Bakıda hava 22°
USD 1.7000 AZN
EUR 1.9479 AZN
12:50Feride Sima Peri salam qizlar Sagolun Xeyale xanim 11:24PERI sima necesen canim 10:52Sima sabahiz xeyir necesiz bacilar 09:13Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər! 09:13Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram!
39333

Qısamüddətli aclığın faydası

Qısamüddətli aclığın faydası

Qısamüddətli aclıq immunitetə ikiqat xeyirdir: birinicisi, köhnəlmiş və zədələnmiş hüceyrələr yenilənir, ikincisi, qanın kök hüceyrələri aktivləşərək, immun sisiteminin hüceyrə ehtiyatını artırır.Alimlər artıq çoxdan sübut ediblər ki, aclıq insan orqanizmində bir çox xəstəliklərin inkişafını dayandırır, insan ömrünü uzadır.Uzun müddət hesab olunurdu ki, aclıq insan orqanizminə sirtuin zülalı vasitəsi ilə təsir edir. Sonralara bu zülalın rolunda şübhələr yaranmış, lakin keçən il Vaşinqton Universitetinin araşdırmaçıları sübut etmişdirlər ki, sirtuin həqiqətən insan ömrünü uzada bilir.

Qısamüddətli aclığın faydası

İnsan ömrünün uzunluğu FGF-21 zülalı ilə bağlıdır, bunu hətta "aclıq hormonu" da adlandırırlar. Birminqemdə yerləşən Alabama universitetinin alimləri isə sübut etmişdirlər ki, aclıq Alsqeymer xəstəliyinin inkişafını dayandırır. Burada isə əsas rolda qrelin adlı zülal iştirak edir ki, bunu da elmdə "aclıq hormonu" kimi tanıyırlar.Cell Stem Cell, Valter Longo jurnalında çap olunan məqalədə iddia edilmişdir ki, aclıq immunitetin təzələnməsinə səbəb olur. Aclıq burada sözün əsil mənasında qəbul olunur. Sınaq sıçanlar üzərində yarım il aparılmış və 2-4 günlük tam aclıqlarla müşahidə olunmuşdur. Bu zaman leykositlərin sayı qanda azalır və heyvanlar yeməyə başladıqları zaman qanda olan immun hüceyrələrinin sayı artırdı.Hüceyrələr niyə yox olur: aclıq qidalandırıcı maddələrin israfına məcbur edir ki, burada immun hüceyrələrin "yeyilməsi" də baş verir. Leykositlər zəifləyərək həll olunurlar.

 

Qısamüddətli aclığın faydası

Lakin köhnə və zədələnmiş hüceyrələrin yox olması qanın kök hüceyrələrinin yenidən yaranmasına siqnaldır. Beləliklə, aclıq vasitəsi ilə köhnədən azad olunmaqla, yenilərini əldə etmək olur. Eyni zamanda IGF-1 zülalının azalması müşahidə olunur ki, bu zülal qocalmada və bədxassəli şişlərinin yaranmasında birbaşa iştirak edir. Ancaq sıçanlarla araşdırmalar məhdudlaşdırılmamışdır: eyni sınaq kimya terapiyası ediləsi onkoloji xəstələr üzərində də aparılmışdır. Xərçəngə qarşı dərmanlar şişə təsir etdikləri kimi, normal hüceyrələri də sıradan çıxardırlar. Bu səbəbdən orqanizmin bir çox sistemi, həmçinin immun sistemi əziyyət çəkir. Araşdırmalar göstərdi ki, üçgünlük aclıq kimya terapiyasının bu effektini azaldır, immun sistemi az zədələnir.
Alimlər hesab edirlər ki, immunitetin təzələnməsini bir çox xəstəliklərin müalicəsində də istifadə etmək olar. Yaşla bağlı immun çatışmamazlığından tutmuş QİÇSə qədər. Aclıq vasitəsilə hətta digər orqanların təzələnməsinə səbəb ola bilər. Lakin bunlarda tam əmin olmaq üçün hələ də araşdırmalar aparılır.

Səslərin sayı: 1
1
695
loading...
Şərhlər
Online
Xəyalə Murad
Aclıq hissinin faydalı olacağını ilk dəfə eşidirəm. Bir çox tanıdığım şəxslərdə mədə boş qalanda ağrı verir.
4 avqust 2017 10:58
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!