Avropa qitəsi təbii gözəllikləri və zəngin tarixi ilə səyahətsevərlərin həmişə diqqətində olub. Səyahətinin yönü üzü Avropayadırsa, yolunu xatirələrində gözəl iz buraxacaq, bu möhtəşəm 10 şəhər və qəsəbədən sal.
İnterlaken, İsveçrə
Mavinin ən gözəl tonlarına sahib Thun və Brienz göllərinin ağuşuna aldığı İnterlaken qəsəbəsi Avropanın ən sevilən məkanlarındandır. Alp dağlarının ətəklərində yerləşən, təbii gözəlliyini itirməyən İnterlaken İsveçrənin cənnət güşələrindən biri hesab edilir.
Qrindelvald, İsveçrə
İsveçrənin məşhur xizək məkanıdır. Adına "Buz Qəsəbəsi" də deyirlər. Qrindelvald qış turizmində əvəzolunmaz ünvanlardandır. Qış festivalından sonra dünyanın məşhur sənətçilərinin qardan düzəltdiyi heykəllər sayəsində bura açıq hava muzeyinə çevrilir. Sən də qışı sevirsənsə, mütləq baş çək.
Avignon, Fransa
UNESCO-nun Dünya Mirasları sırasında yer alan Sen -Beneze körpüsü və Notr-Dam kilsəsi kimi görkəmli tikililəri görmək üçün hər il Avignona on minlərlə turist axın edir. 1947-ci ildən bu yana hər il iyulda keçirilən Avignon Festivalı da şəhərə ayrıca rəng qatır.
Salzburq, Avstriya
Alp dağlarının ətəklərində yerləşən Salzburq Avstriyanın dördüncü böyük şəhəridir. Möhtəşəm Salzburq Festivalı hər il minlərcə klasik musiqi sevənləri bu şəhərdə bir araya toplayır. Dünyaca məşhur bəstəkar Motsart da Salzburqda dünyaya göz açıb.
Heidelberq, Almaniya
Nekar çayı və Heidelberq Sarayının iki hissəyə ayırdığı bu Heidelberq Almaniyanın ən romantik şəhəri kimi tanınır. Almaniyanın Cənub-Qərbində yerləşən şəhər əhalisinin çoxu tələbələrdir. Bura füsunkar təbiəti və tarixi görünüşü ilə turistləri özünə heyran edir.
Cesky Krumlov, Çex Cümhuriyyəti
Paytaxt Praqadan təqribən 175 kilometr Cənubda yerləşən bu nağılabənzər şəhər UNESCO-nun Dünya Mirası siyahısında yer alır. Cesky Krumlov orta əsr qəsəbələrini anımsadan görünüşü, şirin evləri və küçələri ilə "gəl, gör məni", - deyən bir məkandır.
Oxford, Birləşmiş Krallıq
Dünyanın ən nüfuzlu universitetlərindən olan Oxfordun yerləşdiyi şəhər "tələbə şəhəri" adı ilə də anılır. Oxford mərkəzində yerləşən alış-veriş mağazaları, füsunkar mənzərəsi və məşhur "Blackwells" kitab evi ilə turistlərin sıx-sıx ziyarət etdiyi şəhərlərdəndir.
Qlasqov, Birləşmiş Krallıq
Klyde çayı üzərində yerləşən Qlasqov Birləşmiş Krallığın Lonon və Birminqhamdan sonra üçüncü sıx şəhəridir. İlboyu yağmurlu havanın çoxluq təşkil etdiyi şəhəri iyul və avqust aylarında ziyarət etmək daha uyğundur.
Füssen, Almaniya
Lech çayı sahilində yerləşən Füssen Almaniyanın məşhur "Romantik Yol"unun son dayanacağı hesab edildiyi üçün turistlərin mütləq baş çəkdiyi yerlərdəndir. Şəhərdəki tikililəri, malikanələri və evləri görüncə özünü tam da nağıllar aləminə düşmüş kimi hiss edəcəksən.
Hallstatt, Avstriya
Ən qədim duz mədəninin olduğu bu kənd Yuxarı Avstriya bölgəsində yerləşir. Hallstatt Gölünün Cənub-Qərbindəki bu şirin yer UNESCO-nun Dünya Mirasları siyahısındadır. Yolun Avstriyaya düşərsə, gözalıcı memarlığa sahib olan Hallstatta baş çəksən peşman olmazsan.
XƏBƏR LENTİ
İnsanı tanımağın ən rahat yolu...
Bitkilər və təbabət (3)
Bel bölgəsindəki piylər infarkta səbəb olur
Qırmızı ürək muffin (foto-resept)
Dünyanın ən möhtəşəm mağaraları
Bu il manat yenə ucuzlaşacaq
Beyonsun səhnə geyimi sevənlərini heyran etdi-FOTO
İsrail "Eurovision" üçün tələb olunan məbləği ödədi
Kreativ əşyalar
Gözəlliyə kölgə salan vərdişlər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Koronavirusun əsas daşıyıcıları açıqlandı
Şokoladlı top (foto resept)
Xoşbəxtlik bizim içimizdədir
Su fitnessi
İnanılmaz: 24 saata 11 kq arıqladı
Günün qoroskopu: zövq müzakirə olunmur
AQTA-dan spirtli içkilərlə bağlı əhaliyə MÜRACİƏT
Obama İŞİD-i məhv edəcək
Nikah kağızı yoxdursa...
Sürücülərin işi lap asanlaşdı
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri
Əqrəb bürcü qadını
Günün qoroskopu: Risk etməyin!
Fransa erməniləri "Türk hava Yolları"nın "Marsel" klubuna sponsurluq etməsinə etiraz edirlər
Rusiyada sabahdan koronavirus peyvəndi üçün elektron qeydiyyat başlayır
Dünyada uşaqların yarısı piylənmə təhlükəsi ilə üz-üzədir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakı Marafonu 2016"da iştirak edir
Günün ulduz falı
Bu vətəndaşlar cərimələnəcəklər - VİDEO - FOTO
Quru meyvə alarkən nəyə diqqət etməli?
Demet Akalından intihar etirafı
Qalkinin dəhşətli xəstəliyi üzə çıxdı
BÜRCLƏR bizə nə vəd edir? 8 İyul
Sabahın HAVAsı
Xiyar salatı (foto resept)
Yemək otağı modelləri
Çiyələk yağından necə istifadə etməli?
Qeyri-iş günləri AÇIQLANDI
Aspirin xərçəngə qarşı vasitədir.
10 halda heç zaman peşman olmayacaqsınız
Bu tərəvəz pis qoxu yaradır
Dərinizi gözəlləşdirəcək köhnə üsullar
Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək? - RƏSMİ
Zəlzələ onu da çökdürdü
Putindən Serjə yeni qadağa
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
Ayda qeyri-adi obyekt aşkarlandı-FOTO
Qarnındakı piy həyatını xilas etdi-FOTO
Azərbaycanın ən yaxşı futbolçusu "Qarabağ"lı oldu
- ŞƏRHLƏR