Bakıda hava 24°
USD AZN
EUR AZN
23 avqust 17:50PERI istiden danismaye can alir((( 23 avqust 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu
40914

Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı


2016-cı ildə Azərbaycanda rəsmi nikahı olmayan cütlüklərün 26 mindən çox uşağı dünyaya gəlib. Kifayət qədər çox olan bu rəqəm gələcəkdə bu şəkildə doğulan uşaqların problemlərini gündəmə gətirir.

Ötən il nikahdan kənar doğulan uşaqların sayı 26288 olub. araşdırma zamanı məlum olur ki, doüulan uşaqların əksəriyyətinin ailəsi mövcuddur. yəni əsas problem odur ki, valideynlər rəsmi nikaha barmağarası baxır. Ancaq daha da narahatedici məqam bundan ibarətdir ki, nikahdan kənar doğulan uşaqların bir sıra hüquqi problemlərinin yaranması labüddür.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, bu problemlərin başında isə aliment məsələsi gəlir. Belə ki, uşaq nikahdan kənar doğulanda və sonra bu ailə dağılanda aliment təyin edilməsində ciddi problemlər yaşanır.
Nikahdan kənar doğulan uşaqlarla bağlı daha bir problem isə uşaqların xaricə çıxması anında onların ölkədən getməsinə valideynlərin mümkün etirazıdır. Çünki, valideynlərdən birinin etirazı olarsa 18 yaşına qədər uşaqlar ölkəni tərk edə bilməz.
Onu da qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin ölkə üzrə bütün din xadimlərinə göstərişi var ki, rəsmi nikah olmadan kəbin kəsilməsin. Ancaq görünən odur ki, ya din xadimləri bu qaydaya əməl etmirlər, ya da bu nikahdankənar cütlüklərin heç dini kəbini də yoxdur.

Səslərin sayı: 0
0
313
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!