Bakıda hava 15°
USD 1.7000 AZN
EUR 1.9635 AZN

Hələ yol üstəyəm (şeir)

Hələ yol üstəyəm (şeir)

 

Hələ yol üstəyəm səfərim uzaq,

Məni öz yolumdan saxlamaq olmaz.

Çölümdə atəş var, içimdə sazaq,

Məni bu səfərdə haqlamaq olmaz.

 

Yolumda qayalar, daşlar düzülər,

Qəddimi əymədən keçib gedərəm.

Qoymaram kimsənin qəlbi üzülə,

Bütün pislikləri biçib gedərəm.

 

Hələ yol üstəyəm (şeir)

 

Əkərəm dünyaya yaxşılıq dəni

Zalımın zülmünə sədd olar şerim.

Qovaram qəlblərdən dumanı, çəni,

Sevən könüllərə bənd olar şerim.

 

Beləcə dünyaya nur çiləyərəm

Zülmət ürəklərdən baş alıb qaçar.

Baxıb insanlara əl eylərəm,

Çöhrələr ətrafa təbəssüm saçar...

 

...Hələ yol üstəyəm, səfərim uzaq,

Məni öz yolumdan saxlamaq olmaz.

Çölümdə atəş var, içimdə sazaq,

Məni bu səfərdə haqlamaq olmaz.

 

Müəllif: Fərqanə Yusifqızı

Səslərin sayı: 0
0
1573

loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış