Məşhur psixiatr Lambrozo iddia edir ki, dahilik və dəlilik həmişə yanaşı addımlayırlar. Aşağıda göstərilən faktları nəzərə alsaq, bu iddianın yanlış olmadığı qənaətinə gəlmək olar
Ölüm ayağında olan Malerb baxıcının nitqindəki qrammatik səhvləri düzəldirdi. O, səlis danışa bilməyən keşişin vida duasından da imtina etmişdi
Kornel, Dekart, Virgili, Addison, Lafonten, Drayden, Nyuton, Mansoni auditoriya qarşısında, demək olar, danışa bilmirdilər.
Dalamber və Menaj ən əzablı cərrahi əməliyyatları sakit qarşıladıqları halda yüngülcə tənqiddən dəhşətə gəlirdilər. Ayağı kəsilərkən Lüçio de Lanseval gülürdü, ancaq Jofruanın tənqidini oxuyub ağlayırdı.
Harun əl Rəşid hansısa qrammatik qayda ilə bağlı ərəb alimi Sebuyyənin fikirləri ilə razılaşmadığına görə sonuncu dərddən ölmüşdü.
Edqar Po yazarkən ayaqlarını soyuq suya qoyurmuş.
Emil Zolya isə özünü stula bağlayırmış.
Dostoyevski çarpayıda uzanıb, üzünü divara tutaraq diktə edirmiş.
Vasili Şukşin otaqda əsgər addımlarıyla var - gəl edirmiş.
Fridrix Şiller həmişə stolunun üstünə çürümüş almalar qoyurmuş.
Ceyn Eyr»in müəllifi Şarlotta Bronte tez-tez yazı masasından ayrılıb, mətbəxə kartof təmizləməyə gedirmiş.
Aleksandr Düma (oğul) yazı prosesində elə hey yeyirmiş.
İngilis yazıçısı Ceyms Harrinqtona elə gəlirdi ki, fikirləri arı və quş şəklində ağzından çıxır və süpürgəni götürüb, onları qovmağa çalışırdı.
Alman bəstəkarı Robert Şumanda dörd yaşındaykən dəlilik əlamətləri aşkarlanır, 46 yaşında isə o ağlını tamamilə itirir. Ona elə gəlirdi ki, stollar danışır. O, akkordlara və musiqi parçalarına çevrilən səsləri görürdü.
İtalyan filosof Cerolamo Kardanoya elə gəlirdi ki, bütün hökumətlər onu izləyir. O həmişə yeməyinə zəhər qatılacağından qorxurdu.
Volfqanq Amadey Mostsart izləmə maniyasından əziyyət çəkirdi və italyanların onu zəhərləmək istədiyini düşünürdü.
Alman filosofu Artur Şopenhauer yazırdı: «Dahilər təkcə dözülməz deyillər, həm də əxlaqsız və zalımdırlar, onlar üçün dost tapmaq çətindir. Fikir ənginliyində tənhalıq hökm sürür». Bununla belə Şopenhauerin özü bir qarını ölümünə döymüşdü və məhkəmənin hökmü ilə ona ömürlük təqaüd ödəyirdi.
Van Qoq sutkalarla işləyirdi, absenti (arağın növüdür) su kimi içirdi. O sol qulağını kəsib, bu şəkildə avtoportretini çəkmiş, 37 yaşında isə intihar etmişdi. Yeri gəlmişkən, ölümündən sonra həkimlər onun 150-dən çox xəstəliyinin olması haqqında diaqnozları ictimaiyyətə təqdim etmişdilər.
Kompozitor Frans Haydn almaz qaşlı üzüyü barmağında olmasa, işləyə bilmirdi – o dəqiqəbaşı həmin üzüyü diqqətlə nəzərdən keçirirdi.
Bir dəfə böyük fizik Amper mənzilindən çıxarkən, qapının üstündə qeyd edir: «Amper evə axşam qayıdacaq». Ancaq tez qayıtmalı olur və qapının üstündəki yazını oxuyub, çıxıb gedir. Amper elə onun özü olduğunu unutduğuna görə…
Bir dəfə Nyuton özünə yumurta bişirmək istəyir. Saatı götürüb, vaxtı fiksə edir və bir neçə dəqiqədən sonra görür ki, əlində tutduğu yumurtadı, qazanda isə saatı qaynadır.
Albert Eynşteyn yolda öz dostu ilə qarşılaşır və onu evə dəvət edir: «Axşam bizə gəlin. Professor Stimson da orda olacaq». «Stimson mənəm də!» — dostu deyir. Cavabında Eynşteyn «Eybi yoxdur, siz də gəlin» — deyə istrar edir.
Anton Çexov gimnaziyada oxuyarkən iki dəfə sinifdə qalmışdı.
Puşkin liseydə çox pis oxuyurdu və riyaziyyat dərslərində ağlayırdı.
Tolstoy universitet imtahanlarında çoxlu «1» (ən aşagı bal) qiyməti almışdır.
Alber Kamyu əsəb xəstəliyi olan qadınlarla evlənməyə üstünlük verirdi – onun hər iki arvadı «bu dünyanın adamı» deyildilər. Kamyunun özü də, yumşaq dillə desək, çox huşsuz adam olub. Bio dəfə o ikinci arvadını doğum evindən çıxararkən, yeni doğulmuş əkizləri xəstəxanada unutmuşdu.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Haydi bu dəfə də diqqəti üzərinə çəkdi-FOTO
Kinoteatrlarda tamaşaçıların reaksiyasını qeydə alan sistem hazırlanıb
Xanımından Kıvançla bağlı romantik paylaşım
Təbii qaza tələb çoxalıb
Məşhur repçi həbs olundu
Rəfiqələrinizlə izləyə biləcəyiniz filmlər
"Azərbaycan Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək"
Dahi Stiv Cobs: 59 il əvvəl...
Yaxşı yaddaşa sahib olmaq üçün nə etməliyik
Bakı bulvarı ərazisində Wi-Fi şəbəkəsi işə salınacaq
Tuşdan istifadə qaydaları
Ermənilər işğal altındakı rayonlarımıza qondarma adlar qoyublar
Saç rənginə görə makiyaj
Gözəl görünmək istəyirsinizsə...
Tülkü ilə dovşanın nağılı
Azərbaycanda iki yerdə zəlzələ oldu
Bulvarda istirahət edənləri "soya" bilməyəcəklər
Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçuların SİYAHISI
"Hörümçək adam" 75 mərtəbəli binanı fəth etdi
Beynəlxalq şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Bakı Ali Neft Məktəbində olub
Dəbli qısaboğazlı çəkmə modelləri
"Miss Uruqvay-2006" müəmmalı şəkildə öldü-FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva ordenlə təltif edildi
Emrahdan xanımına 8 milyonluq jest
Rənglərin qidalanmağa təsiri
Əhya gecələri nə zamandır?
Shakira öz əl işini təqdim etdi
Dolu bədənli xanımlar üçün
Ürəkdən süzülən sözlər-1
İçkiyə 30 min xərcləyən Conni Depp danışdı
Günün ulduz falı
Qorxunc rəqəm durmadan yüksəlir
Dərini qırışlardan qorumaq üçün nə etməli?
Sabah bu saatda nə baş verəcək? - Telefonlarınıza diqqət edin...
Azərbaycan milli uşaq oyunları-6
Hadisə bu dəfə də geyimi ilə Gündəm oldu- FOTO
OGLAN YA QIZ
İnək südü İİÇV-yə qarşı dərmanın mənbəyidir
Yaxşı əti necə seçmək lazımdır?
“Oskar” tarixində ilk yaşandı - FOTO
Azərbaycanda builki yanvarı "ən isti yanvar" hesab etmək olarmı?
"Vineqred" salatı (foto-resept)
Deniz Çakıra 1il həbs cəzası!
Onun da ulduzu yerə vuruldu
Beyni ölmüş ana sağlam uşaq dünyaya gətirdi
Ermənistan parlamentində şok etiraf: "O torpaqlar bizim deyil!"
Sumqayıtda dünyanın ən böyük Novruz xonçası hazırlandı
Cənnət alması mürəbbəsi (foto resept)
Südlü qarğıdalı unu şorbası (video-resept)
Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI
- ŞƏRHLƏR