Bakıda hava 18°
USD AZN
EUR AZN
07:52Xəyalə Murad Hər birinizə xoş istirahət diləyirəm! 07:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41076

Qozlu tərəvəz küküsü (foto resept)

Tərkibi:

 8-10 ədəd yumurta

200 qram qoz

4 ədəd ortaboy soğan

2 ədəd ortaboy badımcan

2 ədəd ortaboy kartof

2 y/q un

1 ç/q darçın (zövqə görə)

Duz

Keşniş, şüyüd, göy soğan (hərəsindən yarım dəstə)

Hazırlanması:

Qoz maşından çəkilir qoyulur kənara.

Sogan, badımcan, kartof da çəkilir, acı suları tam sıxılır, qozla qarışdırılır, yumurta, doğranmış göyərtilər duz,

darçın,un əlavə edilir keks xəmiri kimi xəmir olmalıdır.

Qozlu tərəvəz küküsü (foto resept)

Qozlu tərəvəz küküsü (foto resept)

Əvvəlcədən qızardılmış tavaya yağ əlavə edib, qarışımı az dərəcədə bişirin.

Bir üzü bişdikdən sonra çevirib (podnos,qapaqla) digər uzunu bişirin.

Qozlu tərəvəz küküsü (foto resept)

Mən həmişə ləvəngini çox edirəm, lazım olanda istədiyim qədər götürürəm.

Bu gün də hazır istifadə etdim deyə, şəkildə də qabda ayrıca görünür.

Başqa vaxtlar yazdığım kimi edirəm. Dadı əladır. Siz də bişirin.

Qozlu tərəvəz küküsü (foto resept)

Nuş olsun!

 


Səslərin sayı: 1
2
2420
loading...
Şərhlər
Offline
Xəyalə Murad
Çox dadlı görünür. Heç zaman yeməmişəm. Kükünü yumurta və göyərtidən etmişəm, ancaq bu cür ilk dəfə görürəm. Mütləq sınayacam, Təşəkkür edirəm, Sayalı xanım.
6 avqust 2017 22:12
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Iceberg
Yüngül yemək olardı qoz olmasaydı
6 avqust 2017 19:08
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )