Fipronil maddəsi qarışan yumurtalar Almaniya, Belçika və Hollandiyadan sonra iki ölkədə - İngiltərə və Fransada aşkar edilib. Üç ölkədə qorxunc olayla əlaqədar istintaq başladılıb.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Qida Standartları Agentliyi hadisə ilə bağlı həyəcan təbili çalıb.
Fransa hökuməti də məsələyə biganə qalmayıb. Hollandiyadan gələn və içində fipronil maddəsinin aşkar edildiyi yumurtanın ölkəyə artıq 13 "partiya" gətirildiyi bildirilib.
Fransa Kənd Təsərrüfatı Nazirliyi bu yumurtaların nə qədər zərərli olduqları haqda, hələ ki, tam məlumata sahib olmadıqlarını açıqlayıb.
"Deutsche Welle"nin xəbərinə görə, 20 iyulda Belçikada Avropa Birliyi Komissiyasının xəbərdarlığı nəticəsində ortaya çıxan zəhərli yumurtalar bu ölkədən başqa, Almaniya və Hollandiyadakı supermarketlərdən də yığışdırılmışdı. Hollandiya 26 iyulda, Almaniya isə 31 iyulda AB Komissiyasına bənzər xəbərdarlıqları ediblər.
Bazar ertəsi günü açıqlama yayan AB Komissiyası, zəhərli yumurtanın artıq Birlik ölələrindən Almaniya vasitəsi ilə İngiltərə və Fransaya çatdığı haqda həyəcan təbili çalıb.
Jurnalistlərə açıqlama verən Komissiya sözçüsü Anna-Kaise Itkonen "Bu andan etibarən hər şey isveçlilərin, isveçrəlilərin, fransızların və ingilislərin əlində. Çünki bütün yumurtalar təqib edilə bilir" ifadələrini işlədib.
ALMANİYA istintaq başlatdı
Almaniya prokurorluğu zəhərli yumurta qalmaqalı ilə bağlı Aşağı Saksoniya əyalətində fəaliyyət göstərən bəzi fermaları araşdırmaq üçün istintaq başladıb. Beləcə, Belçika və Hollandiyadan sonra Almaniya bu təhlükəyə görə istintaq başladan üçüncü ölkə olub.
İçində fipronil aşkar edilən yumurtalara bu zamana qədər Almaniyanın 16 əyalətinin 15-ində rast gəlinib.
MİLYONLARLA TOYUQ tələf ediləcək
Hollandiyada 150 ​​şirkətin milyonlarla toyuğu tələf edilə bilər. Təxminlərə görə, böhranın baş verdiyi gündən bu yana 300 mindən çox toyuq artıq tələf edilib.
Belçika da 51 fermada toyuq istehsalı dayandırılıb. 21-indən çıxarılan analiz üçün götürülən toyuqlarda fipronil aşkar edilib. Bağlanılan fermalar ölkədə fəaliyyət göstərən bu tip müəssisələrin dörddə birini əhatə etsə də, təhlükəli maddənin miqdarının xeyli çox olduğu deyilir.
FİPRONİL NƏDİR?
Fipronil maddəsi heyvanlardakı birə, bit və gənəni yox etmək üçün istifadə edilən bir böcək dərmanıdır. Maddənin ev heyvanları kimi insanların istehlak etdiyi heyvanlarda istifadəsi qadağandır.
Fipronilin bu tip heyvanlara təmas etməsi nətcəsində tük və dəri vasitəsi ilə yumurtalara çatır.
Dünya Sağlamlıq Təşkilatı, fipronil maddəsini "orta dərəcədə təhlükəli" olaraq dəyərləndirir və yüksək miqdarlarda istifadəsi böyrək, qaraciyəri sıradan çıxarır.
XƏBƏR LENTİ
Uşaq ensiklopediyası(2)
Filip Kirkorov Bakıda solo konsert verəcək-FOTO
Meksika naxışları tortlarda
Hərəsi bir rəngdə bacılar doğuldu
Hansı meyvənın şirəsi nəyə xeyirlidir?
“Xaç atası” filmindəki ev satılır-FOTO
Təəccübləndirən məlumatlar
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
1 həftəyə saç uzadan üsul
Dünyanın ən görməmiş boksçusu
Nazirlik isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ etdi
"Formula 1"ə görə Bakıda bu yollar bağlanır
Yuxunun dini izahı
İsrail və Qəzza atəşkəsi beş gün müddətinə uzatdılar
İstirahət günü hava qovuracaq
Aktyor 45 kq arıqladı, kimsə tanımadı-FOTO
Ermənistan işğalından azad edilən ərazilər açıqlandı
Günün ulduz falı
Sabah bağlı olacaq yollar məlum oldu
Dəniz qaraçıları: suda yaşayan xalq
Qohumla ailə qurmaq düzgündürmü?
Rihannanın bu GÖRÜNTÜLƏRİ diqqət çəkdi-FOTO
Ətraf mühiti çirkləndirən vərdişlər
Arıqladan ballı alma sirkəsi
Xoşbəxt bir həyat yaşamağın 30 yolu
Avropa benzinə əlvida deyir
Siqaretin qiyməti bahalaşacaq
Maskadan istifadə üçün minimal yaş həddi AÇIQLANDI
Susamasaydınız, nə baş verərdi?
Yataq otağı dizaynı
Hava dəyişir - XƏBƏRDARLIQ
Saçları sürətli uzadan 3 üsul
Güllərim
Uşaqlara hər gün süd içirək
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Məşhur reper 4-cü dəfə ata olacaq
Yeni il üçün quzu piroqu(foto resept)
Pişiklər haqda bilmədiklərimiz
Türkiyədə daha bir erməninin adı əbədiləşdirilir
Cənub Dəhlizindən hansı ölkələr və necə faydalanacaq
Zahanın Qətərdə stadionu
İşğaldan azad olunan Hadrut qəsəbəsindən yeni görüntülər – VİDEO
Ermənistanın hərbi əməliyyatlarda yeniyetmələrdən istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
Kim Çen In həyat yoldaşını edam edib?
I Avropa Oyunları tarixə qızıl hərflərlə yazılacaq
Həyatı səhv düşən adamın faciəsi
Cəbhədə gərgin gecə
Məryəm Uzərli uşaqlıq şəklini paylaşdı - FOTO
Musiqi işçilərin məhsuldarlığını artırırmı?
Facebook videoreklamlara başlayır