azərbaycan rayonlarında leysan olacağı, dolu düşəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 21-25° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Avqustun 15-16-da Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur rejimi gözlənilsə də, havada rütubətliyin bir qədər çox olması narahatlıq hissi yarada bilər.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz olacağı, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Avqustun 14-ü axşam şimal və qərb rayonlarından başlayaraq 18-dək bəzi rayonlarda şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaq aləmi
Zümrüd rəngli donlar
Jerar Depardye Şimali Koreyaya getdi
Dadlı kartoflu yemək (foto resept)
Səda Sayan haqqında ŞOK İDDİA
Geyim kombinasiyaları
Boşanma sayı nədən artır?
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
Siqaret çəkən qadınlar 25 il sonra
Bekhem superlüks malikanəsini satır - FOTO
Facebook videoreklama başlayır?
Azərbaycanda təhlükəli sürüşmə sahələri: vəziyyət necədir?
Azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşdü
Bal və idman masajı
“Xəzər adaları”nda görüş
Çağırışçılar üçün yeni xidmət işə düşdü
İşğaldan azad edilən Cəbrayıl rayonunun görüntüləri - VİDEO
Siqaret çəkənlər bu yazını mütləq oxusunlar
Xəstəliklərin psixoloji səbəbi var!
Koronavirus aşkarlanmamış rayonlar var? - Ramin Bayramlı açıqladı
Apple yenidən lider oldu
8 dəfə boşanmış kişi 9-cu dəfə....-FOTO
Xəzərdə suitilərinin kütləvi ölümü baş verib
Ermənistanda çörək məhsulları 6 faizdən çox bahalaşdı
Sukerberq planetin 5-ci varlısı oldu
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Gizlənməyi bacaran heyvanlar
Koronavirusla bağlı SON STATİSTİKA
“Qaçqınkom”dan məcburi köçkünlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda 57 nəfərdə koronavirusa yoluxma aşkarlanıb - VİDEO
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Binəli Yıldırımdan Şuşa ilə bağlı paylaşım
Girov götürülən azərbaycanlı: Altısını da öldürdülər
Kerri və Lavrov Vyanada Qarabağı müzakirə edəcəklər
Emin "Qlükoza"nı Bakıya dəvət etdi-FOTO
HAVA necə olacaq?- 12 MART
Rəngarəng rulet (foto resept)
Gözəl saçların sirri
Azərbaycanda daha 323 nəfərdə koronavirusa yoluxma aşkarlandı
Planetin ən yüksək nöqtəsi deşilir
iPhone 6 gələn ay istehsal olunacaq
“Azercell” abunəçilərinə xəbərdarlıq edib
Alıcılar üçün hiylə
Qızılgül küçəsi
Sabah da yağış yağacaq
Uşaqların sosial-psixoloji inkişafı-14
Internetin yeni fenomeni bu uşaqdır-FOTO
Yazda bədənə canlılıq
Yuxusuzluqdan xilas olmaq üçün çaylar
Ofis işçiləri darıxanda