Uşağın yaddaşı seçicidir – həkimə getmələrini hətta ən kiçik yaşda belə neqativ hadisə kimi yadda saxlaya bilirlər. Və elə həmin gündən də həkim adı gələndə onda xoş olmayan təəssürat yarana bilər. Uşağa həkimdən qorxmamağı öyrətmək çox vacibdir – bununla da onu lazımsız streslərdən uzaq tuta və həkim nəzarətini hay-küysüz yola verə bilərsiniz.
Bunun üçün ən geniş yayılmış üsul həkim oyunudur. Oyuncaq xəstəxana, həkim alətləri və sevimli oyuncaqlar əsl köməkçiniz olacaq. Doktor Ayboliti tanıyırsınız – uşağa onun haqqında nağıllar oxuyun, birlikdə cizgi filmlərini izləyin. Həkim alətlərinin hansının nə işə yaradığını izah edin. Əvvəl oyuncaqlarda, daha sonra isə uşağınızın üzərində göstərin. Gəlinciyi “müalicə edin” – iynə vurun, əlini saryın, yaralarını yodlayın. Bu işləri həyata keçirərkən uşağınız həm öz qorxularından azad olacaq, həm də bunların necə yerinə yetirildiyini öyrənəcək.
Həkim nəzarətinə daha erkəndən hazırlanın. Uşağa hara və nə üçün getdiyinizi mütləq izah edin. Əgər maşınla və ya avtobusla gəzməyi sevirsə, ona bu vasitələrlə səfər edəcəyinizi mütləq bildirin. Çox vaxt valideynlər uşağı qorxutmamaq üçün “İynə ağrıtmır” – deyə aldadırlar. Bunu etməyin! Uşağınız sizə olan inamını itirə bilər. Açıqca izah edin – iynə necə vurulacaq və bu zaman o özünü necə hiss edə bilər. Və mütləq qeyd edin: ağrı tez keçəcək və səhəri gün o bunu heç xatırlamayacaq da.
Bu məsələdə həkimin özünün də köməyindən istifadə edə bilərsiniz. Həkim kabinetinə uyğunlaşması üçün ona bir az zaman verin (özünüz həkimlə söhbət edin). İynə vurulan və ya digər bir xoş olmayan prosedur keçirilən zaman uşağa ürək-dirək verin. İnamla danışın və nəvazişli olun. Hirslənməyin, uşağın üstünə qışqırmayın, bununla onu daha da qorxudacaqsınız.
XƏBƏR LENTİ
HAVA necə olacaq?
Cəbhədə erməni təxribatı
Təbiətdən möcüzə görüntülər
Attraksionda bir saat başıaşağı qaldılar - VİDEO
İsveç xəstəxanasından qalmaqallı qərar
Həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı
İrem Derici xəstəxanada yalnız 2 gün qala bildi
Gəlinciklərinə 200 min dollar xərclədi
İslam bankçılığının Azərbaycana hansı xeyirləri ola bilər?
Döş xərçəngi riskinizi hesablayın!
Döyüş helikopterləri səmada
38 yaşlı aktrisa üçüncü dəfə ana olacaq
Gəlinlik seçimi
Erməni işğalçıları atəşkəsi pozmağa davam edir
Günəbaxan tumları insanı cavanlaşdırır
Ermənilər dinc dayanmır
Azərbaycanda planşetlər ucuzlaşmağa başlayıb
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Hicabılı xanımlar üçün toy donları
Göz yorğunluğunu aradan qaldıran kompres
Nömrəni ver, deyim, kimsən - Qalmaqallı proqrama qadağa qoyuldu
Ən etibarlı avtomobil markaları hansılardır?
Avropa Oyunlarının məşəli bölgələrimizə səfərini başa çatdırdı
"Rafaello" tortu(foto resept)
Ceyhun Bayramov xaricdə təhsil almaq istəyən tələbələrə səsləndi
Hakan Şükür Türkiyə parlamentindəki digər vəzifəsini itirdi
Pəhriz saxlamaq nə üçün çətindir?
Ermənistan ordusunun alay komandiri və yüksək rütbəli zabitləri vuruldu
"Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır" - Bridcet Brink
“Çernobıl” serialına böyük maraq - Turistlər axın etdi-FOTO
2019 Bahar Trendləri
Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi
Hicab qadağası ləğv olundu
Qarnındakı piy həyatını xilas etdi-FOTO
Karantindən sonra ananın yeni doğulan körpə ilə qovuşma anı - FOTO/VİDEO
Qan analizinin daha bir sirri
Məşhur cütlüyün ikinci övladı doğuldu
25 gün ancaq maye qəbul edən qız öldü - FOTO
2012-ci ilin bilərzikləri
Alma piroqu (foto resept)
Yuxu beyini təmizləyirmiş
Namiq Əsədov Bakı Marafonu 2016-nın qalibi oldu
Çinli cərrah meyvələri əməliyyat etdi - VİDEO
Göz yaşlarının intiharı
Duzsuz xörəyin nə ləzzəti?
Kəsmikli rulet (foto-resept)
Türk sərhədində erməni təyyarələri
Koronavirus təhlükəsi səbəbindən uşaqlarını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidirlər?
Merih Demiral Ronaldunu türkcə danışdırdı - VİDEO
Azərbaycan dili - XVI dərs
- ŞƏRHLƏR