Bakıda hava 24°
USD AZN
EUR AZN
23 avqust 17:50PERI istiden danismaye can alir((( 23 avqust 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu
40914

Sabah Bakının bu əraziləri qazsız qalacaq

Sabah Bakının bu əraziləri qazsız qalacaq


Avqustun 4-də saat 10:00-dan işlər başa çatanadək "Qaz İxrac" İdarəsinin balansında olan diametri 700/500 mm-lik "Qaradağ-Digah-Hövsan" magistral qaz kəmərinin 27-ci km-də yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar "Sulutəpə", "Alatava" və "Təzə Qanlı Göl" Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a daxil olan məlumata görə, təmir müddətində Bakı şəhər Binəqədi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.
 
Aparılan təmir işlərinin Nəsimi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.
 
"Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir", - məlumatda vurğulanıb.

Səslərin sayı: 0
0
337
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )