Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı nəticələrə əsasən, tələbə adı qazanan şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Bu barədə Milli.Az-a DİM-in mətbuat xidmətindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Qeyd edək ki, DİM 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin siyahısı avqustun 12-də (günün ikinci yarısında) "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq.
Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və ya Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən almaq olar. Jurnalı həmçinin www.abiturient.az saytından sifariş etmək mümkündür.
XƏBƏR LENTİ
Şaxta baba və Qar qız qadağan olunub.
Müdafiə Nazirliyi: Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu
Stil ikonu olmaq üçün 7 qayda
"Barsa" qışda kimi transfer edəcək?
161 nəfər meningit oldu
Azərbaycanda peşə məktəblərinin müəllimlərinin maaşı fərqlənəcək
Alma içlikli bulkalar (foto resept)
Əsl fədakarlıq bax, budur...
Yataq dəstləri modelləri
Hadisənin yeni döymələri diqqət çəkdi-FOTO
UNESCO Aya Sofyaya görə Türkiyəyə etiraz ünvanladı
"Tezliklə hər kəs bu uşaqdan danışacaq"
1912-ci ildə dünya gözəli seçilən azərbaycanlı qadın
Heydər Əliyevin qələbələri xalqın ürəyində əbədi yaşayacaq - Mehriban Əliyeva
Barmaq izi olmayan gənc hər kəsi təəccübləndirdi
Hava haqqında
Azərbaycan dünyanın 25 ən təhlükəsiz ölkəsi sırasındadır!
Burak saçlarını uzatdı-FOTO
Bakıda köhnə mənzillər ucuzlaşıb
Uşaq ölümünü uşağa necə izah etməli?
Saçları gücləndirən və qoruyan maska
Konfutsidən ibrətamiz nəsihətlər
Britaniyanın Baş naziri koronavirusa yoluxdu
Çin xarici brendlərdən imtina edir
Duzlu saç maskaları
Şahzadə Uiliyamın ledi Dianaya SON SÖZLƏRİ
Hamiləlik zamanı bel ağrıları
Bəşəriyyətin ən zəngin adamı
Spenserin düşüncələri
Arıqlayan aktrisanı heç valideynləri də tanımadı-FOTO
Bazar və yarmarkalar şəhər mərkəzindən çıxarılır
Bodrumda 4 gün 4 gecə möhəşəm toy oldu-FOTO
Bu maşın 14 milyon dollara satıldı
500 qram doğulan körpə böyüdü - FOTO
İstanbulda yenə Ebola həyəcanı
Ramazanın 13-cü günü: dua, imsak və iftar vaxtı
Köməksiz qalmış pişiyi xilas etdilər-Salyanda-FOTO
Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir
Valideynləri başqa dindən olan insanla ailə qurmaq olarmı?
105 yaşında ölən yapon həkimdən uzunömürlülük sirri
""Barsa" mənə şans verməsə, komandanı tərk edəcəm"
Sabah 43 yaşlı abituriyent imtahan verəcək
Gülnar Salmanova vəfat etdi
Küləklə bağlı RƏSMİ xəbərdarlıq
Qış aylarında bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!
Təəccübləndirən məlumatlar
Alimlər açıqladı: İstilərin koronavirusa təsiri... – Yeni xəbər var
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Şahzadənin xanımı xəstəxanaya yerləşdirilib
Sen Qallen rahibinin əsərindən 2-ci hissə